Dövlət Yol Polisinin maşını

Bakıda yol polisi piyadanı öldürdü

944
(Yenilənib 18:47 04.01.2018)
Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlanıb və hazırda hərtərəfli araşdırmalarla istintaq davam etdirilir

BAKI, 4 yanvar — Sputnik. Bakıda yol polisi əməkdaşı piyadanı avtomobillə vuraraq öldürüb. Sputnik Azərbaycan avtosfer.az-a istinadla xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Bildirilir ki, sosial şəbəkələrdə yeni il ərəfəsində Bakı şəhəri Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində, 10 XX 955 dövlət nömrə nişanlı "Toyota Prado" markalı avtomaşınla, vətəndaşın ölümü ilə nəticələnən avtoqəzanın baş verməsi və qəzanı törədən avtomobilin sürücüsü — polis baş serjantı İbrahimli Nicat Əfqan oğlunun hadisə yerindən qaçaraq gizlənməsi barədə məlumatlar yayılıb.

Həmin məlumatda iddia olunur ki, "Toyota Prado"nun sürücüsünün bu əməli Nərimanov Rayon Polis idarəsi tərəfindən ört-basdır olunur və bu barədə ictimaiyyətə heç bir məlumat verilmir: "Bakı Şəhər Baş Polis İdarəsi bildirir ki, məlumatlar həqiqətə uyğun deyil. Dekabrın 28-də Bakı şəhəri Nərimanov rayonu F.Xoyski – 99 ünvanında yerləşən "Ruslan" marketin qarşısında Nərimanov RPİ Dövlət Yol Polisi Şöbəsinin inspektoru, polis baş serjantı İbrahimli Nicat Əfqan oğlu idarə etdiyi 10 XX 955 dövlət nömrə nişanlı "Toyota Prado" markalı avtomaşınla yolu keçmək istəyən piyada, 1962-ci il təvəllüdlü İdrisova Ədilə Tapdıq qızını vurub, sonuncu yolun əks tərəfində hərəkətdə olan Məmmədov Seydi Eldar oğlunun idarə etdiyi "Nissan Sentra" markalı, 90 US 078 dövlət nömrə nişanlı avtomobilin qabaq hissəsinə dəyib, nəticədə piyada Ədilə İdrisova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb və hazırda hərtərəfli araşdırmalarla istintaq davam etdirilir".

944
Teqlər:
Nərimanov Rayon Prokurorluğu, ölüm, yol polisi, cinayət işi, qəza
Əlaqədar
Yol Polisindən sürücülərə xəbərdarlıq
Yol polisi qan tökdü
"Yol polisinin səlahiyyəti "ASAN xidmət"ə verilsin"
Yol polisi paytaxtda qəza törətdi
Sürücülərlə kobud rəftarın nəticəsi: Yüzlərlə yol polisi cəzalandırılıb
 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Azərbaycanlı qardaşlarımızın sayəsində Qarabağ səmasını ay-ulduz bəzəyir - Ərdoğan

5
(Yenilənib 19:25 05.12.2020)
"Yenə də vurğulamaqda fayda görürəm: Azərbaycan kimsənin torpağına əl uzatmadı, kimsəyə hücum etmədi, Birləşmiş Millətlər Təşkiları və ATƏT-in qərarına rəğmən 30 il işğal altında saxlanan torpaqlarını azad etdi"

BAKI, 5 dekabr - Sputnik. "Ermənilər Azərbaycan torpaqlarına hücum edəndə bütün qəlbimiz və imkanlarımızla qardaşlarımızın imdadına yetişdik. Qarslılar bu erməniləri çox yaxşı tanıyırlar. Ortaq tariximiz, mədəniyyətimiz, inancımız və dil birliyimizin tələb etdiklərini gerçəkləşdirərək Dağlıq Qarabağ və ətrafındakı işğal altında olan Azərbaycan torpaqlarının azadlığına qovuşmasında bir zəhmətimiz oldu. Azərbaycanlı qardaşlarımızın mücadiləsi nəticəsində, həmd olsun, Qarabağ səmalarını əskilər deyil, ay-ulduzlu bayraqlar bəzəyir".

