Toyuq bulyonu

Toyuq bulyonunun bilmədiyiniz faydaları

1295
(Yenilənib 10:59 19.01.2018)
İsti toyuq bulyonu nəfəs yollarına çox müsbət təsir edir

BAKI, 19 yanvar — Sputnik. İlk növbədə nəzərinizə çatdıraq ki, söhbət, təbii ki, kənd toyuğundan (broyler toyuğundan deyil!) bişirilmiş bulyondan gedir. Belə bulyonu əsl dərman adlandırmaq olar.

Sputnik Azərbaycan saglamolun.az-a istinadən xəbər verir ki, Amerika alimləri araşdırma zamanı onun tərkibində güclü antioksidant olan "karnozin" aşkar ediblər. Karnozin insanın immun sistemini gücləndirir, iltihabı azaldır, soyuqdəymə və qrip nəticəsində orqanizmdə əmələ gələn toksinləri neytrallaşdırır və bununla da intoksikasiyanın simptomarını (baş, əzələ, oynaq ağrıları) azaldır, xəstənin vəziyyətini yüngülləşdirir.

Digər tərəfdən, karnozin orqanizmdə qocalma proseslərini ləngidir, orqanizmi cavanlaşdırır.

Toyuq bulyonunun tərkibində olan "sistein" aminoturşusu bəlğəmin durulaşmasına və orqanizmdən daha asan çıxmasına kömək edir.

İsti toyuq bulyonu nəfəs yollarına çox müsbət təsir edir — bronxların keçiriciliyini yaxşılaşdırır, öskürəyin və zökəmin müalicəsində kömək edir, nəfəsalmanı asanlaşdırır, boğaz ağrısını azaldır.

Mütəxəssislər ikinci dəfə bişirilmiş toyuq bulyonundan istifadə etməyi tövsiyə edirlər. Yəni ilk dəfə qaynadıqdan sonra suyu atılır, toyuq ətinin üzərinə təzə su tökülür və bulyon bişirilir. İlk toyuq bulyonunda çoxlu ekstraktiv maddələr var ki, bu maddələr bir çox xəstəliklər zamanı (podaqra, böyrək, qaraciyər, öd kisəsi və öd yolları, şəkərli diabet və s.) ziyanlıdır.

1295
Teqlər:
bulyon, qocalma, xeyir, toyuq
Əlaqədar
Yeməyi sürətlə yemək qida borusu xərçənginə səbəb olur
Bu qidaları yemək olmaz!
Gürzə — qorxunc adlı dadlı yemək
Hər gün bu meyvəni yemək üçün yeddi səbəb var
Onu yemək bişirəndə taxmayın, gözünüz alışıb yana bilər
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

15
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

15
Bakıda tibbi maska taxmış şəxs, arxiv şəkli

Bakıda koronavirus ocağı bu ərazidir

19
(Yenilənib 23:42 23.01.2021)
Ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.

 

BAKI, 23 yanvar — Sputnik. Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən məlumatına görə, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, paytaxt üzrə yoluxma hallarının 15 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13,1 faizi Xətai, 12,2 faizi Yasamal, 10,8 faizi Sabunçu, 8,2 faizi Nərimanov, 8,2 faizi Suraxanı, 7,8 faizi Nəsimi, 7 faizi Nizami, 6,8 faizi Xəzər, 5,4 faizi Qaradağ, 5 faizi Səbail, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.

Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.

19