Bakı Kart

"Bakı Kart"-la bağlı qalmaqallı iddia: BNA qətiyyətlə təkzib edir

1829
(Yenilənib 13:59 19.01.2018)
Mais Ağayev: "Adətən sərnişinlər bizə pul silinməsi ilə bağlı şikayət edir və sonradan araşdırma zamanı eyni prosesin şahidi oluruq"

Xudabaxşiyeva Təranə, Sputnik Azərbaycan

BAKI, 19 yanvar — Sputnik. Azərbaycanda sərnişinlərin mənzil başına rahat çatması üçün hər bir şərait yaradılır. Müasir tələblərə cavab vermək üçün artıq bir neçə ildir ki, gediş haqlarının nağd ödənişdən kart vasitəsi ilə nağdsız ödənişinə keçilib.

Sərnişinlər "Bakı Kart"-ın təqdim etdiyi kartlar vasitəsi ilə həm metrodan, həm də "BakuBus" MMC-nin avtobuslarından istifadə edirlər. Amma bəzən sərnişinlər əsaslı və əsassız şəkildə ödəniş kartlarında, həmçinin ödəniş prosesində hansısa problemin yarandığını iddia edirlər.

Sputnik Azərbaycan-a nəqliyyatda daima "Bakı Kart" gediş kartından istifadə etdiyini bildirən bir sərnişindən şikayət daxil olub. Şikayətçi Abdulla Vəliyev iddia edir ki, gediş kartından istifadə etmədiyi halda balansından 5 qəpik pul tutulub. Və bu barədə yoldaşlarına danışarkən bəlli olub ki, əksərində belə hal yaşanıb. A.Vəliyev qarşılaşdığı bu problemi araşdırmağımızı xahiş edib.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev də Sputnik Azərbaycan-a açıqlamasında bu haqda onlara tez-tez şikayətlər daxil olduğunu bildirib. Qeyd edib ki, daxil olan şikayətlər araşdırılır və aydın olur ki, sərnişin kartdan istifadə zamanı gediş haqqının məbləğini dəqiq bilmədiyi üçün kartından pul oğurlandığını düşünür.

"Bizə gələn hər şikayəti dəqiq araşdırırıq. Adətən sərnişinlər bizə pul silinməsi ilə bağlı şikayət edir və sonradan araşdırma zamanı eyni prosesin şahidi oluruq. Sərnişinlər 125 saylı avtobusun məsafəsinin uzun olmasını görə gediş haqqının 25 qəpik olduğunu nəzərə almadığı üçün belə hallar baş verir" — M.Ağayev bildirib.

"Onlar avtobusa minəndə 25 qəpik tutulur və bundan sonra sərnişin düşünür ki, onun balansından pul silinib. Hər bir kartın alındığı gündən harada və hansı əməliyyatın yerinə yetirilməsi avtomatik olaraq sistemə yazılır. Ona görə də heç bir sərnişinin kartından əməliyyat olmadan pul silinə bilməz" — o vurğulayıb.

BNA sözçüsü A.Vəliyevin şikayətinə aydınlıq gətirmək üçün şikayətçiyə məxsus gediş kartının nömrəsini götürərək araşdırıb. Araşdırmadan sonra bildirib ki, bu şikayət də əvvəlkilərinə bənzəyir: "Bu kartın sahibi 2017-ci il may ayının 5-də saat 18:38-də "BakuBus"-ın 125 saylı avtobusuna minib. Bu zaman onun balansında 40 qəpik pul olub. Balansdan 25 qəpik çıxdığı üçün 15 qəpik pul qalıb. 125 nömrəli avtobusun gediş haqqının 25 qəpik olduğunu bilmədiyi üçün sərnişin düşünüb ki, onun gediş kartından pul tutulub. Əminliklə deyə bilərəm ki, "Bakı Kart"-da pul silinməsi halı mümkün deyil".

1829
Teqlər:
"Bakı Kart", gediş haqları, Mais Ağayev, qəpik, BNA, Sputnik Azərbaycan, sərnişin, Bakı Nəqliyyat Agentliyi, şikayət, avtobus, Azərbaycan
Əlaqədar
Bakıda daha bir ağır avtobus qəzası: betonqarışdıran maşınla toqquşdu
Bakıda avtobus sürücüsü daha bir faciə törətdi
Sərnişinlərin nəzərinə: Bu istiqamətdə gediş haqqı 50 faiz artdı
Təklif: Avtobus və metroda aylıq gedişhaqqı 15 qəpik olsun
"BakuBus" gediş haqlarının qaldırılacağı xəbərini təkzib etmir...
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

15
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

15
Bakıda tibbi maska taxmış şəxs, arxiv şəkli

Bakıda koronavirus ocağı bu ərazidir

19
(Yenilənib 23:42 23.01.2021)
Ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.

 

BAKI, 23 yanvar — Sputnik. Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən məlumatına görə, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, paytaxt üzrə yoluxma hallarının 15 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13,1 faizi Xətai, 12,2 faizi Yasamal, 10,8 faizi Sabunçu, 8,2 faizi Nərimanov, 8,2 faizi Suraxanı, 7,8 faizi Nəsimi, 7 faizi Nizami, 6,8 faizi Xəzər, 5,4 faizi Qaradağ, 5 faizi Səbail, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.

Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.

19