Təmir edilmiş yol

Bu yollar bərpa edilib

72
(Yenilənib 10:30 19.01.2018)
2018-ci ildə bu rəqəmin artaraq 2 min km-dən artıq olması nəzərdə tutulub

BAKI, 18 yanvar — Sputnik. 2017-ci ildə 1335 km yol tikilib, yenidən qurulub və təmir olunub. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Agentlik tərəfindən 2017-ci il ərzində uzunluğu 1335 km təşkil edən ümumi istifadədə olan avtomobil yolları, Bakı şəhəri və onun qəsəbələrinin avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub.

Bura aşağıdakılar daxildir:

Respublika əhəmiyyətli — 313,4 km;

Yerli əhəmiyyətli — 888,7 km;

Bakı şəhər yolları — 133,0 km.

Müqayisə üçün qeyd edək ki, 2015-ci ildə 525 km, 2016-cı ildə isə 880 km yol tikilib, yenidən qurulub və təmir olunub. 2018-ci ildə bu rəqəmin artaraq 2 min km-dən artıq olması nəzərdə tutulub.

72
Teqlər:
Avtomobil Yolları Dövlət Agentliyi, təmir, yol, prospekt, küçə
Əlaqədar
Nazirlik xəbərdarlıq edir: Yol buz bağlayıbsa...
Bu yol da üzümüzə bağlanır
Nəhayət ki, bu yol da istifadəyə verildi
Paytaxt sakinlərinin nəzərinə: Yol bağlıdır, geri qaytarılacaqsınız
Vətəndaşlara müjdə: bu yol da açıldı