Yol polisi avtomobili

Yol polisindən sürücülərə hava xəbərdarlığı

101
(Yenilənib 13:36 14.01.2018)
“Sürücülərə tövsiyə edirik ki, avtomobillərini mövsümi təkərlərlə təmin etsinlər, qışa tam hazırlıqlı olsunlar”

BAKI, 13 yanvar — Sputnik. Yol Polisi Bakıda gözlənilən dumanlı və çiskinli hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, sürücülər havanın dumanlı və çiskinli olacağını nəzərə alaraq ictimai nəqliyyatdan istifadəyə üstünlük verməlidir, yol və meteoroloji şəraiti nəzərə almağı bacarmalıdır, sürət həddi minimuma enməlidir, ara məsafəsi normadan artıq saxlanmalıdır.

V.Əsədov bildirib ki, ümumiyyətlə bütün avtomobillər qış rejiminə hazır olmalıdır: “Sürücülərə tövsiyə edirik ki, avtomobillərini mövsümi təkərlərlə təmin etsinlər, qışa tam hazırlıqlı olsunlar”.

101
Teqlər:
sürücülər, qış rejimi, xəbərdarlıq, polis polkovniki Vaqif Əsədov, yol polisi, avtomobil
Əlaqədar
Bu ölkədə on min yol polisi ixtisar edildi
Bakıda yol polisi piyadanı öldürdü
Yol Polisindən sürücülərə xəbərdarlıq
Yol polisi qan tökdü
"Yol polisinin səlahiyyəti "ASAN xidmət"ə verilsin"
Sitrus bağları, arxiv şəkli

Noyabr ayının havası - O da bizi Qarabağa səsləyir

7
(Yenilənib 17:50 31.10.2020)
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperatur 4-7° isti olacaq

BAKI, 31 oktyabr — Sputnik. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir. Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacaq. Noyabr ayının birinci ongünlüyünün birinci yarısında hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin dağlıq rayonlarda yağış yağacağı proqnozlaşdırılır.

Xidmətdən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 11-13° dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturunun 7-12°, ayın əvvəlində 16°-dək, gündüzlər 18-23°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 14-16° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 28-38 millimetr) olacağı ehtimal edilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 7-10° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturunun 5-10°, üçüncü ongünlüyün bəzi günlərində 0°-dək, gündüzlər 18-23°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 9-14° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-28 millimetr) olacağı bildirilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperatur 4-7° isti olacaq. Bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturunun 2-7° isti, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 0-4° şaxta, gündüzlər 10-15°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 2-7° isti ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 27-34 millimetr) olacağı ehtimalı var.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 9-12° isti olacağı proqnozlaşdırılır. Bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturunun 8-13°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 2-5°, gündüzlər 18-23°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 8-13° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 15-24 millimetr) olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 6-10° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturunun 7-12° isti, ikinci və üçüncü ongünlüyün bəzi günlərində yüksək dağlıq ərazilərdə 2-7° şaxta, gündüzlər 15-20°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 7-12° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 29-73 millimetr) olacağı proqnozlaşdırılır.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 9-13° isti olacağı ehtimalı var. Bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturunun 9-14°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 3-6°, gündüzlər 19-24°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 12-16° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 25-45 millimetr) olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 8-13° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturunun 9-14°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 3-6° isti, dağlarda 0°-yə yaxın, gündüzlər 16-21°, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 10-13° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 55-170 millimetr) olacağı ehtimalı var.

7
Dərman, arxiv şəkli

Evdə müalicə olunan COVID-19 xəstələrinə dərmanı dövlət verir - Səhiyyə Nazirliyi

2
O, indiyədək ölkəmizdə 700-ə yaxın insanın bu virusdan dünyasını dəyişdiyini bildirib O, indiyədək ölkəmizdə 700-ə yaxın insanın bu virusdan dünyasını dəyişdiyini bildirib

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 31 oktyabr — Sputnik. Azərbaycanda COVID-19 xəstəliyini yüngül keçirən xəstələrə də dərmanlar dövlət tərəfindən verilir. Sputnik Azərbaycan-ın türk mətbuatına istinadən məlumatına görə, bu məlumatı Azərbaycanın Səhiyyə nazirinin müavini Elsəvər Ağayev Türk Konseyi Sağlıq Bilim Kurulunun toplantısında iştirak edərkən bildirib. E.Ağayev deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə iki ayda 4 min çarpayılıq 12 modul xəstəxana COVID-19 xəstələrinə xidmət üçün verilib. E.Ağayev COVID-19-u yüngül keçirən xəstələrin evdə izolyasiya olunaraq müalicələrini davam etdirdiklərini dilə gətirib. Nazir müavini Azərbaycanda koronavirusa yoluxma sayının gündəlik 500-600 təşkil etdiyini, ümumi xəstə sayının 53 mini keçdiyini söyləyib. E.Ağayev bu səbəbdən də təhsil müəssisələrində dərslərin iki həftəlik dayandırıldığını, onlayn təhsilə qərar verildiyini bildirib.

E.Ağayev çıxışı zamanı Azərbaycanda 7-8 bölgədə virusa yoluxma sayının artması səbəbindən giriş-çıxışa qadağa qoyulduğunu diqqətə çatdırıb. O, indiyədək ölkəmizdə 700-ə yaxın insanın bu virusdan dünyasını dəyişdiyini bildirib.

2