CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycana külli miqdarda pul gətirən şəxs tutuldu

© Sputnik / Vladimir Trefilov / Mediabanka keçidРубль и доллар, фото из архива
Рубль и доллар, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycana gələn şəxs pencəyinin cibində pul keçirmək istəyib

BAKI, 19 yanvar — Sputnik. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən qanunsuz yolla aparılmasına cəhdin qarşısını alıblar.

Baş Gömrük İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı-Moskva aviareysilə getmək istəyən Rusiya Federasiyasının vətəndaşı gömrük nəzarətindən keçərkən, hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb.

Vətəndaşa məxsus əşyaların yoxlanılması zamanı, onun çantasının içərisində və daha sonra əynindəki pencəyinin cibində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan cəmi 2 milyon 200 min Rusiya rublu aşkarlanıb.

Xəbər lenti
0