Bakı metrosu

Metro sərnişinlərinin nəzərinə: Yeni xidmət istifadəyə verildi

596
(Yenilənib 19:45 14.01.2018)
Müvafiq proqramın ilkin versiyası "Play Market"də yerləşdirilib

BAKI, 14 yanvar — Sputnik. Android əməliyyat sistemi üzərindən işləyən cihazların sahibləri Bakı metropoliteninin interaktiv xəritəsindən istifadə edə biləcək.

Sputnik Azərbaycan Trend-ə istinadən xəbər verir ki, bu barədə layihənin rəhbəri Şamxal Bayramov deyib. Onun sözlərinə görə, müvafiq proqramın ilkin versiyası Play Market-də yerləşdirilib.

"Tədbiq Rusiyanın "Yandeks.Metro" proqramının funksiyalarına malik olacaq, bu da nəqliyyatda qedişi planlaşdırmağa, yola sərf edilən vaxtı hesablamağa və optimal marşrut seçməyə imkan yaradacaq. Hələlik mobil tədbiqin cari versiyası informativ xarakter daşıyır, lakin növbəti yenilənmədən sonra proqram interaktiv olacaq və ona yeni funksiyalar əlavə ediləcək" — deyə layihə rəhbəri bildirib.

596
Teqlər:
interaktiv xəritə, cihaz, metro, Android
Əlaqədar
Paşayev: “Metro stansiyalarında konsert olacaq”
Təklif: Avtobus və metroda aylıq gedişhaqqı 15 qəpik olsun
Həmin gün metro saat 1-ə qədər işləyəcək
Məşhur aktrisa metroda görüntüləndi
Dörd aydır bağlı olan metrostansiyadan xəbər var
Metroda cibgir saxlanılıb

Vladimir Putin azərbaycanlıları mükafatlandırdı

0
(Yenilənib 21:24 16.05.2021)
Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsində göstərdiklərə xidmətə və Azərbaycanda rus teatr sənətinin ənənələrini yaşatdıqlarına görə Azərbaycanın incəsənət xadimləri təltif olunublar.

BAKI, 16 may - Sputnik. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsində göstərdiklərə xidmətə və Azərbaycanda rus teatr sənətinin ənənələrini yaşatdıqlarına görə Azərbaycanın incəsənət xadimlərini təltif edib. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Trend yazır.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev Puşkin medalına, teatrın baş rejissoru, Azərbaycanın Xalq artisti Aleksandr Şarovski "Dostluq" ordeninə layiq görülüb.

2020-ci ildə Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev də Vladimir Putinin sərəncamı ilə "Dostluq" ordeni ilə təltif olunmuşdu. 

Xatırladaq ki, 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının əməkdaşlarının orden və medallarla təltif olunması, eləcə də onlara mədəniyyət sahəsində fəxri adların verilməsi barədə sərəncam imzalamışdı.

0
Teqlər:
Rus Dram Teatrı, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı, təltif, Vladimir Putin
piano

Balaca pianoçu beynəlxalq müsabiqənin laureatı olub

3
(Yenilənib 19:31 16.05.2021)
Balaca pianoçu Balis Dvarionasın "Prelüdiya"sını ifa edərək laureat adına layiq görülüb. Münsiflər heyəti şagirdlə yanaşı, onu hazırlayan müəllimin peşəkarlığını yüksək qiymətləndirərək Lalə Useynovaya təşəkkür diplomu ünvanlayıb.

BAKI, 16 may — Sputnik. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin şagirdi Nuray Manafova İtaliyanın Roma şəhərində keçirilən "Star of the Rome" (Romanın ulduzu) beynəlxalq müsabiqəsində uğurla iştirak edib.

Sputnik Azərbaycan xəbər verir ki, balaca pianoçu Balis Dvarionasın "Prelüdiya"sını ifa edərək laureat adına layiq görülüb.

Münsiflər heyəti şagirdlə yanaşı, onu hazırlayan müəllimin peşəkarlığını yüksək qiymətləndirərək Lalə Useynovaya təşəkkür diplomu ünvanlayıb.

Eləcə də oxuyun: 

Dünyaca məşhur müsabiqədə Azərbaycanı təmsil edəcək müğənninin adı açıqlanıb

* Arslan Növrəsli: Uşaqlar yaşıdları ilə oynayanda, biz zamanımızı musiqiyə həsr edirdik

Şəhid polkovnikin pianoda ifası hər kəsi kövrəltdi - VİDEO

3
Teqlər:
azərbaycanlı, müsabiqə, piano