Sputnik Azərbaycan bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videobağlantı ilə qatıldığı Sarıkamış-Karakurt-Xorasan yolunun açılış mərasimində söyləyib. 

"Azərbaycan bayrağı şəhidlərimizin qəhrəmanlıqlarının timsalı olaraq Dağlıq Qarabağda qürurla dalğalanır. İnşallah, Naxçıvan ilə Azərbaycan arasındakı əlaqəni təmin edəcək dəhlizin açılmasıyla qardaşlarımızla birbaşa quru yolu əlaqəsi quracağıq", - deyən Ərdoğan əlavə edib ki, bu işdən ən çox faydanı da Qars görəcək. 

30 illik işğaldan sonra Azərbaycanın öz torpaqlarına yenidən qovuşmasının haqlı sevincini yaşadığını vurğulayan Ərdoğan deyib ki, Qarabağda qazanılan zəfər həm beynəlxalq hüquq, həm diplomatiya, həm də hərbi baxımdan Azərbaycana anasının ağ südü kimi halaldır. 

"Yenə də vurğulamaqda fayda görürəm: Azərbaycan kimsənin torpağına əl uzatmadı, kimsəyə hücum etmədi, Birləşmiş Millətlər Təşkiları və ATƏT-in qərarına rəğmən 30 il işğal altında saxlanan torpaqlarını azad etdi. Bunu da ermənilər kimi mülki əhalini, yaşayış məntəqələrini hədəf alaraq deyil, legitimlik çərçivəsində gerçəkləşdirdi. Bu durumda bir gün əvvəl Minsk qrupu həmsədrlərindən olan Fransanın parlamentinin müzakirə elədiyi qətnamə qalmaqaldan da betər bir faciədir", - deyə Türkiyə lideri bildirib. 

Azərbaycan Prezidenti İlham Əliyevin: "Fransa, əgər erməniləri bu qədər çox sevirsə, özünün Marsel şəhərini onlara verə bilər" sözlərini xatırladan Ərdoğan heç bir dövlətin digərinin suverenliyinə bu dərəcədə alçaqcasına hücum etməsinin qəbul edilməyəcəyini söyləyib. 

5
Teqlər:
Rəcəb Tayyip Ərdoğan, Qars, Türkiyə, Azərbaycan, Qarabağ
Qandal, arxiv şəkli

Gəncədə narkotik satan alan şəxslər saxlanılıblar

5
(Yenilənib 18:33 05.12.2020)
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tahir Əliyevə məxsus, şəhər ərazisində yerləşən fərdi evinə baxış keçirilən zaman 1 kiloqram 056 qram çəkidə, narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb

BAKI, 5 dekabr — Sputnik. Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, Gəncə şəhər sakinləri - 31 yaşlı Tahir Əliyev və əvvəllər məhkum olunmuş, 27 yaşlı Orxan Sadıqov saxlanılaraq ŞBPİ-yə gətiriliblər. Onların üzərinə baxış keçirilən zaman O.Sadıqovun üzərindən ümumi çəkisi 1 qram, T. Əliyevin üzərindən isə 2 qram narkotik vasitə olan "marixuana" aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tahir Əliyevə məxsus, şəhər ərazisində yerləşən fərdi evinə baxış keçirilən zaman 1 kiloqram 056 qram çəkidə, narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.

Aparılan araşdırmalar zamanı həmin şəxslərə narkotik vasitə satan şəxsin əvvəllər məhkum olunmuş, Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Ramil Əliyev olduğu müəyyən edilib. Onun yaşadığı fərdi yaşayış evində keçirilən əməliyyat-axtarış zamanı üzərindən 15 ədəd kağız bükümlərdə, ümumi çəkisi 15 qram, evin dam örtüyünün altından isə ayrı-ayrı sellofan torbalarda və şüşə bankalarda qablaşdırlımış, ümumi çəkisi 4 kiloqram 025 qram qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.

Faklarla bağlı araşdırmalar davam etdirilir.

5
Teqlər:
Gəncə, narkotik maddə, narkotacir, narkotik