Boulevard Hotel Baku

"Yeddi gözəl" şousu bakılılara rəngarəng gecə hazırlayır

74
(Yenilənib 14:31 23.01.2018)
Bakı tamaşaçılarına dəfilə və müxtəlif hədiyyələrlə qiymətləndiriləcək viktorinaların olacağı qeyri-adi layihə təqdim ediləcək

BAKI, 11 yanvar — Sputnik. Fevralın 9-da “Boulevard Hotel Baku”-da “Pi Group” şirkətinin təşkilatçılığı ilə ən çox gözlənilən ""Yeddi gözəl" Beauty Fashion Show" moda gecəsi keçiriləcək.

Təşkilatçıların Sputnik Azərbaycan-a verdiyi məlumata görə, tamaşaçıları yerli məşhurların iştirakı ilə parlaq və rəngarəng şou gözləyir.

Layihə çərçivəsində toy və ziyafət geyimlərinin nümayişi, stilist-vizajistlərin və saç ustalarının işləri təqdim ediləcək. Axırda ən yaxşı işlər seçilərək sponsorlar tərəfindən mükafatlandırılacaq.

Gecənin aparıcısı Vüsalə Kərimova, xüsusi qonağı isə rəqqasə Fatimə Fətəliyeva olacaq. Onun çıxışı moda gecəsini daha da bəzəyəcək. Tədbirin sonunda tamaşaçıları viktorina gözləyir. Viktorina iştirakçıları müxtəlif hədiyyələr, geyimlər, gözəllik salonlarından pulsuz istifadə imkanı və digər sürprizlərlə mükafatlandırılacaqlar. Viktorinada ancaq bilet sahibləri iştirak edə biləcək.

Bilet əldə etmək üçün bu telefonlar vasitəsilə müraciət edə bilərsiniz: (050)4507097 və (055)9792597.

Sputnik Azərbaycan ""Yeddi gözəl" Beauty Fashion Show"-nun informasiya tərəfdaşıdır.

74
Teqlər:
"Yeddi gözəl" Beauty Fashion Show, Viktorina, nümayiş, geyim, moda
Əlaqədar
İlin sonuncu möhtəşəm futbol şousu
İlkin və Sevinc “Sən Supersən! Rəqslər” şousunu tərk edib
Çinlilər tankla inanılmaz şou göstərdilər — Video
Bakılı gözəl oğlanlara inanmır, ona görə də əri nikah şousunda axtarır
Hər şeyini itirən şoumen indi də dələduzluqda günahlandırılır
Peyvənd, arxiv şəkli

Azərbaycanda hansı peyvənd sınaqdan keçirilir? Açıqlama

6
(Yenilənib 18:47 28.11.2020)
"Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduğu təqdirdə Azərbaycan da təsdiqlənmiş peyvəndlə təmin olunacaq".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 28 noyabr — Sputnik. Son günlər sosial şəbəkələrdə Azərbaycanda koronavirusa görə peyvəndin sınaqdan keçirildiyinə dair məlumat yayılıb. Məlumatlara görə, Azərbaycanda da dünyanın bir sıra ölkələrində uğurlu sayılan peyvəndlər sınaqdan keçirilir.

Sputnik Azərbaycan məsələyə aydınlıq gətirməyə çalışıb. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) ictimaiyyətlə əlaqələr və PR-marketinq şöbəsinin məsləhətçisi Elnarə Baxış Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycanın hələlik koronavirusa qarşı heç bir ölkədən peyvənd almadığını deyib.

O bildirib ki, Ümümdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduğu təqdirdə Azərbaycan da təsdiqlənmiş peyvəndlə təmin olunacaq.  Qeyd edək ki, sentyabrın 18-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI (Global Alliance for Vaccines) təşkilatı arasında saziş imzalanıb.

Bu günədək koronavirusa qarşı Rusiya istehsalı olan “Sputnik V” peyvəndinin Belarusda aparılan klinik sınaqları 95% effektiv olub. Rusiyanın Minskdəki səfiri Dmitri Mezentsev “Rossiya 24” kanalına müsahibəsində deyib ki, sınaqlar 100 Belarus vətəndaşı arasında aparılıb:

“Rusiya istehsalı olan vaksininin yüksək effektivliyi özünü göstərib - təxminən 95%. Bu, çox əhəmiyyətli nəticədir”.

Onu da qeyd edək ki, Rusiyada orduda da koronavirusa qarşı peyvəndləməyə başlanılıb.

6
Kitablar, arxiv şəkli

Əsgərlərimiz arasında ən çox sevilən kitab bəlli oldu

13
(Yenilənib 18:43 28.11.2020)
Yaralı əsgərlərin istəyini nəzərə alaraq, onları maraqlandıran kitabları toplayıb hospitallara göndəriblər.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 28 noyabr — Sputnik. Hazırda hospitallarda müalicə alan qazilərimizin vaxtlarını daha maraqlı keçirilməsi üçün yeni aksiyaya start verilib.

Aksiyanın rəhbəri Qəmər Babayevanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, bu aksiyaya başlamasının səbəbi sosial şəbəkədə gördüyü paylaşım olub.

"Paylaşım yaralı əsgərimizin Den Braunun "Da Vinçi şifrəsi" kitabını istəməsi haqda idi. Kitabı alaraq əsgərə göndərdik. Ondan sonra düşündüm ki, yəqin digər yaralı əsgərlər də hər hansı kitabı əldə edib oxumaq istəyərlər. Əsgərimizin yatdığı həmin hospitalda bir tanış tapdım və beləcə, bu aksiyaya start verdik. Palatada yaralı əsgərlərin sayı çox idi. Biz onların istəklərini öyrəndik. Onlar da kitab hədiyyə olunmasını istədiklərini dedilər", - Babayeva bildirib. 

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının "Mühasibat uçotu və audit" ixtisasını bitirən və "Xaricdə çörək" layihəsinin rəhbəri olan Qəmər Babayevanın sözlərinə görə, qazilərimizin əksəriyyəti dedektiv janrda olan kitablara maraq göstərirlər.

"Əsgərlərimiz arasında Den Braunun "Da Vinçi şifrəsi" kitabına maraq daha çoxdur. Biz onlara xarici dedektivlərin kitabları ilə yanaşı, müxtəlif stolüstü oyun vasitələri də aparaq. Düşünürəm ki, bu aksiya onlara mənəvi dəstək və motivasiya vermiş oldu", - deyə Babayeva bildirib.  

Onun sözlərinə görə, bu aksiyaya dəstək verənlər arasında Azərbaycanda yaşayanlarla yanaşı, xaricdə yaşayan soydaşlarımız da dəstək verib. Onlar hesaba pul yatırmaqla öz dəstəklərini nümayiş etdiriblər.

13