BakuBus avtobus

Xəbəriniz olsun: Daha bir marşrut xətti "BakuBus"a verilir

124
(Yenilənib 17:18 08.01.2018)
175 saylı marşrut xətti "BakuBus"a verildi

BAKI, 8 yanvar — Sputnik. Bu ilin yanvarın 13-dən 175 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərə "BakuBus" MMC-yə məxsus sərnişindaşıma ilə bağlı mövcud tələblərə tam cavab verən avtobuslar xidmət göstərəcək.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatına görə, dəyişiklik edilməsinə səbəb 175 nömrəli marşrut üzrə daşıyıcının işində ciddi nöqsanlara yol verməsidir. Belə ki, 06.01.2018 tarixində çox sayda insanın xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi də məhz daşıyıcının fəaliyyətində yol verdiyi ciddi nöqsanlardan qaynaqlanıb. Sərnişinlərin təhlükəsizliyinə hər zaman önəm verən Bakı Nəqliyyat Agentliyi tərəfindən hazırda marşrut xətti üzrə faəliyyət göstərən daşıyıcı ilə müvəqqəti istismara dair müqaviləyə xitam verilib.

Qeyd edək ki, 175 nömrəli marşrut xəttinin hərəkət sxemində də dəyişiklik edilib. 13.01.2018 tarixindən bu xətti üzrə avtobuslar Hövsan qəsəbəsinin mərkəzindən "28 may" metrostansiyasınadək hərəkət edəcək.

124
Teqlər:
marşrut xətti, yol nəqliyyat hadisəsi, sərnişin, "BakuBus" MMC, avtobus
Əlaqədar
BakuBusdan əhəmiyyətli yenilik
"BakuBus" gediş haqlarının qaldırılacağı xəbərini təkzib etmir...
"BakuBus" bu marşrut xəttinin istiqamətini dəyişdi
"BakuBus" nağdsız ödəniş sisteminə keçməyə hazırdır
"BakuBus" bezib dilə gəldi

İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

16
Onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.

“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.

İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

16
Qəza, arxiv şəkli

Cəlilabadda ağır yol qəzası olub, ölən yaralananlar var

14
Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

BAKI, 17 yanvar - Sputnik. Cəlilabad rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, qəza axşam saatlarında rayonun Alar kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan "Niva" markalı minik avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir.

Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

14