Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qobustanda dəhşətli faciə: körpə bacı-qardaş evdə diri-diri yandı

CC0 / ernie / flameYanğın
Yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
Yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Babaşov Vidadi Zəkəriyyə oğlu və 2016-ci il təvəllüdlü Babaşova Zəhra Zəkəriyyə qızının yanmış meyitləri aşkar olunub

BAKI, 4 yanvar — Sputnik. Qobustan rayonu, Qaracüzlü kəndində dəhşətli yanğın hadisəsi baş verib. Sputnik Azərbaycan FHN-in rəsmi saytına istinadən xəbər verir ki, ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Babaşov Vidadi Zəkəriyyə oğlu və 2016-ci il təvəllüdlü Babaşova Zəhra Zəkəriyyə qızının yanmış meyitləri aşkar olunub. Yanğın zamanı 1 nəfər azyaşlı (2011-ci il təvəllüd) yanıq xəsarətləri alıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub, yanğın söndürülüb.

Xəbər lenti
0