Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dizelin qiyməti ilə bağlı rəsmi açıqlama verildi

© Sputnik / Murad OrujovАвтозаправочная станция в Баку, фото из архива
Автозаправочная станция в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Tarif Şurasına dizel yanacağının qiymət artımı ilə bağlı heç bir müraciət daxil olmayıb

BAKI, 11 yanvar — Sputnik. Son günlər Azərbaycanda dizel yanacağının bahalaşacağı ilə bağlı məlumatlar yayılıb. Sputnik Azərbaycan Azvision-a istinadla xəbər verir ki, məsələyə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev münasibət bildirib.

O bildirib ki, dizel yanacağının qiymətinin artımı ilə bağlı Tarif Şurasına müraciət daxil olmayıb: "Tarif Şurasına dizel yanacağının qiymət artımı ilə bağlı heç bir müraciət daxil olmayıb. Həmçinin bu məsələ gündəmdə deyil".

Xəbər lenti
0