CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Niyə məhz bu iki rayon və oralarda nə baş verir?

CC BY-SA 2.0 / Bill Burris / Three Wise MenКвартирный вор, фото из архива
Квартирный вор, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Suraxanı və Sabunçu ərazisində kriminal hadisələr hansı səbəbdən çoxluq təşkil edir?

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 4 yanvar — Sputnik. Mətbuatda aparılan müşahidələr, həmçinin rəsmi qurumların mütamadi yaydıqları məlumatlar göstərir ki, xüsusilə son aylarda paytaxtda qeydə alınan kriminal hadisələrin çoxu Sabunçu və Suraxanı rayonlarının payına düşür. Niyə məhz bu iki rayon və o rayonlarda nə baş verir?

Девушка в наручниках, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Ər-arvad-sevgili cinayətinin təfərrüatı üzə çıxdı

Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlham Babayev Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, onlarda belə bir statistika yoxdur: "Son zamanlar paytaxtda qeydə alınan kriminal hadisələrin əksəriyyətinin Sabunçu və Suraxanı rayonlarının payına düşdüyünü deyə bilmərik. Yəni, cinayət harada törədilirsə, polis orada xidmət aparır, qeydə alınan cinayətlərin də açılması üçün dərhal əməliyyat-istintaq tədbirləri görülür".

Onun sözlərinə görə, Yaxın Şərqdə, keçmiş MDB ölkələri arasında ən az cinayətlərin qeydə alındığı yer Azərbaycandır: "Eyni zamanda, baş vermiş cinayətlərin arasında da böyük əksəriyyət az ağır cinayətlər təşkil edir. Yəni, ağır cinayətlərin ən az faiz təşkil etdiyi yer Azərbaycandır. Burada Sabunçu və Suraxanı rayonlarını fərqləndirmək düzgün deyil. Baş verən cinayətlərin açılması üçün qətiyyətli tədbirlər görülür".

Vəkil Adəm Məmmədov məsələni Sputnik Azərbaycan-a şərh edərək deyib ki, son dövrlərdə həmin ərazilərdə məskunlaşan sakinlər başqa-başqa rayonlardan, bölgələrdən gələnlərdir: "Ən çox kriminal hadisələrin baş verməsi bundan asılıdır. Başqa yerlərdə ona görə bu qədər cinayət hadisəsi törədilmir ki, şəhər yerlərində çoxlu mübahisələr yaranmır. Çünki əksər insanlar Bakının mərkəzi yerlərində bir-birilərini tanımırlar. Amma gecəqondu tikənlər, rayonlardan, kəndlərdən gələnlərin əksəriyyəti Sabunçu və Suraxanı rayonlarında, eləcə də Binəqədidə məskunlaşırlar".

Onun sözlərinə görə, digər yerlərlə müqayisədə qarışıq olan ərazidə polisin, hüquq-mühafizə orqanlarının nəzarəti bir az güclü, effektli olmur: "Əvvəl "Sovetski" adlanan ərazi çox qarışıq idi və burada kriminal hadisələr çox baş verirdi. Çünki hüquq-mühafizə orqanları effektiv nəzarət edə bilmirdi".

Hüquqşünas Azər Nağıyev isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bu, əhalinin çoxluğu və həm də maarifləndirmə işlərinin bir az aşağı olması ilə əlaqədardır: "Ümumiyyətlə, bizdə hüquqi maarifləndirmə, hüquqi dünya görüşünün artırılması ilə bağlı problemlər var. Hesab edirəm ki, kriminal hadisələrin baş verməsinin əsas səbəbi budur".

Xəbər lenti
0