Oğurlanmış atlar, arxiv şəkli

Masallıda qəribə oğurluq: Yarış atları oğurlandı

60
(Yenilənib 09:59 09.01.2018)
Atların bağlandığı iplərin kəsilməsi onların oğurlandığını göstərir

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 8 yanvar — Sputnik. Masallıda kənd sakinlərinin atları oğurlanıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, oğurluq hadisəsi rayonun Xırmandalı kəndi ərazisində baş verib.

Belə ki, kənd sakinləri Anar Qurbanov və Rafael Əsədova məxsus iki at oğurlanıb. Hər iki şəxs atları otlamaq üçün ərazidə olan otlaq sahəsinə aparıblar. Atların başqa əraziyə keçməməsi və qonşuların torpaq sahəsinə ziyan vurmaması üçün onları bağlayıblar. Axşam saatlarında otlağa gələn at yiyələri atların orda olmadıqlarını görüblər.

R.Əsədov və A.Qurbanov atların qaçmadığını, məhz oğurlandıqlarını bildirirlər. Atların bağlandığı iplərin kəsilməsi onların oğurlandığını göstərir.

Qeyd edək ki, oğurlanan hər iki at Masallıda keçirilən at yarışlarında iştirak edib.

Oğurluqla bağlı Masallı Rayon Polis Şöbəsinə müraciət edilib.

60
Teqlər:
polis şöbəsi, at, oğurluq, Masallı, yarış
Əlaqədar
Türkiyədə vəhşi atlar şəhərə basqın edib - VİDEO
Dilbaz atları Qazax rayonunun simvollarından biridir
Atların başını kəsdiyi yerdə yaxalandı
Qarabağ atlarının tarixi şöhrəti özünə qaytarılır