CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı metrosunda gözlənilməz olay: Vətəndaşlar qatardan düşürüldü

© Sputnik / Murad OrujovОдна из станций Бакинского метрополитена, фото из архива
Одна из станций Бакинского метрополитена, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qatarların hərəkəti bərpa olunsa da, metroda gecikmə və sıxlıq müşahidə edilir

BAKI, 19 yanvar — Sputnik. Bakı metrosunda gözlənilməz olay yaşanıb. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Sputnik Azərbaycan-a bildirib ki, saat 18:45 radələrində “Həzi Aslanov”-“Dərnəgül” istiqamətində 35 saylı marşrut üzrə hərəkət edən qatarın qapılarında nasazlıq yaranıb.

Yaranmış təhlükəli vəziyyəti önləmək üçün sərnişinlər “28 May” stansiyasında boşaldıb. Qatar isə Nizami stansiyasından geriyə, depoya göndərilib.

Amma boş qatar bu dəfə “28 May”-“Gənclik” stansiyaları arasında qalıb. Bir qədər sonra başqa bir qatarın köməkliyi ilə nasazlıq yaranan qatar tuneldən çıxarılaraq depoya yola salınıb.

Qatarların hərəkəti bərpa olunsa da, metroda gecikmə və sıxlıq müşahidə edilir.

Xəbər lenti
0