Dərman şüşəsi, arxiv şəkli

Şabranda 49 yaşlı kişinin intiharının təfərrüatı

335
(Yenilənib 23:50 16.01.2018)
Əliyevin intihar etməsinin səbəbi ilə bağlı müxtəlif versiyalar səslənir

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 8 yanvar — Sputnik. Şimal bölgəsində növbəti intihar hadisəsi baş verib. Şabran rayon sakini yanvarın 6-da axşam saatlarında canına qəsd edib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Hacıqaraqaşlı kənd sakini, 49 yaşlı Rahib Əliyev mal-qara üçün nəzərdə tutulan kimyəvi dərman içib. Əliyev rayon xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını qurtara bilməyiblər.

Əliyevin intihar etməsinin səbəbi ilə bağlı müxtəlif versiyalar səslənir. Ailəsindən verilən məlumata görə, ailədə onlarla bərabər Ukrayna vətəndaşı olan başqa bir şəxs də yaşayıb. O, şəxslə mərhum qardaş kimi bir ailədə böyüyüb.

Sözügedən şəxsin şəxsiyyətinin araşdırılması zamanı məlum olub ki, kişi Ukrayna respublikasında çinayətkar qismində axtarışdadır. Bu səbəbdən də hüquq-mühafizə orqanları Rahib Əliyevi cinayət törətmiş şəxsi gizlətmək adı ilə dəfələrlə sorğuya çağırıb. Bu sorğulardan təngə gələn Rahib intihara əl atıb.

Sputnik Azərbaycan-ın əməkdaşı məsələyə aydınlıq gətirmək üçün rayon prokurorluğuna müraciət etsə də, prokurorluqdan məlumat verməkdən imtina ediblər.

Hadisə ilə bağlı Şabran rayon prokurorluğunda AR Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb.

Rahib Əliyevin 2 oğlu var.

335
Teqlər:
təfərrüat, Şabran rayonu, intihar, dərman, polis, qadın
Əlaqədar
Şabranda alt paltarında tapılan meyit kimindir: İlginc fakt
Şabran rayonunda yenə yanğın olub
Şabran sakinləri səksəkədə: gecələr evlərə hücum çəkirlər
Nazirlik Şabranda baş verən yanğınla bağlı məlumat yayıb
Şabranda təhlükənin qarşısı alınıb
COVİD-19 xəstəsi, arxiv şəkli

Qubada yaşadıqları evi qanunsuz olaraq tərk edən koronavirus xəstələri aşkarlandı

1
(Yenilənib 13:30 27.11.2020)
Hər iki şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

BAKI, 27 noyabr — Sputnik. Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində qurulmuş karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən koronavirus xəstəsi aşkarlayıblar.

Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, araşdırmalarla həmin şəxsin rayonun Amsar kənd sakini Süleyman Mütəllimov olduğu müəyyən edilib.

Onun koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicə təyin edilsə də, ancaq S.Mütəllimov qaydaları pozaraq Qusar rayonuna getmək istəyib.

Dərhal həmin əraziyə həkim briqadası dəvət edilib və təcili tibbi yardım avtomobili ilə S.Mütəllimov yaşadığı ünvana geri qaytarılıb.

Gün ərzində şöbə əməkdaşları karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən daha iki şəxsi də aşkarlayıblar. COVID-19 infeksiyasına yoluxduğunu bilərək özünütəcrid qaydalarına riayət etməyən Şabran rayon sakini İlyas İsaqov və Bakı şəhər sakini Gülnaz Bağırova Quba rayonuna daxil olmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılıblar.

Hər iki şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

Qeyd edilən faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

1
YPX avtomobili, arxiv şəkli

DYP sürücülərə xəbərdarlıq etdi

6
Baş DYP İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, təyinatından və istehsal ilindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş müddətdə teniki baxışdan keçirilməmiş avtomobillərin idarə edilməsi xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanır.

BAKI, 27 noyabr — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi texniki baxışla bağlı sürücülərə müraciət edib. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına istinadla xəbər verir ki, texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış şəxslər istifadələrində olan nəqliyyat vasitələrini texniki baxışdan keçirmək üçün Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Texniki Müayinə Mərkəzi, Sumqayıt Regional qeydiyyat-imtahan və texniki baxış şöbəsi ilə yanaşı paytaxtın Qaradağ rayonunun Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun 2-ci kilometrliyində yerləşən (Sədərək Ticatət Mərkəzinin yanı) yeni istifadəyə verilmiş və müаsir аvadаnlıq və ölçü cihаzlаrı ilə təchiz edilmiş Müayinə Mərkəzində, respublikanın digər şəhər və rayon sakinləri isə yaşadıqları ərazinin aid olduğu Baş DYP İdarəsinin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində nəqliyyat vasitələrini texniki baxışa təqdim etməlidirlər.

Nəqliyyat vasitəsinin texniki sazlığının yol hərəkəti təhlükəsizliyinə bilavasitə təsirini nəzərə alaraq, DİN Baş DYP İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, təyinatından və istehsal ilindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş müddətdə teniki baxışdan keçirilməmiş avtomobillərin idarə edilməsi xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanır və bu xətaya yol vermiş şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci ilə inzibati məsuliyyət daşıyırlar.

6
Teqlər:
Daxili İşlər Nazirliyi, Abşeron rayonu, Sumqayıt, DYP