Автомобиль дорожно-патрульной службы в Баку, фото из архива

Sürücülərə şad xəbər: Cərimələr silindi

3608
(Yenilənib 09:51 18.01.2018)
Kamran Əliyev: "Yəni, kimsə zənn etməsin ki, bir il gizlənməklə cərimə ödəməkdən yaxa qurtara biləcək"

BAKI, 17 yanvar — Sputnik. Dünəndən başlayaraq DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Sistemində (dyp.gov.az), ASAN xidmətin Asanpay.az saytında və Daxili İşlər Nazirliyinin e-xidmet@mia.gov.az saytında qayda pozan sürücülərə tərtib olunmuş elektron protokolların bir qisminə xitam verilməsinə başlanılıb. Sputnik Azərbaycan avtosfer-ə istinadən xəbər verir ki, sistemdən silinən cərimələr bir il ərzində qərarsız görünən və sürücüyə çatdırılmayan MMX protokollardır.

Baş DYPİ-nin şöbə rəisi, polkovnik Kamran Əliyev açıqlamasında məlumatı təsdiq edib. Bildirib ki, həqiqətən də iki gündür sürücülərə tərtib olunmuş, DYP-nin Mərkəzi-Məlumat Sistemində qərarsız görünən, bir il ərzində sürücüyə çatdırılmayan elektron protokollara xitam verilməsinə başlanılıb: "Artıq DYP-nin, ASAN xidmətin və Daxili İşlər Nazirliyinin elektron xidmətlərində qeydiyyatdan keçən sürücülər 1 ildən artıq qərarsız olan cərimələrin silindiyinin şahidi olurlar. Yol polisi xeyli vaxtdir bu sistemi avtomatik rejimdə qurmağa çalışırdı. Artıq bu ildən sistem işə düşüb və qərarsız cərimələr 1 ili tamam olduqda avtomatik rejimdə silinir. Əvvəllər sürücülər 1 ili ötmüş qərarsız cərimələrin silinməsi, yəni xitam verilməsi üçün yol polisinə müraciət edirsizə artıq buna heç bir ehtiyac yoxdur. Sistem özü avtomatik qaydada həmin cərimələri silir". 

Bununla yanaşı, Kamran Əliyev sürücülərə müraciət edərək bildirib ki, bu yenilik sürücüləri arxayın salmamalıdır: "Sürücülər qərarsız cərimələri də ödəyə bilərlər. Asanpay.az və e-xidmet@mia.gov.az saytlarında bu imkan yaradılıb. Kimsə arxayın olmasın ki, gizlənmək yolu ilə cərimədən azad ola bilər. Hətta vaxtın tamam olmasına 1 gün qalsa belə həmin sürücünü tapıb protokolları təqdim edib qərar qəbul etmək mümkündür. Bundan əlavə, yol polisi əməkdaşları da həm küçə və yollarda, həm də stasionar postlarda nəzarəti gücləndiriblər. Cəriməsi olan, amma sistemdə qərarsız kimi görünən, yəni, sürücüyə çatdırılmayan elektron protokolları olan sürücülər saxlanılacaq və rəsmi qaydada təqdim olunacaq. Bundan əlavə, yaxın vaxtlarda daha bir yenilik gözlənilir. Sürücülük vəsiqəsi dəyişdirildikdə, avtomobil texniki baxışdan keçirildikdə və ya qeydiyyat və təkrar qeydiyyat prosesi zamanı qərarsız cərimələr bir-bir həmin sürücüyə rəsmən təqdim olunacaq. Yəni, kimsə zənn etməsin ki, bir il gizlənməklə cərimə ödəməkdən yaxa qurtara biləcək. Hazırda köhnədən qalan cərimələr silinir. Bir ili tamam olmayanlar isə adı qaydada sürücülərə çatdırılır".

3608
Teqlər:
Baş Dövlət Yol Polisi İdarəsi, Kamran Əliyev
Əlaqədar
"Onları siqaret çəkdiklərinə görə cərimələmək hüququmuz yoxdur"
İlham Əliyev qalmaqallı cəriməni ləğv etdi
Ona hakimiyyət səlahiyyətləri verildi: Cərimələyəcək
Sərnişindaşıma qaydaları dəyişdi, cərimə sistemi işə düşür
День Ашуры в столичной мечети Тезепир

Allahşükür Paşazadə: "Vətən Müharibəsi hər zaman ədalətli savaşdır"

0
(Yenilənib 19:05 28.09.2020)
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə xalqa müraciət etdi: "Xalqımız öz ərazi bütövlüyü uğrunda Vətən Müharibəsinə qalxıb. Vətən müharibəsi hər zaman ədalətli savaşdır".

 

BAKI, 28 sentyabr — Sputnik. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə xalqa müraciət edib. İdarədən Sputnik Azərbaycan-a göndərilən müraciətdə deyilir:

"Azərbaycan xalqına müraciət edərək son günlər doğma torpaqlarımızın erməni işğalından azad olunması uğrunda haqq mücadiləmizdə qazandığımız zəfərlərə Uca Allahdan rəvac diləyir, Vətən uğrunda Uca Yaradanın nəzərində ən uca mərtəbə olan şəhidlik zirvəsinə yüksələn qəhrəman övladlarımıza Allah-Təaladan rəhmət diləyirəm.

