Пачки азербайджанских манатов и калькулятор

Müəllimlərin bir qisminin maaşı iki dəfə artırıldı

535
(Yenilənib 09:52 18.01.2018)
Sərəncam 2018-ci il yanvarın 1-dən tətbiq edilir

BAKI, 17 yanvar — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin dərs yükünün və əməkhaqlarının, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin isə əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılıb.

Nazirlər Kabinetinə bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış, dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşlarının sxemini və məbləğlərini on beş gün müddətində təsdiq etmək tapşırılıb.

Diaqnostik qiymətləndirmədən sonra Təhsil Nazirliyinin keçirdiyi mərkəzləşdirilmiş müsabiqə yolu ilə ilk peşə-ixtisas təhsili müəssisələrinə işə qəbul edilən, idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilər bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış işçilərə bərabər tutulacaq.

Sərəncam 2018-ci il yanvarın 1-dən tətbiq edilir.

535
Əlaqədar
Müəllimlərin maaşı artırıldı
Azərbaycanda 45 min müəllimin maaşı artırıldı
Mollalarımız maaş da alacaqlar
Yanvardan başlayaraq maaşımızın bu qədəri əlimizdən alınacaq
Koronavirus modeli, arxiv şəkli

Koronavirus daha tez öldürməyə başlayıb

20
Alimlər eyni zamanda SARC –CoV-2 –nin mutasiya edə bildiyini də təsdiqləyib. Onların fikrincə, mutasiya xəstəliyin ağırllaşmasına səbəb olmasa da, sürətlə yayılmasına səbəb ola bilər.

BAKI, 24 oktyabr — Sputnik. Koronavirus pandemiyasının ikinci dalğasında virusun ağırlaşmış formasında olan xəstələr birinci dalğa ilə müqayisədə daha tez ölür.

Sputnik Azərbacan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Britaniyanın fövqəladə hallar üzrə elmi məsləhət qrupunun hesabatında deyilir.

Alimlər bütün ölkə üzrə xəstəxanalarda olan 76700 sakinin məlumatlarını təhlil edərək bu nəticəyə gəlib.

Belə ki, avqustun 1-nə olan dövr ərzində koronavirusn əlamətləri müşahidə edilən gündən etibarən ağırlaşaraq ölümlə nəticələnmə 13 gün ərzində baş verirdi. Hazırda bu dövr qısalıb və ölümlə nəticələnmə bir həftəyə baş verir.

Alimlərin fikrincə, bu neqativ dinamika xəstəliyin müalicəsinin inkişafı ilə əlaqəlidir. Belə ki, hazırda həkimlər daha çox xəstənin həyatını xilas edə bilir. Xəstəlikdən ölənlər isə digər sağlamlıq problemləri olan zəif orqanizmi olan şəxslərdir.

Alimlər eyni zamanda SARC–CoV-2–nin mutasiya edə bildiyini də təsdiqləyib. Onların fikrincə, mutasiya xəstəliyin ağırllaşmasına səbəb olmasa da, sürətlə yayılmasına səbəb ola bilər.

20
Bakıda boş parkinq

Tikinti ilə bağlı yeni qərar bizi park etmə problemindən qurtaracaq

18
(Yenilənib 18:43 24.10.2020)
Qərar çoxmənzilli binalarda artıq problemə çevrilmiş nəqliyyat vasitələrinin saxlanması üçün həmin binalarda yeraltı qaraj mərtəbəsinin tikintisinin stimullaşdırılmasına və nəqliyyat sıxlığının aradan qaldırılmasına əhəmiyyətli təsir göstərəcək.

BAKI, 24 oktyabr — Sputnik. Azərbaycanda ərazi zonalarında tikinti sıxlığı göstəricilərinin yolverilən hədlərinə dəyişiklik edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu, Nazirlər Kabinetinin müvafiq qərarı ilə "Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar"ına edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Sumqayıt, Gəncə, Xırdalan və Mingəçevir şəhərlərində inşa edilən çoxmənzilli binalarda nəqliyyat vasitələrinin saxlanılması üçün həmin binaların tikinti layihəsində göstərilən tikinti ərazisinin 70 və daha çox faizini təşkil edən hissəsində yeraltı qarajın tikintisi nəzərdə tutulduğu halda, bu Qaydalara uyğun ərazinin tikinti sıxlığı əmsalı hesablanarkən birinci yerüstü mərtəbənin sahəsi nəzərə alınmayacaq.

Belə ki, bununla Sumqayıt, Gəncə, Xırdalan və Mingəçevir şəhərlərində inşa ediləcək çoxmənzilli binalarda artıq problemə çevrilmiş nəqliyyat vasitələrinin saxlanması üçün həmin binalarda yeraltı qaraj mərtəbəsinin tikintisinin stimullaşdırılmasına və nəqliyyat sıxlığının aradan qaldırılmasına əhəmiyyətli təsir göstərəcək.

Eyni zamanda "Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları"na edilən dəyişikliklə, tikintisinə icazə verilmiş, lakin tikinti-quraşdırma işləri başa çatmamış çoxmənzilli binanın tikinti layihəsində göstərilən tikinti ərazisinin həmin binanın tikinti sahəsini təşkil etməyən hissəsində yeraltı qarajların tikintisi üçün tikintiyə icazə icraatı ilə bağlı təkrar şəhərsalma əsaslandırılmasının tərtib edilməsi tələb olunmayacaq.

18

Hikmət Hacıyev: “Ermənilərin hədəfi kənd mülki şəxslər idi”

0
(Yenilənib 21:17 24.10.2020)
Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu həlak olub.

BAKI, 24 oktyabr — Sputnik. “Günün fotosu. Ermənistan tərəfindən atılan raketin zərərsizləşdirilməsi. Kəndə yaxınlaşdı. Hədəf kənd və mülki şəxslər idi. Çox güman ki, gözlənilən trayektoriyadan kənara çıxdı. Ermənistanın müharibə cinayətləri”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün twitter səhifəsində yazıb.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə