manat və kalkulyator

Məsələyə aydınlıq gətirildi: ödəniş növü ləğv edilmir

183
(Yenilənib 20:39 05.01.2018)
“Aktiv əmək bazarı tədbirləri kimi, bu sahəyə yönəldilən vəsaitin məbləği də cari ildən əhəmiyyətli şəkildə artırılıb"

BAKI, 5 yanvar — Sputnik. "İşsizliyə görə müavinət" anlayışının "işsizlikdən sığorta" anlayışı ilə əvəzlənməsi bu ödəniş növünün ləğvi demək deyil. Bu sözləri Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev deyib.

O bildirib ki, bir sıra KİV-lərdə işsizlik müavinətinin ləğv olunması barədə yayılan məlumatların bu məsələyə yanlış yanaşmanın mövcudluğunu göstərir. Əksinə, bu ildən ölkəmizdə tətbiqinə başlanan "İşsizlikdən sığorta haqqında" Qanun müasir dünyada işsizlikdən sığorta sahəsində mövcud olan mütərəqqi cəhətlər əsas götürülməklə Azərbaycanda işsizlikdən müdafiə və işsizliyə görə sığorta ödənişi sisteminin formalaşdərılmasın imkan verib.

E.Babayev bildirib ki, İşsizlikdən sığorta haqqında" Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının icrası ilə əlaqədar Nazirlər Kabinetinin bir sıra qərarlarını ləğv etməsini işsizlik müavinətinin ləğv olunması kimi qəbul etmək düzgün deyil: "Burada məqsəd müvafiq sahədə qanunvericilik aktlarında uyğunluğun təmin olunması, müvafiq texniki təkmilləşdirmələrin aparılmasıdır. Eyni zamanda işsizliyə görə müavinət anlayışının işsizlikdən sığorta anlayışı ilə əvəzlənməsi də bu təkmilləşdirmələrin əsas məqsədidir. Çünki "İşsizlikdən sığorta haqqında" Qanunda həmin Qanunla nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat forması kimi işsizlikdən sığorta nəzərdə tutulub. İşsizlikdən sığorta ödənişinin isə 3 növü — əsas sığorta ödənişi, sığorta ödənişinə əlavə və minimum sığorta ödənişi müəyyən olunub".

Şöbə müdiri əlavə edib ki, 2018-ci ilin əvvəlindən Azərbaycanda tətbiqinə başlanan işsizlikdən sığorta sistemi işsiz şəxsin iş yerini itirdiyi andan onun yeni iş yeri tapanadək olan dövrdə itirilmiş gəlirlərinin tam və ya qismən kompensasiya edilməsinə, onun əmək bazarına təkrar qaytarılmasına kömək göstərilməsinə xidmət edəcək. "İşsizlikdən sığorta haqqında" Qanunla bu ilin əvvəlindən yaradılan İşsizlikdən Sığorta Fondunda cari ildə toplanması nəzərdə tutulan 89 mln. manat vəsaitin 37,6 faizi və ya 33,5 mln manatı məhz işsizliyə görə sığorta ödənişlərinə yönəldiləcək, halbuki 2017-ci ildə bu məqsədə cəmi 17,5 mln. manat vəsait yönəldilmişdi: "Belə ki, dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, yaxud işçilərin sayı və ya ştatların ixtisarı nəticəsində əmək münasibətlərinə xitam verilmiş və məşğulluq orqanında işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar işsizliyə görə sığorta ödənişi ilə təmin olunacaqlar. Aktiv əmək bazarı tədbirləri kimi, bu sahəyə yönəldilən vəsaitin məbləği də cari ildən əhəmiyyətli şəkildə artırılıb".

183
Teqlər:
təkzib, sığorta, Elman Babayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, müavinət
Əlaqədar
Onlara müavinətin məbləği 520 manata çatdı, amma şirniklənməyin
Dekabr ayı üçün pensiya və müavinətlər ödənilib
Mühüm qərar verildi: onlar müavinət alacaq
Müavinətin artırılması gündəmə gəldi
Maaş artacaq, tələbələr ödənişdən azad ediləcək, birdəfəlik müavinət veriləcək...
Sarımsaq, arxiv şəkli

Təbii antibiotik zərərli imiş

14
(Yenilənib 23:40 05.12.2020)
Məlum olub ki, sarımsaq xəstəliyin simptomlarını ağırlaşdıran mədə və öd şirəsinin ifraz edilməsini stimullaşdırır.

BAKI, 5 dekabr — Sputnik. Çoxsaylı faydalı təsirləri olmasına baxmayaraq, sarımsaq aqressiv məhsul hesab edilir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə danışan həkim-dietoloq İnna Zaykina bildirib ki, çox sarımsaq yemək olmaz.

Mədə xorası xəstəliyi, pankreatit və digər xəstəliyi olan insanlar sarımsaq yeməməlidirlər. Çünki sarımsaq xəstəliyin simptomlarını ağırlaşdıran mədə və öd şirəsinin ifraz edilməsini stimullaşdırır.

Bir müddət əvvəl isə endokrinoloq Yelena Qubkina kartof bişirmə və yemək üsulları barədə danışarkən bildirmişdi ki, kartof torpaqdan və havadan zərərli maddələr yığdığı üçün onu istehlak edərkən diqqətli olmaq lazımdır. Belə ki, kartofu soyulmuş qaynatmaq və buxarda bişirmək daha faydalıdır. Belə ki, bu zaman tərəvəz maksimum miqdarda qida - kalium, natrium, B6 vitamini verir.

14
Teqlər:
allergiya, mədə-bağırsaq xəstəlikləri, simptom, xəstəlik, təbii antibiotik, zərər, sarımsaq
KİV nümayəndələrinin siluetləri

Azərbaycanlı fotoqraflar Beynəlxalq Federasiyanın fəxri adlarını aldılar

9
(Yenilənib 23:20 05.12.2020)
Nurlan Tahirli, Valeri Xlizov, Aleksandr Firstov UNESCO-nun təqdir etdiyi məşhur təşkilatın şərəfli "Rəssam", Rəşad Mehdiyev "Mükəmməllik", İlqar Cəfərov "Mükəmməllik/bürünc" adlarına layiq görülüblər

BAKI, 5 dekabr - Sputnik. Azərbaycanın "Gilavar" fotoklubunun dəstəyi ilə azərbaycanlı fotoqraflar Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) fəxri adlarına layiq görülüblər. 

Sputnik Azərbaycan-a fotoklubun mətbuat xidmətindən verilən məlumata görə, bu, UNESCO-nun tanıdığı yeganə fototəşkilatdır. 

Onun fəxri adlarını almaq üçün fotoqraflar xüsusi qaydalara riayət etməlidirlər: FIAP-ın müxtəlif ölkələrdə keçirdiyi müsabiqələrə qatılmalıdırlar, onların fotoqrafiyaları bədii və texniki ustalıq nöqteyi-nəzərindən təqdir olunmalı və onlar mükafat qazanmalıdırlar. Bunlardan əlavə, təşkilatın bədii komissiyasının və direktorlar şurasının üzvlərinin səsləri də nəzərə alınmalıdır. 
Azərbaycanlı fotoqraflar Nurlan Tahirli, Valeri Xlizov, Aleksandr Firstov şərəfli "Rəssam", Rəşad Mehdiyev "Mükəmməllik", İlqar Cəfərov "Mükəmməllik/bürünc" adlarına layiq görülüblər. Bu adlar ildə bir dəfə verilir. 2016-cı ildən bəri fəxri adlar alan azərbaycanlı fotoqrafların sayı artaraq yeddiyə çatıb. 

Qeyd edək ki, İlqar Cəfərov və Rəşad Mehdiyev AZƏRTAC Dövlət İnformasiya Agentliyinin fotojurnalistləridir. Onların hər ikisi İkinci Qarabağ müharibəsi zamanı cəbhəyanı və işğaldan azad olunmuş ərazilərdə çəkilişlər aparıblar.

9
Teqlər:
fəxri adlar, fotoqraf, azərbaycanlı