Xalqımız öz ərazi bütövlüyü uğrunda Vətən müharibəsinə qalxmışdır. Vətən müharibəsi hər zaman ədalətli savaşdır. Biz hər zaman sülhsevər və sülhpərvər xalq olmuşuq, heç vaxt özgə torpağına göz dikməmişik. Öz milli-mənəvi dəyərlərimiz qədər ümumbəşəri irsə diqqət, qayğı və ehtiramla yanaşmışıq. Lakin bu danılmaz gerçəklikdir ki, erməni ekstremistlərinin əzəli torpaqlarımıza qarşı ərazi iddiaları, işğalçılıq, xalqımıza qarşı soyqırım, terror, etnik təmizləmə, dini-mədəni abidələrimizə qarşı məqsədyönlü məhvetmə siyasəti ilə üz-üzəyik. Bu davamlı təcavüz Azərbaycan xalqının səbrini tükəndirmişdir. 30 ildən artıq müddət davam edən işğal və mənəvi təcavüz sona yetməlidir. Ədalət zəfər çalmalı, haqq öz yerini tutmalıdır!

Bu gün işğalçı Ermənistanın davamlı təxribatına cavab olaraq Azərbaycan hərb meydanındadır. Bu meydan ədalətin yerini almasına xidmət edir. İllərlə Azərbaycanın haqq səsini, bəşərin sülh çağırışlarını qulaqardına vuran, beynəlxalq aləmin səylərini heçə endirən, mənəvi məkanlarımıza həqarət edən, dini ibadətgahlarımızı yerlə yeksan edən, ata-babalarımızın yurdunu viran qoyan, qəbirstanlıqlarımızı dağıdan, izimizi itirməyə, tariximizi saxtalaşdırmağa cəhd edən, ümumbəşər əhəmiyyətli abidələrə qarşı vandallıq aktları həyata keçirən mənfur işğalçı, nəhayət, hərb meydanında cavab verməlidir. Ermənilərin İnsan hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmələri riyakarlıqdır və heç bir çərçivəyə sığmır. Dövlət başçımızın söylədiyi kimi, erməni əsgərinin bizim torpağımızda nə işi var?

Azərbaycan beynəlxalq birlik, BMT tərəfindən tanınan ərazi bütövlüyünü müdafiə edir, öz torpaqları uğrunda vuruşur. Biz beynəlxalq hüquqa əsaslanan sivil cəmiyyət olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli sülh yolu ilə həllinə ümidvar olmuşuq. Bu münaqişənin dinc yolla nizamlanması məramı ilə fəaliyyət göstərən beynəlxalq təşkilatların çoxsaylı səfərləri, görüş və danışıqlarına ümidlə baxmışıq və bu səyləri dəyərləndiririk. Lakin Ermənistan tərəfi bu səylərin nəticəsiz qalması üçün əlindən gələni əsirgəmir. Dünya birliyi isə beynəlxalq hüququ heçə sayan, BMT qətnamələrini nümayişkəranə şəkildə yerinə yetirməyən, Xocalıda azərbaycanlılara qarşı soyqırım törədən, məscid, qəbirstanlıqlarımızı məhv edən, mənəvi dəyərlərimizə həqarət edən, beynəlxalq konvensiyalara məhəl qoymadan mülki əhalini, dinc insanları, yaşayış evlərini, qadın, uşaq və qocaları gülləbaran edən erməni ekstremizminə və terroruna qarşı heç bir cəzalandırma həyata keçirmir, sanksiyalar tətbiq etmir.

Qafqazın dini lideri, Şeyxülislam olaraq, həmçinin, Azərbaycandakı dini konfessiyaların rəhbərləri ilə birgə bu illər ərzində erməni tərəfinin cinayətləri barədə beynəlxalq təşkilatlara, dünya parlamentlərinə, siyasi və dini liderlərə davamlı, müfəssəl müraciətlər etmişik. Qarşıdurma başlayan dövrdən etibarən Rus Pravoslav Kilsəsinin, Gürcü Pravoslav Kilsəsinin, Ümumdünya Kilsələr Şurası, Vatikan və müsəlman dini mərkəzlərinin vasitəçiliyi ilə münaqişənin sülh yolu ilə həlli naminə dəfələrlə bir araya gəlmiş, erməni kilsəsi ilə danışıqlarda iştirak etmişəm. Bunun nəticəsində münaqişənin heç bir vəchlə dinlərarası qarşıdurma müstəvisinə keçməsinə yol verməməyə nail olsaq da, təəssüflər olsun ki, erməni tərəfi imzaladığımız birgə bəyanatların ruhuna uyğun davamlı davranış nümayiş etdirmədi. Ermənistan hər zaman müxtəlif müstəvilərdə özünün işğalçı-ekstremist siyasətini ört-basdır edərək, münaqişəyə dini don geyindirməyə, onu xristian-müsəlman qarşıdurması kimi təqdim etməyə çalışmışdır. Birmənalı şəkildə bəyan edirəm: biz özgə torpaqlarına göz dikməmişik, Azərbaycan xalqının yeganə qayəsi Vətəni təcavüzdən xilas etmək və işğal olunmuş əzəli torpaqlarımızı erməni qəsbkarlardan azad etməkdir.

