Bankomat

Dekabr ayı üçün pensiya müavinətlər ödənilib

220
(Yenilənib 02:05 30.12.2017)
Qarşıdan gələn 2018-ci ildə də həmin sosial ödənişlərin hər ay üzrə vaxtlı-vaxtında maliyyələşdirilməsi həyata keçiriləcək

BAKI, 29 dekabr — Sputnik. Dekabr ayı üzrə pensiyaların və bütün növ müavinətlərin maliyyələşdirilməsi başa çatdırılıb.

Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev məlumat verib. O, bildirib ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən dekabr ayı üzrə respublikamızın bütün şəhər və rayonları üzrə pensiyaların və bütün növ müavinətlərin maliyyələşdirilməsi başa çatdırılıb.

Əvvəlki aylarda olduğu kimi, dekabr ayında da bu sahədə işlər vaxtlı-vaxtında yerinə yetirilib. Beləliklə, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramına qədər vətəndaşların dekabr ayı üzrə pensiya və müavinətlərinin ödənişi təmin olunub.

Qarşıdan gələn 2018-ci ildə də həmin sosial ödənişlərin hər ay üzrə vaxtlı-vaxtında maliyyələşdirilməsi həyata keçiriləcək.

220
Teqlər:
Elman Babayev, ödəniş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, dekabr, müavinət, pensiya
Əlaqədar
Nazirdən pensiyaçılara xoş xəbər
Nazir müavini pensiyaların nə qədər artırılacağını açıqladı
Pensiyalarla bağlı qeyri-müəyyənlik aradan qalxdı
Pensiyaların da nağd qaydada ödənişi qadağan olunur
Sovet dövründə işləmiş şəxslərin pensiyası yeni qaydada hesablanacaq