Генеральная прокуратура Азербайджанской Республики

İtkin düşən alpinistlərlə bağlı birgə məlumat: Cinayət işi açıldı

454
(Yenilənib 15:51 06.01.2018)
Baş Prokurorluq və FHN itkin düşən alpinistlərlə bağlı birgə məlumat yayıb

BAKI, 6 yanvar — Sputnik. Keçən ilin dekabrın 23-də “Şahdağ” Milli Parkı ərazisində yerləşən “Tufandağ” zirvəsi istiqamətində qalxan “Gilavar” idman klubunun 3 üzvü — 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin itkin düşmələri barədə daxil olmuş məlumat əsasında dekabrın 27-də Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin müvafiq qurumları tərəfindən helikopter cəlb olunmaqla axtarışa başlanılıb.

Bu barədə Sputnik Azərbaycan Respublika Baş Prokurorluğu və Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətlərinin birgə yaydığı məlumata istinadən xəbər verir. 

İlkin araşdırmalarla müəyyən edilib ki, N.Bunyatov, B.Hüseynov və F.Cəbrayılzadə dekabrın 23-də saat 14 radələrində “Tufandağ” zirvəsinə qalxmaq məqsədilə rayonun Quba rayonunun Xınalıq kəndindən “Şahdağ” Milli parkının “Xınalıq” keçid məntəqəsinə gələrək zirvə istiqamətində hərəkət etmiş və naməlum şəraitdə itkin düşüblər.

Hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirlir.

Dağlıq ərazi və əlverişsiz hava şəraitinin çətinliklər yaratmasına baxmayaraq Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Sərhəd Xidməti tərəfindən intensiv axtarış tədbirləri davam etdirilir.


454
Mövzu:
Tufandağda itkin düşən alpinistlərin axtarışı (12)
Əlaqədar
Klub rəhbəri: "İtkin düşən alpinistlər sağ qala bilərlər" - VİDEO
Hərbçidən itkin düşmüş alpinistlərlə bağlı ilginc açıqlama
İtkin düşən alpinistlərdən ümidverici xəbər - VİDEO
İtkin düşmüş alpinistləri axtaran qrup xəbər paylaşıb
Göranboyda hadisə yerində

Goranboyda gecə qəzası: "Opel" xarab olub yolda qalan maşına çırpılıb - FOTOLAR

18
(Yenilənib 00:04 22.01.2021)
Qəzaya düşmüş Tovuz, Tərtər, Kürdəmir rayonlarının sakinləri Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 21 yanvar - Sputnik. Gecə saatlarında Goranboyda yol qəzası baş verib. Hadisə Goran-Naftalan yolunun rayonun Bolusulu kəndindən keçən hissəsində qeydə alınıb.

Sputnik Azərbaycan xəbər verir ki, qəfildən nasazlıq yaranan tinglə yüklü “Vaz 21-011”-in sürücüsü maşını yol kənarında dayandırmalı olub. Sürücü və sərnişinlər minik maşınından düşərək nasazlığı aradan qaldırmağa çalışıb. Bu zaman yolda hərəkətdə olan “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq nasazlıq yaranan “Vaz”-a çırpılıb. Qəza zamanı 3 nəfər Elçin Qurbanov, Həmid Əsgərzadə və Yadigar Quliyev müxtəlif dərəcəli xəsarət alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

  • Göranboyda hadisə yerində
    © Sputnik / Rahim Mammadov
  • Göranboyda hadisə yerində
    © Sputnik / Rahim Mammadov
  • Göranboyda hadisə yerində
    © Sputnik / Rahim Mammadov
1 / 3
© Sputnik / Rahim Mammadov
Göranboyda hadisə yerində

Məlumata görə, “Vaz” markalı minik maşının sürücüsü və sərnişinləri Tərtər rayonundan satış üçün müxtəlif meyvə ağaclarının tinglərini daşıyırmış. Goranboy rayonunun Boluslu kəndi ərazisində avtomobil xarab olduğundan yol kənarında dayanmağa məcbur olub. Qəza da qəfildən, onlar maşını düzəldən zaman baş verib.

Yol-nəqliyyat hadisəsi zamanı avtomobildə olan meyvə ağacları da ətrafa dağılıb. Qeyd edək ki, xəsarət alan şəxslər Tovuz, Tərtər və Kürdəmir rayon sakinləridir. Faktla bağlı araşdırma aparılır.

