İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 9 yanvar — Sputnik. Sovet dövründə ağır işlərdə, daş karxanalarında, kimyəvi maddələrlə işləyən insanlara, zərgərlərə, yeraltı və bu kimi insan sağlamlığı üçün zərərli olan işlərdə çalışanlara dövlət tərəfindən gün ərzində yarım litr süd və bəzən kollektiv qatqılı qidalar verilirdi.
Nazirlər Kabinetinin təsdiq etdiyi yeni qaydaya görə, zərərli işlərdə çalışan şəxslərə, Sovet vaxtında olduğu kimi, 0,5 litr pulsuz süd veriləcək. İşçilərə pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullar iş yerlərinin attestasiyasının nəticələrinə əsasən, həmin iş yerləri zərərli və ağır və ya xüsusilə zərərli və xüsusilə ağır qiymətləndirildikdə veriləcək. Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi Qaydaları"nda öz əksini tapıb.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) rəhbəri Sahib Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu qanun əvvəldən var və bəzi qurumlarda indi də həyata keçirilir: "Zərərli iş yerlərində çalışanlara süd və ona uyğun məhsullar, digər qatqılar, vitamin qarışıqları, sağlamlaşdırıcı xüsusiyyətləri olan qidaların verilməsi bəzi qurumlarda indi də var".
Məmmədovun sözlərinə görə, bu, dünya praktikasında olan bir məsələdir: "Bu qanun təşkilat və mülkiyyət formasından asılı olmayaraq, bütün idarələrdə tətbiq ediləcək. Nəzərdə tutulan qidalar işəgötürənlərin vəsaiti hesabına veriləcək. Yəni verilən qidalara görə, işçinin əmək haqqından heç bir vəsait tutulmayacaq".
"Bir məsələ var ki, Sovet dövründə süd bidonlarda gətirilir, yeməkxanalarda verilirdi. İşçilər həmin südü dərhal içirdi. Amma texnologiyanın inkişafı nəticəsində indi südü qutularda verdikləri üçün işçilər onu içmir, evlərinə aparırlar. Halbuki o, yerində qəbul edilməlidir. Amma işçini buna məcbur etmək mümkün deyil" – deyə təşkilat rəhbəri bildirib.
Məmmədov qeyd edib ki, Sovet dövründə işçiyə daha çox qayğı vardı: "İndi tək-tək şirkətlər var ki, işçi qarşısında məsuliyyətini dərk edir. Məsələn daş karxanalarında çalışan işçilərə süd verilməyəcək, çünki onların əmək müqaviləsi yoxdur. Qərarın qəbul edilməsi hələ o demək deyil ki, qərar həyata keçiriləcək. Daş karxanalarındakı zərərli tozlar orda çalışanların ciyərlərini sıradan çıxarır, nəfəs orqanlarını məhv edir. Zərərli işlərdə çalışanlar digərlərinə nisbətən təqaüdə də daha tez çıxırlar. Yəni bu insanlar həyatdan tez köçürürlər".
"Sözügedən qərar zərərli işlərdə çalışanların sağlamlığının qismən qayğısına qalır. Süd və süd məhsulları yeraltı işlərdə, zərərli kimyəvi qatqılarla işləyən sexlərdə, zəhərli maddələrlə çalışan insanlara və s. bu kimi işlərdə çalışan insanlara verilir" — həmsöhbətimiz əlavə edib.
Hüquqşünas Mais Əliyev də Sputnik Azərbaycan-a deyib ki, bu qərar yeni deyil, amma onun nə dərəcədə reallaşması sual altındadır: "Bu, heç bir zaman qanunvericilikdən çıxarılmayıb. Zərərli işlərdə çalışan insanlara pulsuz süd verilməsi hər zaman qanunvericilikdə olub. Bu, Əmək Məcəlləsində də o öz əksini tapıb. Bu məsələnin Nazirlər Kabinetinə tapşırılması o deməkdir ki, məsələ ilə yaxından maraqlanılsın".
M.Əliyevin sözlərinə görə, 1999-cu ilə qədər "Əmək Qanunları Məcəlləsi" qüvvədə idi: "Bu Məcəllə 1971-ci ildə qəbul edilmişdi. Yeni "Əmək Məcəlləsi" isə 1999-cu ildə qəbul edilib və zərərli işlərdə çalışanlara pulsuz süd verilməsi bu məcəllədə öz əksini tapıb. Yəni bu, yenilik deyil".