Qafqaz Müsəlmanları İdarəsi müqəddəs Vətən torpağımız uğrunda mücadiləmizdə şanlı ordumuzun qazandığı qələbələr münasibətilə Ali Baş Komandanımızı və bütün xalqımızı təbrik edir. Bu uğurlar haqq etdiyimiz Böyük Qələbənin müjdələridir. Bu gün düşmənə layiq olduğu cavabı verən qəhrəman Azərbaycan Ordusunu Uca Allah qorusun! Qəlbi ülvi Vətən məhəbbəti ilə döyünən əsgərlərimiz həmişə ürəyimizdədirlər. Biz, din xadimləri bütün ibadətlərimizdə xalqımızın haqq mübarizəsinin qələbəsi, ədalətin zəfər çalması üçün dualar edirik. Savaş meydanında da əsgərlərimizlə bərabər olmağa, onlara dəstək verməyə həmişə hazırıq. Vətən bizi çağırır. Zülm və haqsızlığa qarşı milli qürur və şücaətimiz, mənəvi birlik və həmrəyliyimiz hər zamankından daha artıq olmalıdır. Milli, dini mənsubiyyətindən, siyasi baxışından, dünyanın hansı nöqtəsində olmasından asılı olmayaraq bütün azərbaycanlılar ümumi düşmənə qarşı bir səngərdə olmalı, yumruq kimi birləşməlidirlər. Dövlət başçımızın vurğuladığı kimi, "Biz birlikdə güclüyük".

Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Ordusunun zəfəri münasibətilə xalqımıza müraciəti bütün Azərbaycan xalqı kimi, cəmiyyətin ayrılmaz parçası olan dindarların, din xadimlərimizin də qəlbinə fəxarət və sevinc bəxş etdi. Bu günlər istər Qarabağda, istərsə də Tovuz istiqamətində işğalçı Ermənistanın təxribat xarakterli həmlələrinə mərdanə sinə gərən yerli mülki əhalimizin mətinliyi, şücaəti xalqımızı ruhlandıran vətəndaşlıq nümunəsidir. Bütün xalqımız kimi, milyonlarla dindarın ümdə istəyi Azərbaycanın Ali Baş Komandanının rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad edilməsidir. Ölkə dindarları, hər zaman olduğu kimi, bu gün də dövlət rəhbərimizin qətiyyətli addımlarını dəstəkləyirlər və Ali Baş Komandanımızın rəhbərliyi altında tarixi Qələbəmizin əldə olunması yolunda öz əməli töhfələrini verməyə hazırdırlar.

Bir daha Azərbaycan xalqına xitab edərək, Uca Allahın bizlərə əmanəti olan müqəddəs Vətən torpağının azad olunması, dini-mənəvi dəyərlərimizin xilası, ata-babalarımızın nigaran ruhları naminə haqq mücadiləmiz yolunda həyatını qurban vermiş şəhidlərimizə Uca Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Haqq uğrunda ədalətli mücadiləmizdə Uca Allah bizə yar olsun! Allah-Təala Azərbaycanımızı hifz etsin, Ali Baş Komandanımızı müzəffər, dövlətimizi, ordumuzu, xalqımızı qalib qərar versin, inşallah! Amin!"

0
Əlaqədar
Niyə məhz Allahşükür Paşazadə - Nobel mükafatının ölkəmizə gəlməsi üçün 2 əsaslı səbəb var
Allahşükür Paşazadə İrana görə Trampa müraciət etdi
 Distant təhsil, arxiv şəkli

Distant təhsil bir müddət dayandırılsın - ekspert səbəbi açıqladı

23
(Yenilənib 18:30 28.09.2020)
VPN texnologiyadan istifadə edərkən trafik digər bir tanınmayan şirkət üzərindən ötürüldüyündən həm ölkənin informasiya təhlükəsizliyi üçün və həm də fərdi məlumatların təhlükəsizliyi üçün müəyyən risklər yaranır.

BAKI, 28 sentyabr — Sputnik. "İnternetə və bəzi sosial media resuslarına tətbiq olunan məhdudiyyətlərlə bağlı ali və orta təhsil pilləsində distant təhsilin bir müddət dayandırılması doğru olardı".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz danışıb.

O, qeyd edib ki, bu həm də "WhatsApp"dan istifadə edən valideynlərin, müəllimlərin və təhsil alanların kütləvi olaraq VPN yükləməsinin qarşısını alardı.

"VPN texnologiyadan istifadə edərkən trafik digər bir tanınmayan şirkət üzərindən ötürüldüyündən, həm ölkənin informasiya təhlükəsizliyi üçün və həm də fərdi məlumatların təhlükəsizliyi üçün müəyyən risklər yaranır. Ümid edirəm, Təhsil Nazirliyi bunları nəzərə alaraq zəruri tədbirlər görəcək" - Osman Gündüz qeyd edib.

23