Qardabani şəhərinin mərkəzi

Gürcüstan azərbaycanlılarından həyəcan təbili İlk siqnallar gəlir

12954
(Yenilənib 13:34 18.01.2018)
"Ana dilində təhsil verən müəllimlərin olmaması yaxın gələcəkdə Gürcüstanda Azərbaycan dilli məktəblərin yox olmasına gətirib çıxaracaq"

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 16 yanvar — Sputnik. Bu gün Gürcüstanda rəsmi rəqəmlərə görə 350 mindən çox, qeyri-rəsmi məlumatlara görə isə yarım milyona yaxın azərbaycanlı yaşayır. Qonşu ölkədə yaşayan soydaşlarımız zamanla müxtəlif problemlərlə üzləşir ki, onlardan biri də təhsillə bağlıdır.

Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov
© Foto H.Yusubov tərəfindən təqdim olunub
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov

Sputnik Azərbaycan-ın əməkdaşı sözügedən məsələ ilə bağlı Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) sədri Hüseyn Yusubovla söhbətləşib. Konqres sədrinin dediyinə görə, son 5-6 ilədək Gürcüstan azərbaycanlılarının təhsildə əsas problemi yaşadığı ölkənin dilini bilməməsi ilə bağlı olsa da, bu məsələ demək olar ki, aradan qalxmaq üzrədir.

"Müstəqilliyin ilk 20 ili keçid dövrünə düşdüyü üçün, nədən nəyə, hardan haraya, nə zaman keçirik, bilən yox idi. Təhsil sistemi qaydaya salınmamışdı. Milli azlıqların təhsili ilə bağlı konkret proqram yox idi. Gürcüstan azərbaycanlılarının isə ana dilinə bağlılığı yüksək olduğundan gürcü dili arxa plana keçmişdi" — müsahibiz bildirib.

"Hazırda isə məktəblərdə gürcü dili sürətləndirilmiş şəkildə öyədilir, əhalinin əksəriyyəti övladlarının yaşadığı ölkənin dilini öyrənməsində maraqlıdır. Əvvəllər hər il 4-5 nəfər ali məktəblərə qəbul olurdusa, son illərdə isə Gürcüstan universitetlərində onların sayı minlərlə ölçülür" — o, əlavə edib.

H.Yusubovun sözlərinə görə, Gürcüstanda artıq 10 ildir ki, milli azlıqlarla bağlı "4+1" dövlət proqramı hazırlanıb: "Bu proqrama əsasən, orta məktəbi Azərbaycan dilində bitirən şagirdlər ana dillərində imtahan verərək Gürcüstan universitetlərinə qəbul ola bilir. Bir il kurs keçərək yaşadığı ölkənin dilini öyrənir və sonrakı təhsillərini gürcücə davam etdirirlər. Mənim də şəxsən iştirakımla hazırlanan bu proqramın tətbiqi ilə 3 mindən artıq azərbaycanlı Gürcüstan universitetlərinin diplomunu alıb".

Konqres sədri təəssüflə bildirib ki, əvvəllər gürcüstanlı rəsmilər azərbaycanlıların dövlət işlərində azlığını gürcü dilini bilməmələri ilə əlaqələndirirdilərsə, son dövrlər bu dildə ali məktəb bitirən soydaşlarımızın sayının çoxalmasına baxmayaraq, bu sahədə heç bir artım olmayıb.

Hüseyn Yusubov təhsillə bağlı ən böyük problemin hazırda ana dilli təhsillə bağlı olduğunu vurğulayıb. Qeyd edib ki, Gürcüstanda Azərbaycan dilli təhsili heç bir qurum ləğv etməyəcək, lakin ana dilində təhsil verən müəllimlərin olmaması yaxın gələcəkdə Azərbaycan dilli məktəblərin yox olmasına gətirib çıxaracaq.

"Ana dilində təhsil verən müəllimlər qocalır, get-gedə sayları azalır. Onların yerinə isə heç bir fənn üzrə gənc kadr meydana çıxmır. Hətta artıq bir çox kəndlərdə müəllim çatışmazlığı ilə bağlı ilk siqnallar gəlir" — həmsöhbətimiz vurğulayıb.