BAKI, 1 mart - Sputnik. “Türkiyədə ÇOVID-19-la mübarizə tədbirləri ilə əlaqədar yeni nəzarətli normallaşma mərhələsi başlayır”.
APA-nın xəbərinə əsasən, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetindəki növbəti toplantısından sonra bildirib.
Prezident deyib ki, Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılması mavi, sarı, narıncı, qırmızı (zəif, orta, yüksək və çox yüksək) rənglərlə fərqləndirilməklə mübarizə tədbirləri bu dərəcələrə uyğun aparılacaq.
Zəif və orta riskli ərazilərdə koronavirusla mübarizə tədbirləri ilə əlaqədar sərtləşdirilmiş qaydalar ləğv ediləcək, infeksiyanın yayılması yüksək və çox yüksək olan ərazilərdə isə yayılma dərəcəsinə görə, qaydalar ya saxlanılacaq, ya da daha çox sərtləşdiriləcək.
Zəif və orta riskli ərazilərdə həftəsonu küçəyə çıxma qadağası yalnız bazar günlərinə şamil ediləcək, şənbə günləri bu məhdudiyyət ləğv olunacaq, axşam saat 21.00-dan səhər saat 5-dək ölkə boyu küçəyə çıxma məhdudiyyəti isə saxlanılacaq.
Ərdoğan deyib ki, ölkədə 8-ci sinifdən başlayaraq yuxarı sinif şagirdləri üçün ənənəvi əyani təhsil bərpa olunacaq, zəif və orta riskli ərazilərdə isə ibtidai siniflər də daxil məktəblər açılacaq.
Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər.
Yaşı 65-dən yuxarı olanlar və 21 yaşdan aşağı kateqoriyaya daxil olan gənclərin küçəyə çıxma məhdudiyyətləri zəif və orta riskli yerlərdə ləğv edilsə də, yüksək riskli yerlərdə bu qaydalar saxlanılacaq, çox yüksək riskli yerlərdə isə əksinə, artırılacaq.
Qeyd edək ki, Türkiyənin eyni nəzarətli normallaşma mərhələsinə görə, böyük şəhərlərdə Şanlıurfa, Dyarbəkir zəif (mavi) risk, Ankara, Manisa orta (sarı) risk, İstanbul və İzmir yüksək (narıncı) risk, Konya isə çox yüksək (qırmızı) risk qrupuna daxildir.
BAKI, 1 mart - Sputnik. Instagram sosial şəbəkəsi “Live Rooms” funksiyasını istifadəyə verəcək.
Bu barədə “Report” şirkətin saytına istinadən xəbər verir.
Qeyd edilir ki, yeni proqram dörd nəfərə qədər istifadəçini birbaşa yayıma qoşmağa imkan yaradacaq.
"Bu gün sizə dörd nəfərə qədər istifadəçiyə Instaqramda birbaşa yayım aparmağa imkan verəcək “Live Rooms” funksiyasını təqdim edirik. Əvvəl birbaşa yayımı yalnız bir nəfərlə apara bilirdiniz, amma indi sizə birbaşa yayımınızı "üçqat artırmağa" imkan veririk", - xəbərdə deyilir.
Şirkət həmçinin qeyd edib ki, funksiya daha çox biznes qurmaq və pul qazanmaq imkanları yaradacaq. İstifadəçilər “Live Rooms”un köməyi ilə müxtəlif interaktiv funksiyalardan istifadə edə bilərlər. Bunlar arasında birbaşa yayımda alqı və vəsait yığımı da var.
“Live Rooms” funksiyası yaxın vaxtlarda bütün dünyada mümkün olacaq.
BAKI, 2 mart - Sputnik. Bu gün Azərbaycanda ikinci çərşənbə - Od çərşənbəsi qeyd olunur.
İlin axır çərşənbələrindən ikincisi xalq arasında "Xəbərçi", "Üskü", "Addı" çərşənbə kimi tanınır.
Bu çərşənbə qədim insanların oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı yandırırlar.
Qeyd edək ki, növbəti Yel çərşənbəsi martın 9-da, ilaxır - Torpaq çərşənbəsi isə martın 16-da qeyd olunacaq.