18
Şəmkirdə vaksinasiya

Şəmkirlilər koronavirusa qarşı vaksinasiyaya "hə" dedilər

14
(Yenilənib 23:53 21.01.2021)
Şəmkirdə COVİD-19 pandemiyasına qarşı vaksinasiyaya başlayıb. Peyvəndləmədən keçən tibb işçiləri özlərini yaxşı hiss etdiklərini bildiriblər.

İlham Mustafayev, Sputnik Azərbaycan

21 yanvar - Sputnik. Şəmkir rayon sakinləri COVID-19-a qarşı peyvəndləməyə cəlb edilib. Rayon mərkəzi xəstəxanasında bunun üçün 4 vaksin otağı yaradılıb.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, “Sinovac” vaksini ilkin mərhələdə risk qrupuna daxil olan sakinlərə könüllülük əsasında vurulacaq. Şəmkirdə təlimata uyğun olaraq tibbi müayinədən keçən sakinlər peyvənd edilib. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir. Peyvəndin əks təsirinin olmadığını bildirmək üçün tibb işçiləri  vaksinasiyada ön sıralarda olub.

Tibb işçisi Sevda Məmmədova peyvəndləməyə çox müsbət yanaşdığını söyləyib:

 “Mən də bir tibb işçisi olaraq bu günkü vaksinasiyada iştirak etdim və peyvəndi qəbul etdim. Özümü çox yaxşı hiss edirəm. Heç bir narahatçılığım yoxdu”, - deyə bildirib.
  • Şəmkirdə vaksinasiya
    © Sputnik / Ilham Mustafa
  • Şəmkirdə vaksinasiya
    © Sputnik / Ilham Mustafa
  • Şəmkirdə vaksinasiya
    © Sputnik / Ilham Mustafa
1 / 3
© Sputnik / Ilham Mustafa
Şəmkirdə vaksinasiya
.

Koronoviruslu xəstələrin müalicəsi üzrə çalışan həkim Coşqun Yusibov isə peyvəndləmədən sonra tezliklə normal həyata qayıtmağın mümkünlüyünü bildirib:

“Dövlətin yaratdığı imkanlardan ilk istifadə edənlərdən biri də mən oldum. Özümü çox rahat hiss edirəm. Çox yaxşıyam, heç bir kənar reaksiya yoxdur”, –  deyə həkim C. Yusibov əlavə edib.

Şəmkir rayonunda tibbi işçilərinin sayı 2000-dən çoxdur. İlkin mərhələdə rayona 1115 doza vaksin göndərilib. Günədlik olaraq Rayon mərkəzi Xəstəxanasında 150-200 nəfərin peyvənd olunması planlaşdırılır. Tibb işçiləri ilə yanaşı risk qrupuna daxil olan hüquq-mühafizə orqanlarının əməkdaşları əks-epidemik tədbirlərə cəlb olunacaq.

14
Moskva şəhərinə mənzərə, arxiv şəkli

Rusiyada evləri yoxlamağa başlayacaqlar

0
(Yenilənib 00:34 22.01.2021)
Mənzili ziyarət etməzdən əvvəl kirayəçilərə müfəttişlərin dəqiq gəliş tarixini göstərən poçt vasitəsilə bildiriş göndərilir. Bildiriş iki dəfə göndərilə bilər.

BAKI, 22 yanvar — Sputnik. Rusiyada qeyri-qanuni yenidənqurma işlərini aşkarlamaq üçün mənzillər kütləvi şəkildə yoxlanılacaq.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, məlumata görə, mənzil müfəttişləri tərtibatdakı razılaşdırılmamış dəyişikliklərlə maraqlanırlar. Təkcə otaqları və ya əlavə olaraq boruları genişləndirmək üçün yıxılan divarlara diqqət yetirilmir. Müfəttişlik həmçinin mətbəxin qaz sobası ilə təchiz olunmasına görə, qapının çıxarılması üçün də cərimə kəsə bilər.

Mənzili ziyarət etməzdən əvvəl kirayəçilərə müfəttişlərin dəqiq gəliş tarixini göstərən poçt vasitəsilə bildiriş göndərilir. Bildiriş iki dəfə göndərilə bilər.

Buna fikir verməsəniz, nəzarətçilər məhkəməyə müraciət edəcək və məhkəmə icraçıları ilə birlikdə mənzilə gələcəklər.

Texniki tələblərə cavab verən yaşayış dəyişiklikləri reyestrə daxil edilir. Məhkəmənin qərarı ilə mənzildə olan qeyri-qanuni dəyişikliklər aradan qaldırılmalıdır.

Ekspertlərin fikrincə, genişmiqyaslı yoxlamalar fırıldaqçıların da artmasına səbəb olacaq.

0