Sumqayıt şəhərində piyada keçidi

Sakinlərin narazılığına səbəb olan problemin həll olunacağına söz verildi

258
(Yenilənib 15:59 04.01.2018)
"Bu xırda detal, əslində, sakinlərə laqeyd münasibətin göstəricisidir"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 4 yanvar — Sputnik. Sumqayıt sakinləri şəhərdə piyadalar üçün "hündür mərtəbəli" əcaib səki quraşdırılmasından şikayətçidirlər. Bununla bağlı Sputnik Azərbaycan-a göndərilən məktubda bildirilir ki, Sumqayıtda yerləşən Zülfi Hacıyev küçəsində "Heydər parkı"na gedən piyadalar üçün nəzərdə tutulmuş yolun hündür olması onları narahat edir.

Sumqayıt şəhərində piyada keçidi
© Sputnik / Tarana Khudabakshiyeva
Sumqayıt şəhərində piyada keçidi

"Bu səkini inşa edəndə inşaatçılar nə fikirləşiblər, bilmirik. Bu səkini çıxmağa nəinki fiziki qüsurlu adamlar, uşaqlar, hətta sağlam və cavan adamlar da çətinlik çəkirlər. Amma neçə ildir bu məsələ ilə bağlı heç bir tədbir görülməyib" — sakinlər diqqətə çatdırırlar.

Sumqayıt sakinləri yazırlar ki, məhz bu səbəbdən insanlar həyatlarını təhlükəyə ataraq maşınlar üçün nəzərdə tutulmuş yoldan keçəməyə məcbur qalır: "Onu da qeyd edək ki, yolun bu hissəsində başqa piyada keçidi yoxdur, piyadalar mütləq buradan keçməli olur. Ya da piyada keçidi olan yerdən yox, yolun avtomobillərin hərəkət etdiyi hissəsi ilə keçməli olur".

"Bu xırda bir detal, əslində, sakinlərə laqeyd münasibətin göstəricisidir və inanıram ki, əgər yerli məmurlar ümumiyyətlə piyada gəzsəydi və buradan keçsəydi, bəlkə də yaranmış problemə bir əncam çəkərdi. Ola bilsin, bunu qoyanda relyefə uyğun ediblər, amma fikirləşməyiblər ki, səkiyə çıxmaq insanlara çətinlik, narahatçılıq yaradacaq" – deyə məktubda vurğulanır.

Sputnik Azərbaycan məsələyə aydınlıq gətirmək məqsədilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti ilə əlaqə saxlayıb. Dövlət qurumunun sözçüsü Eyvaz Qocayev şikayətə belə münasibət bildirib: "Sumqayıt şəhərində son dövrlər quruculuq işləri aparılır. Göstərilən əraziyə tez bir zamanda gedib məsələni araşdıracağıq. Həqiqətən də sərnişinlərin hərəkəti üçün əlverişsiz səki olduğu aşkarlanarsa, tərəfimizdən tədbirlər görüləcək".

258
Teqlər:
səki, piyada, sakin, insan, Sumqayıt, şəhər
Əlaqədar
Bakı və Sumqayıtda böyük söküntü dalğası gözlənilir, üstəlik kompensasiya ödənilmədən
Prezidentdən sumqayıtlıları sevindirəcək sərəncam
Bakı və Sumqayıt sakinlərinin diqqətinə!
Sumqayıt və Bakı sakinləri üçün vacib xəbər
İtaliyada epdimioloji vəziyyət

İtaliyada sabahdan yeni qadağalar tətbiq olunacaq

10
İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

BAKI, 25 oktyabr - Sputnik. İtaliyada epidemioloji vəziyyətin pisləşməsi səbəbindən oktyabrın 26-dan məhdudiyyətlər artırılır.

Sputnik Azərbaycan “Qafqazinfo”ya istinadla məlumat verir ki, bu gün İtaliya Baş Nazirinin Mətbuat xidməti tərəfindən açıqlanan yeni qaydalara uyğun olaraq bütün kinoteatr, teatr, idman zalları və hovuzlar bağlanacaq.

Restoran və barlar işə davam edəcək, lakin vaxt məhdudiyyəti ilə - axşam saat 6-dək.

Qeyd edək ki, İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

10
Koronavirus testi, arxiv şəkli

Ölkədə daha 946 nəfər COVID-19-a yoluxub, 228 nəfər sağalıb

23
Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb.

BAKI, 25 oktyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölkədə son sutka ərzində 10037, hazırkı dövrədək isə 1291534 test aparılıb.

23
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: "Azərbaycanın yanında olduğumuz üçün günahlandırıldıq"

0
“İndi eşidirəm ki, bəzi amerikalılar çıxıb İlham qardaşıma zəng edib deyir ki, biz sizin yanınızda kimin olduğunu bilirik, Ərdoğan var, Türkiyə var".

BAKI, 25 oktyabr - Sputnik. “Qafqazda öz ərazilərini müdafiə edən azərbaycanlı qardaşlarımızın yanında olduğumuz üçün suçlandırıldıq”.

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“İndi eşidirəm ki, bəzi amerikalılar çıxıb İlham qardaşıma zəng edib deyir ki, biz sizin yanınızda kimin olduğunu bilirik, Ərdoğan var, Türkiyə var. Və? Biz Türkiyəyə də, yeri gələrsə, sanksiya tətbiq edəcəyik. Sən kiminlə rəqs etdiyinin fərqində deyilsən! Sanksiyan nədirsə, gecikmə, et!”, - o vurğulayıb.

0