Yol

Sürücülərin nəzərinə: Bu küçələrdən keçməyin

27
(Yenilənib 22:47 21.01.2018)
Avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən mədudlaşdırılacaq

BAKI, 19 yanvar — Sputnik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə gecə saatlarından yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri aparılacaq.

Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu gün axşam saat 22:00-dan etibarən Səbail rayonu, Mehdi Hüseyn küçəsində, həmçinin Yasamal rayonu, Parlament prospektində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq.

Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

27
Teqlər:
Avtomobil Yolları Dövlət Agentliyi, avtonəqliyyat vasitələri, xəbərdarlıq, təmir, sürücü
Əlaqədar
Sürücülərə şad xəbər: Cərimələr silindi
Yol polisindən sürücülərə hava xəbərdarlığı
Sürücülərə şad xəbər
Ağayev: “Biz sürücülərin işə qəbulu prosesinə müdaxilə edə bilmərik”
Sürücülərə müraciət olundu: Təhlükə var