CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Diqqət: Qaz tarifinin hesablanması ilə bağlı açıqlama verildi - VİDEO

© Sputnik / Anar MustafayevГазовый счетчик и smart-карта, фото из архива
Газовый счетчик и smart-карта, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dekabr ayının sonu və yanvar ayının ilk günləri bayram və istirahət günlərinə təsadüf etdiyindən bu proses yanvar ayının ilk həftəsində tamamlanıb

BAKI, 11 yanvar — Sputnik. Ötən ilin dekabr ayında "Azəriqaz" İstehsalat Birliyi 2017-ci ildə verilən 1700 kubmetr limitinin dekabr ayının sonundan sıfırlanacağı və yanvar ayından bu il üçün yeni limitin hesablanmasına başlanılacağı barədə məlumat vermişdi. Lakin bəzi "Smart İTRON" elektron qaz sayğaclarından istifadə edən abonentlər yanvar ayında ödəniş etdikdə qazın tarifinin 20 qəpikdən hesablandığını, mexaniki sayğaclardan istifadə edən abonentlər isə ötən ilin dekabr ayının qaz sərfini bu ilin yanvarında qeydə alındığını iddia ediblər.

Газовый счетчик и smart-карта, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
“Azəriqaz” “limit”lə bağlı açıqlama verdi

Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, "Azəriqaz"ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbalayev bu məsələlərə aydınlıq gətirib.

O bildirib ki, verilmiş limiti keçən bəzi "Smart İTRON" qaz sayğacının istifadəçiləri 2018-ci ilin əvvəlində sayğaca ödəniş etdiklərini, lakin 20 qəpik tarifi ilə hesablandığını bildirərək, quruma müraciət ediblər. Onun sözlərinə görə, belə məlumatlar daxil olanda qurumun əməkdaşları baza məlumatlarına baxaraq aydınlaşdırıb ki, həmin abonentlər ötən ilin dekabr ayında smart kartına pul yükləyib, lakin kartı 2018-ci ilin ilk günlərində sayğaca daxil edəndə bu proses baş verib: "Məlumat verilmişdi ki, "Smart İTRON" məişət sayğaclarından istifadə edən abonentlər üçün 2018-ci ilin yanvar ayının 1-dən etibarən smart karta edilən ilk ödəniş tarixindən yeni il üçün limitin verilməsinə başlanılacaq".

Mexaniki qaz sayğacları ilə bağlı isə "Azəriqaz" rəsmisi qeyd edib ki, 2017-ci ilin dekabr ayından etibarən bu sayğacların üzərində göstəricilərin oxunması və bildirişlərin istehlakçılara paylanması üçün işlərə başlanılıb: "Limit günlük, həftəlik, aylıq deyil, illik verilir. Ona görə də dekabr ayının sonu və yanvar ayının ilk günləri bayram və istirahət günlərinə təsadüf etdiyindən bu proses yanvar ayının ilk həftəsində tamamlanıb".

Qurumun rəsmisi qeyd edib ki, mexaniki qaz sayğacının göstəricisi ilə abonentlərə təqdim olunan bildiriş arasında qaz sərfiyyatı ilə bağlı göstərilən rəqəmdə hər hansı mübahisəli məsələ olarsa, yaxud da fərq yaranarsa, abonentlər bununla bağlı yaşadıqları rayon üzrə yerli qaz xidmət sahəsinə, o cümlədən Regional Qaz İstismar İdarələrinə müraciət edə bilərlər. Müraciət dərhal araşdırılaraq məlumat verilir.

Xəbər lenti
0