Onun sözlərinə görə, Gürcüstan universitetlərində Azərbaycan dilli məktəblər üçün müəllim hazırlayan fakültələr yoxdur: "Azərbaycan təhsil müəssisələrinə isə borçalılılar qəbul ola bilmirlər. Bunun bir səbəbi fərqli tədris proqramı olsa da, əsas problem Azərbaycan təhsil sistemində Gürcüstandakı azərbaycanlılara qarşı yaradılan süni problemlərdir. Dünyada qəbul olunmuş beynəlxalq qanunlar var ki, xarici ölkə vətəndaşları başqa ölkə universitetlərinə qəbul imtahanı verməyərək müsahibə yolu ilə tələbə adını qazanırlar. Lakin buradan gedən azərbaycanlılar xarici ölkə vətəndaşı kimi dəyərləndirilmir və qəbul imtahanlarına cəlb edilirlər".

"Lakin universitetə qəbul olduqdan sonra xarici vətəndaş olduqları əsas gətirilərək ən yüksək bal yığsa belə, yalnız ödənişli təhsil ala bilirlər. Bunun da nəticəsi olaraq Gürcüstan azərbaycanlıları Azərbaycanın universitetlərində, demək olar ki, təmsil olunmurlar" — GAK sədri qeyd edib.

Hüseyn Yusubov Sputnik Azərbaycan vasitəsilə Azərbaycanın aidiyyatı qurumlarına səslənərək Gürcüstan azərbaycanlılarının ana dilində ali təhsil ala bilməsi üçün birgə dövlət proqramı hazırlamağı, ana dilində təhsilin başı üzərini almış təhlükəni aradan qaldırmağa diqqət ayrılmasını istəyib.

12954
Teqlər:
say, Hüseyn Yusubov, Gürcüstan Azərbaycanlıları Konqresi, GAK, ana dili, təhsil, məktəb, Gürcüstan, proqram, müəllim, azərbaycanlı
Əlaqədar
Gürcüstan DİN azərbaycanlıların güllələnməsi ilə bağlı məlumat yayıb
Gürcüstan azərbaycanlılarının problemləri həmişə aktualdır
Gürcüstan azərbaycanlılarının geriyə axını başlayacaq
Gürcüstan azərbaycanlılarından Prezidentə müraciət: "Qətiyyətli addım atmasanız..."
Türkiyədə başı kəsilən Gürcüstan vətəndaşları azərbaycanlı imiş
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə

Məcburi köçkünlər 5 sorğuda iştirak edəcəklər Elşən Bağırzadə danışır

2
(Yenilənib 22:54 26.02.2021)
İqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadə Sputnik-Azərbaycana bildirir ki, sorğular bir-biri ilə əlaqəli olacaq
Elşən Bağırzadə: “Tədqiqatı sonunda hökumətə hesabat təqdim ediləcək”

ADA Universitetində “Azərbaycanın post-konflikt ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və effektiv təşkili üzrə təkliflərin hazırlanması” adlı tədqiqat işi aparılır. Sputnik Azərbaycan məlumat verir ki, bu tədqiqat çərçivəsində bir neçə sosioloji sorğu keçiriləcək.

İqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadənin sözlərinə görə, tədqiqat çərçivəsində məcburi köçkünlər arasında beş sorğu keçiriləcək:

“Bu sorğular bir-biri ilə əlaqəlidir. Sorğuların nəticəsinə uyğun olaraq sonda tədqiqat qrupu tərəfindən Azərbaycan hökumətinə hesabat təqdim ediləcək”.

Elşən Bağırzadənin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

2
Füzuli rayonunda yeraltında yatan gizli şəhər

Yer altında yatan möcüzə: Füzuli rayonunda gizli şəhər mövcuddur - FOTO

13
(Yenilənib 21:51 27.02.2021)
Azərbaycanda, Füzuli rayonunda yeraltı şəhər mövcuddur. Daha doğrusu, şəhərin böyük bir hissəsi qalın torpaq qatı altındadır.

