CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bərdəyə göndərişlə gedən nişanlı müəllimi necə qaçırıblar?

© © SputnikOrta məktəb müəlliməsi, arxiv şəkli
Orta məktəb müəlliməsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə ilə bağlı məktəb rəhbərliyi Bərdə Rayon Polis Şöbəsinə və qaçırılan qızın ailəsinə məlumat verib

BAKI, 18 yanvar — Sputnik. Bərdə rayonunda müəllimə zorla qaçırılıb. Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, rayonun Hacıalılı kənd məktəbinin riyaziyyat müəllimi olan qız qaçırılıb.

Məktəbdən bildirilib ki, qaçırılan qız Şəmkir rayon sakinidir, Hacıalılı məktəbinə Təhsil Nazirliyinin göndərişi ilə işləməyə gəlib. Hadisə ilə bağlı məktəb rəhbərliyi Bərdə Rayon Polis Şöbəsinə və qaçırılan qızın ailəsinə məlumat verib.

Qeyd edək ki, 2017-ci ildə pedaqoji təhsilini başa vuran və Bərdənin Hacıallı kəndində yerləşən 1 saylı orta məktəbə təyinatla riyaziyyat müəllimi göndərilən 23 yaşlı qızın Tural Zeynalov tərəfindən qaçırılması məlum olub. Bildirilir ki, T.Zeynalov həmin məktəbin direktoru Səyyarə Zeynalovanın qardaşı oğludur və anası da həmin məktəbdə müəllimə işləyir.

O da məlum olub ki, 23 yaşlı müəllimənin zorla qaçırılması hadisəsi dünən günorta saatlarında məktəbin yaxınlığında baş verib. Gənc müəllimə məktəbin 50 metrliyində kirayə tutduğu evdə yaşayırmış. Əvvəlcədən hazırlıq görən T.Zeynalov onu zorla maşına mindirərək naməlum istiqamətə aparıb.

Qeyd edək ki, qaçırılan qız Şəmkir rayon sakinidir. Onun valideynləri artıq Bərdəyə gəlib və polisə şikayət ərizəsi yazıblar. Qaçırılan qızın başqasına nişanlı olduğu bildirilir.

Xəbər lenti
0