CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda qeyri-adi təbiət hadisəsi baş verib

© Sputnik / Leyla AbdullayevaMoruq
Moruq - Sputnik Azərbaycan
Abunə olmaq
Xaçmaz rayon sakini Pakizə Mehdiyevanın həyətində yanvar ayında moruq yetişib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 18 yanvar — Sputnik. Təbiət bəzən öz şıltaqlıqları ilə biz insanları təəccübləndirməyi bacarır. Bu dəfə də Xaçmaz rayonunda baş vermiş qeyri-adi təbiət hadisəsi görənləri təəccübləndirib. 

Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, Xaçmaz rayon sakini Pakizə Mehdiyevanın həyətində yanvar ayında moruq yetişib. O, bu gün həyətə nəzər yetirən zaman mövsümə uyğun olmayan təbitə hadisəsi ilə qarşılaşıb.

P.Mehdiyeva  belə hadisə ilə ilk dəfədir qarşılaşdığını bildirib. Onun sözlərinə görə, son vaxtlar havalar şaxtalı keçirmiş.

Xəbər lenti
0