Emin Babayev, Sputnik Azərbaycan

BAKI, 28 fevral — Sputnik. Dünyanın bir çox ölkələri var ki, orada yeraltı şəhərlər mövcuddur və bu, onların qədim tarixinin bir parçası kimi turistlərin görməli və gəzməli yerinə çevrilib. Uzağa getmirik. Qardaş ölkə olan Türkiyənin Dərinquyu bölgəsində çoxqatlı yeraltı şəhər var. Altmış metrə yaxın dərinliyə malik olan bu məkan eyni anda 20000 insanı yatacaq və su ilə təmin edə biləcək bir sığınacaqdır. Dost ölkədə bir neçə belə yeraltı şəhər var, Dərinquyu isə bunlardan ən böyüyüdür. O, turistlərin ölkəyə cəlb edilməsində mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanda isə Füzuli rayonunda yeraltı şəhər mövcuddur. Daha doğrusu, şəhərin böyük bir hissəsi qalın torpaq qatı altındadır. O, Füzuli rayonunun Horadiz qəsəbəsinə yaxın ərazidə, Babı kəndində yerləşir. Abidə kəndin qədim qəbristanlığında, hündür ərazidə aşkarlanıb.

Sərdabə kompleksi

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya-Etnoqrafiya İnstitutunun aparıcı elmi işçsi və tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədovla görüşdük. Müsahibimiz Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, adıçəkilən ərazidə, doğrudan da torpaq altında böyük bir şəhərin qalıqları var. Üzdə qalanlardan isə orta əsrlər dövrünə aid olan, xüsusən XIII-XIV əsrlərə məxsus böyük bir xanəgah olub. Həmin xanəgah əsasən məsciddən, türbədən, hücrələrdən, eyni zamanda yardımçı binalardan ibarətdir.

© Sputnik / Emin Babayev
Füzuli rayonunun Babı kəndində Şeyx Babı türbəsi

İlkin olaraq belə anlaşılır ki, burada olan məscidlərdə yalnız ibadət edilməyib, həm də məscid-mədrəsə kimi istifadə olunub. Məscidin ayrı-ayrı otaqları var. Türbələrin məscid binasına yaxın ərazidə yerləşməsi və onların bir neçə nəfər üçün nəzərdə tutulması, yüklərin boşaldılması üçün yaxınlıqda yerlərin olmaması onu göstərir ki, kənardan gələn şagirdlər burada qalırlarmış. Divarlardakı kaşılar XIII-XIV əsrə aid edilir.

On hektarlıq ərazi

Füzuli rayonunun Babı kəndi ərazisində təriqəti, həm də İslam dinini yaymaq məqsədilə qədimlərdə təbliğat işləri aparılıb (ancaq mənbələr "babı" sözünü tək təriqətlə əlaqələndirmirlər, onun bir mənası da "sadə" deməkdir - red.). Oradan keçən ticarət yolunun da Ərdəbilə doğru istiqamətlənməsi həmin xanəgahın məhz göstərilən ərazidə tikilməsini şərtləndirib. Müsahibimiz deyir ki, xanəgahlar ticarət yollarının üzərində yerləşir, hörmətli adamların qəbirləri üzərində tikilir və gələcəkdə də bu xanəgahların böyüməsi nəticəsində şəhərlər əmələ gəlirdi. "Xanəgahın yerləşdiyi əraziyə ümumi baxış keçirən zaman hiss olunur ki, şəhərcik təxminən 10 hektardan artıq bir sahəni əhatə edir və böyük bir şəhər kompleksidir. Bu da divarlarla əhatə olunub".

