CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Diqqət: Dövlət qurumu 600 manat məvaciblə işçi axtarır

© Sputnik / Murad OrujovПередача денег из рук в руки
Передача денег из рук в руки - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət qulluğu məsələləri və insan resursları şöbəsinin Dövlət qulluğu məsələləri üzrə sektoruna məsləhətçi vəzifəsi üzrə işçi axtarılır

BAKI, 19 yanvar — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) işçi elanı verib. Sputnik Azərbaycan-a DİM-dən verilən məlumatda bildirilib ki, mərkəz Dövlət qulluğu məsələləri və insan resursları şöbəsinin Dövlət qulluğu məsələləri üzrə sektoruna məsləhətçi vəzifəsi üzrə işçi axtarır.

Здание Министерства внутренних дел Азербайджанской Республики - Sputnik Azərbaycan
CƏMİYYƏT
Polis orqanlarına işçi axtarılır

Aşağıdakı təlimatlara uyğun olan şəxslər müraciət edə bilərlər:

Vəzifə maaşı: 600 AZN

Vəzifə təlimatı:

— İnsan resurslarının idarə edilməsi sahəsində vahid dövlət siyasətinin formalaşmasına və bu siyasətin həyata keçirilməsinə dair təkliflərin hazırlanması;

— Dövlət qulluğunda insan kapitalı və insan potensialının artırılması ilə bağlı nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi;

— Dövlət qulluğunda insan resurslarının idarə edilməsi problemlərinə dair tədqiqatların aparılmasında iştirak edilməsi, təhlillər və araşdırmaların aparılması;

— İnsan resurslarının idarə edilməsi sahəsində öyrənilmiş beynəlxalq təcrübənin tətbiqi ilə əlaqədar təkliflərin hazırlanması;

Azərbaycan Respublikasının Təhsil Nazirliyi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Təhsil Nazirliyi işçi axtarır

— Təlim tələbatlarının müəyyənləşdirilməsi və dövlət qulluqçuları üçün təlimlərin keçirilməsi;

— Ehtiyat kadrların idarə edilməsi işinin təşkil edilməsi və bu sahədə təkliflərin hazırlanması;

— Dövlət Qulluqçuları Reyestrinin aparılmasında iştirak edilməsi;

— Dövlət qulluğuna qəbul ilə əlaqədar keçirilən müsabiqə və müsahibələrdə iştirak edilməsi;

— Vətəndaşlardan və təşkilatlardan daxil olan müraciətlərə baxılması.

Təhsil: hüquqşünaslıq, beynəlxalq hüquq, beynəlxalq münasibətlər, psixologiya, tarix, politologiya, fəlsəfə, jurnalistika, sosiologiya, dilşünaslıq, filologiya, regionşünaslıq və iqtisadiyyat və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsil.

Xarici dil bilikləri: İngilis dili-B1; Rus dili-B1.

Автобусы в Баку, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakı Nəqliyyat Agentliyi işçi axtarır

Kompüter tələbləri: MS Windows, MS Office, Internet (orta səviyyədə).

Əmək stajı: tələb olunmur.

Qeyd edək ki, dövlət qulluğu vəzifələri üzrə BA3, BA4 sertifikatını əldə etmiş namizədlərə, inzibati vəzifələrin 5-ci təsnifatına uyğun olan vəzifələr üzrə ehtiyat kadrlar siyahısına daxil edilən şəxslərə üstünlük veriləcək.

Dövlət İmtahan Mərkəzində çalışmaq arzusunda olan namizədlər müraciət formasını a.quliyeva@dim.gov.az elektron ünvanına fevralın 13-dək göndərə bilərlər.

Xəbər lenti
0