Bakıda dəyişkən buludu hava

Hoteldən təkzib gəldi: "Ərəb turist otaqda tək olub"

154
(Yenilənib 10:12 11.01.2018)
Faktla bağlı araşdırmalar davam etdirilir

BAKI, 10 yanvar — Sputnik. "Ariva" hoteli yanvarın 8-də Bakıda ərəb turistin 311 nömrəli otaqda ölməsi ilə bağlı yerli KİV-də yayılan məlumatlara münasibət bildirib. Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, "insident barədə dərhal polisə xəbər verilib və hadisə yerində tibbi ekspertiza aparılıb".

"Mərhum ürək çatışmazlığından vəfat edib, otaqda onun qəbul etdiyi dərman preparatları da aşkar olunub" — məlumatda qeyd olunur.

Hotel ərəb turistin otağında xanımların olması barədə məlumatı təkzib edib: "Saytlarda yayılan məlumatlar yanlışdır. Həmin şəxsin otağında xanım olmayıb. O, nömrədə tək olub".

Faktla bağlı araşdırmalar davam etdirilir.

154
Əlaqədar
Bu iddia ərəb dünyasını qarışdıracaq
Ərəb müşavir Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
Abbasov: “Ərəb mediasında Azərbaycan haqqında dolğun təsəvvür yoxdur”

İcra başçısının müavinini maşın vurdu

13
Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid İsaxan oğlu Həsənovu avtomobil vurub. 

BAKI, 9 avqust - Sputnik. Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavinini avtomobil vurub. 

APA-nın məlumatına görə, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid İsaxan oğlu Həsənovu avtomobil vurub. 

V.Həsənov başından xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

13

Pandemiyanın ən çox ziyan vurduğu sahə - Burada çalışanların yoluxma riski daha böyükdür

973
(Yenilənib 22:32 09.08.2020)
Bütün dünyanı bürüyən bu pandemiya təəssüf olsun ki, ölkəmizdən də yan keçməyib və daxili turizm böhran ilə üzləşib.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 9 avqust — Sputnik. Koronavirus pandemiyası bütün sahələrə təsir etdiyi kimi turizm sahəsindən də yan keçməyib. Bölgələrə gediş-gəlişin məhdud çərçivədə olması, bəzi bölgələrdə istirahət mərkəzlərinin, restoranların, otellərin fəaliyyətinin dayandırılması turizm sahəsini demək olar ki, dondurub.

Turizm eksperti Ramin Zamanovun fikrincə, pandemiya dövründə turizm sektoru arxa planda qalıb. Onun sözlərinə görə, bu sahədə çalışanların virusa yoluxma riski də böyükdür. Otellərdə, restoran və istirahət mərkəzlərində yoluxma ehtimalı daha böyükdür.

Ekspert deyir ki, rayonlara gediş-gəlişin məhdudiyyətlərlə olması, ölkədə koronavirusun yayılma səviyyəsini azaltma məqsədi daşıyır. Onun fikrincə, bəzi rayonlarda virusa yoluxma faktının az olması məhdudiyyətlərin nəticə verdiyini göstərir və daha uzun müddət davam etməsinə əsas yaradır.

"Rayonlarda olan otellərin əksəriyyəti demək olar ki, fəaliyyətini dayandırıb. İşlə bağlı regionlara üz tutanlar xüsusi icazə ilə həmin otellərdə qala bilər. Rayonlara istirahət məqsədi ilə gedib, oteldə qalmaq isə mümkün deyil" – o vurğulayıb.

Millət vəkili Malik Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiya təkcə bizi yox, bütün dünyanı iflic edib, 6 aya yaxındır bütün dünya ölkələrinin sərhədləri bağlıdır, sərhədlərin pandemiyadan əvvəlki vəziyyətə qayıtmaq ehtimalı hələ yoxdur: "Bəlkə də ən çox itki, ən böyük böhran ilə üzləşən turizm sektoru olub. Nəinki Azərbaycanda, bütün dünyada tarixdə belə hal olmayb".

Onun sözlərinə görə, pandemiya səbəbindən daxili turizm böhranla üzləşib.

Millət vəkili Azərbaycanda koronovirus pandemiyasının qarşısının alınması üçün görülən tədbirləri təqdirəlayiq hesab edir: "Koronavirusa qarşı mübarizədə imzalanan sərəncamlar, həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində ölkəmiz koronavirus pandemiyasına qarşı səmərəli mübarizə aparır. Ölkə başçısı pandemiyaya qarşı mübarizədə hər zaman vətəndaşların sağlamlığını ön planda tutub. Bu səbəbdən də bir sıra önləyici tədbirlər görülüb. Vətəndaşların sağlamlığını düşünərək, ölkə ərazisində xüsusi karantin rejimi tətbiq edilib və ölkə daxilindəki epidemiya demək olar ki, idarə olunan vəziyyətə gəlib".

M. Həsənov qeyd edib ki, bunun bariz nümunəsi son günlər yoluxma sayının azalması və sağalanların üstünlük təşkil etməsidir. Bütün bunları nəzərə alaraq ölkə əhalisinin sağlamlığı turizm sektorunda olan problemlərlə müqayisədə daha önəmlidir.

973
Belorusda seçkinin gedişi zamanı

Belarus MSK ilkin nəticələri açıqlayıb

0
Komissiyanın məlumatına görə, beş regionun səsvermələrinin nəticələrinə əsasən hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə liderdir.

BAKI, 10 avqust - Sputnik. Belarusun Mərkəzi Seçki Komissiyası bu gün ölkədə keçirilən prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.

Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

Komissiyanın məlumatına görə, beş regionun səsvermələrinin nəticələrinə əsasən hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə liderdir. O, seçicilərin 82%-nin səslərini toplayıb. 

Qeyd edək ki, Lukaşenko altıncı dəfədir prezident seçkilərində namizəddir.  

0