© Sputnik / Emin Babayev
Xəqani Alməmmədov

Adsız şəhər

Şəhərin adının necə olduğu barədə heç bir fikir söyləmək mümkün deyil. Amma Xəqani Alməmmədov bildirir ki, çox güman ki, şəhərin adı bab sözündən götürülüb. "Ancaq bir şey məlumdur ki, ümumiyyətlə, orta əsr müəllifləri Qarabağda orta əsrlər dövrünə aid bir neçə iri şəhərin adlarını çəkiblər. Lakin bu adlar indiyə kimi hələ də heç kəsə məlum deyil. Ola bilsin ki, tapılan bu abidə orada gedən arxeoloji qazıntılar bitdikdə, həm də elmi faktların araşdırılması nəticəsində belə bir şəhərin olduğunu tam təsdiqləməyə imkan verəcək. Həmin şəhərin adının müəyyənləşdirilməsində də bizə yardımçı olacaq".

© Sputnik / Emin Babayev
Füzuli rayonunun Babı kəndində qədim şəhərin qalıqları

Hərbi əməliyyatlar meydanı

Ərazidə arxeoloji qazıntıların aparılmasının vacib olduğunu söyləyən müsahibimiz buranın hərbi əməliyyatlar meydanı olduğunu da önə çəkdi: "Abidənin bir tərəfi dağıntılara məruz qalıb. Eyni zamanda, bu ərazi Azərbaycanın bir vaxtlar işğal altında olan torpaqlarının yaxınlığında yerləşir və digər tərəfdən İranla həmsərhəddir. Həm Şimali Azərbaycan, həm də Cənubi Azərbaycanla mədəni əlaqələri, vahid mədəni irsin öyrənilməsi, həm də Qarabağda olan orta əsrlər dövrünə aid ən yaxşı abidə kompleksi kimi bu abidənin öyrənilməsini olduqca vacib sayıram. Bu gün orada qazıntı işlərinin getməsi gələcəkdə Qarabağ ərazisində ən böyük turizm mərkəzinin yaradılması ilə nəticələnə bilər. Bu da bizim XII-XIII əsrdə nə qədər böyük abidələrimizin, şəhərlərimizin, mədəniyyətimizin mövcud olduğunu dünyaya yaymaq üçün vacib amil sayılmalıdır".

© Sputnik / Emin Babayev
Füzuli rayonunun Babı kəndində yarıuçuq məscid minarəsi

Vəsaitə ehtiyac var

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya-Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi onu da əlavə edir ki, dedikləri ilkin mülahizələrdir, ancaq qazıntı işləri aparıldıqdan sonra daha zəngin fikirlər söyləmək olar: "Ola bilsin ki, qazıntılar zamanı aşağı mədəni qatlardan daha qədim dövrlərə, erkən orta əsrlər dövrünə, antik dövrə aid olan hansısa təbəqələr aşkarlana bilər. Bundan əlavə, abidənin yanında XIV əsrə aid olan qoç heykəlləri var ki, onların da XIV-XV əsrlərdə Azərbaycanda mövcud olan Qaraqoyunlu və Ağqoyunlu hakimiyyəti dövrünə təsadüf etdiyini söyləmək olar. Ərazidə həmçinin çoxlu sayda qəbir abidəsi var və hazırda onların da tədqiqinə ehtiyac duyulur".

© Sputnik / Emin Babayev
Füzuli rayonunun Babı kəndində qədim şəhərin qalıqları

Torpaq altındakı sərvət

Şəhərin tamamilə torpaq altında qalması ilə bağlı da müəyyən fikirlər söylənilir. Kürdəmir Regional Mədəniyyət İdarəsinin Füzuli Tarix Diyarşünaslıq Muzeyinin direktoru Elçin Əsədov da şəhərin tam dəqiqləşməsi üçün mütləq arxeoloji qazıntıların aparılmasını vacib sayır: "Abidə Qarabağın tarixinin öyrənilməsi üçün də olduqca əhəmiyyətlidir. Ümid edirik ki, aidiyyəti qurumlar, imkanlı təşkilatların köməkliyi ilə bu qazıntı aparılacaq".

13
Teqlər:
minarə, türbə, abidə, tarix, arxeologiya, qədim şəhər, Füzuli, Qarabağ, "Qarabağ, Azərbaycan
Mövzu:
Azərbaycanın görməli yerləri, turizm obyektləri