Azərbaycanın əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimov

İlham Rəhimovun “Ölməz ölüm cəzası” kitabı çapdan çıxıb

51
(Yenilənib 17:39 04.01.2018)
Kitab bəşər tarixində ən qədim cəza növü olan edam cəzasına həsr edilib

BAKI, 4 yanvar — Sputnik. Azərbaycanın əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun Sankt-Peterburqun “Юридический центр” nəşriyyatı tərəfindən rus dilində “Бессмертная смертная казнь” (“Ölməz ölüm cəzası”)  adlı növbəti kitabı çapdan çıxıb.

Sputnik Azərbaycan xəbər verir ki, kitab bəşər tarixində ən qədim cəza növü olan edam cəzasına həsr edilib. Müəllif hər kəsə ölüm cəzası fenomeni ilə bağlı şəxsi mülahizələri ilə yanaşı, elmi ədəbiyyatdakı fikirlərlə tanış olmaq imkanı yaradır. Bu yanaşma hər bir oxucuya bu suala cavab vermək imkanı yaradır: ölüm cəzası olsun, yoxsa olmasın?

Kitab tələbələr, hüquq ali məktəblərinin aspirant və müəllimləri, hüquq mühafizə orqanlarının əməkdaşları, cinayət hüququ sahəsində ixtisaslaşan nəzəriyyəçi və praktiklər, eləcə də filosoflar, sosioloqlar, psixoloqlar, cinayət və cəza problemləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

İlham Rəhimovun “Бессмертная смертная казнь” (“Ölməz ölüm cəzası”)  adlı növbəti kitabı çapdan çıxıb
© Photo : İlham Rəhimovun şəxsi arxivindən
İlham Rəhimovun “Бессмертная смертная казнь” (“Ölməz ölüm cəzası”) adlı növbəti kitabı çapdan çıxıb

51
Teqlər:
çap, İlham Rəhimov, kitab, Sankt-Peterburq
Əlaqədar
Dubayda rekordlar kitabına düşəcək hadisə - VİDEO
Astanada Əli Həsənovun geoiqtisadiyyata dair kitabının təqdimatı keçirildi
Bu kənd Ginnesin Rekordlar kitabına düşüb, baxın nəyə görə
Abdulla: “Aparıcıların 80-90 faizinin axırıncı oxuduğu kitab “Əlifba” olub”
Bu qadın Ginnesin Rekordlar Kitabına düşdü - Səbəb çox maraqlıdır

Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti daha bir ay dayandırıldı

8
(Yenilənib 18:23 28.10.2020)
Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" qərarına edilən müvafiq dəyişikliklərə əsasən Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti 2020-ci il 1 dekabr saat 06:00-dək dayandırılıb.

BAKI, 28 oktyabr - Sputnik. Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti 2020-ci il 1 dekabr saat 06:00-dək dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" qərarına edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, qüvvədə olan qərara əsasən, bu il oktyabrın 19-dan 2 noyabr saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılmışdı.

Azərbaycanın bir sıra şəhər və rayonlarında ictimai nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət də noyabr ayının 28-dək uzadılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan daxil olan məlumata görə, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Mingəçevir, Şəki, Şirvan, Lənkəran şəhərlərində və Abşeron, Göygöl, Samux, Sabirabad, Quba, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala, Cəlilabad, Masallı rayonlarda aşağıda qeyd olunan tarixlərdə həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırılır:

31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06.00-dək;

7 noyabr saat 00:00-dan 9 noyabr saat 06:00-dək;

14 noyabr saat 00:00-dan 16 noyabr saat 06:00-dək;

21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək;

28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək.

Həmçinin 29 oktyabr saat 00:00-dan etibarən Lənkəran şəhəri, Cəlilabad və Masallı rayonlarına operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, eləcə də yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla giriş-çıxış dayandırılır.

8
Qədəbək

Sabah hava həlim olacaq

5
(Yenilənib 18:09 28.10.2020)
Oktyabrın 29-da Abşeron yarımadasında mülayim gilavar küləyinin üstünlüyü və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

BAKI, 28 oktyabr — Sputnik. Oktyabrın 29-da Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-16, gündüz 19-21, Bakıda gecə 14-16, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 765 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Oktyabrın 29-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 19-24, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 29-da Abşeron yarımadasında mülayim gilavar küləyinin üstünlüyü və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

5

Bölmələrimiz şəhər rayonlarımıza atəş açanları məhv edib - VİDEO

22
Oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

BAKI, 28 oktyabr - Sputnik. Humanitar atəşkəs rejimini kobudcasına pozaraq şəhər və rayonlarımıza atəş açan düşmənin qüvvə və vasitələrini Azərbaycan Ordusunun bölmələri darmadağın edib.

Sputnik Azərbaycan bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

2020-ci il oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

Nəticədə 21 nəfər həlak olub, 70-dən çox şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

 

22
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə