CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Alpinistlərin başına gələn hadisənin səbəbkarı məlum oldu

© Sputnik / Irade JELILQuba rayonu Xınalıq kəndi
Quba rayonu Xınalıq kəndi - Sputnik Azərbaycan
Abunə olmaq
Nazir müavini: "Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun konkret tapşırığı var"

BAKI, 9 yanvar — Sputnik. "Təxmin edilən ərazidə qar uçqunları və hava şəraitinə görə axtarış aparmaq çox risklidir".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu itkin düşmüş 3 nəfər alpinistin axtarışlarına cəlb edilən Avstriya Daxili İşlər Nazirliyinin dağ-xilasetmə polisi Adolf Herrer deyib.

"Biz yalnız təxmin edə bilərik ki, onlar hansı istiqamətdə hərəkət ediblər. Onların üzərində xüsusi cihazlar olmalı idi, həmin avadanlıqlar üzərlərində olsaydı, onları tapmaq asan olardı" — deyə A.Herrer vurğulayıb.

© Sputnik / Irade JELILQuba rayonu Xınalıq kəndi
Quba rayonu Xınalıq kəndi - Sputnik Azərbaycan
1/3
Quba rayonu Xınalıq kəndi
© Sputnik / Irade JELILQuba rayonu Xınalıq kəndi
Quba rayonu Xınalıq kəndi - Sputnik Azərbaycan
2/3
Quba rayonu Xınalıq kəndi
© Sputnik / Irade JELILQuba rayonu Xınalıq kəndi
Quba rayonu Xınalıq kəndi - Sputnik Azərbaycan
3/3
Quba rayonu Xınalıq kəndi
1/3
Quba rayonu Xınalıq kəndi
2/3
Quba rayonu Xınalıq kəndi
3/3
Quba rayonu Xınalıq kəndi

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev isə itkin düşən alpinistlərin sözügedən avadanlıqlarla təchiz olunmamasına görə onların üzvü olduqları klubun məsuliyyət daşıdığını deyib. 

"Alpinistlərin itkin düşdüyü ərazi "Şahdağ" Milli Parkının ərazisinə düşür. Milli Parka giriş üçün icazə yalnız flora və faunanın mühafizəsinə görə verilir. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının, yaxud bizim nazirliyin alpinistləri lazım olan avadanlıqlarla təchiz etmək öhdəliyi yoxdur" — Əliyev bildiirb.

Fövqəladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadə itkin düşən 3 alpinist tapılana kimi axtarışların davam etdiriləcəyini bəyan edib: "Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun konkret tapşırığı var". 

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları ilə bağlı əməliyyat - Sputnik Azərbaycan
CƏMİYYƏT
İtkin düşmüş alpinistlərlə bağlı açıqlama: "Mümkün deyil"

"Burada avstriyalı mütəxəssislər iştirak edir. Onlar deyirlər ki, belə havada onların ölkələrində ümumiyyətlə axtarış aparmırlar. İtkin düşən alpinistlər ən asan — B1 marşrutu üzrə hərəkət etməliymişlər. Sonradan marşrut dəyişib" — Tağızadə bildirib.

Quba rayonu ərazisində itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü — 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışı davam etdirilir.

Xəbər lenti
0