Xəstəxana dəhlizi, arxiv şəkli

Ukraynada azərbaycanlı gənci psixi xəstəxanaya salıblar

32
(Yenilənib 22:47 29.12.2017)
Ş.Feyzullayev əvvəl Ukraynada azərbaycanlıların gənclər təşkilatının fəal üzvü olub

BAKI, 29 dekabr — Sputnik. Ukraynada Azərbaycan diasporunun fəal üzvü olmuş gənc məcbur psixi dispanserə yerləşdirilib. Sputnik Azərbaycan report-a istinadla xəbər verir ki, Ukraynanın paytaxtı Kiyev şəhərinin Qoloseevskiy Rayon Məhkəməsinin qərarı ilə qətldə ittiham olunaraq həbs olunan azərbaycanlı gənc psixi dispanserə yerləşdirilib.

Azərbaycan vətəndaşı, əslən Azərbaycanın Şamaxı şəhərindən olan, 1990-cı il təvəllüdlü Feyzullayev Şamil Rayon Məhkəməsinin növbəti qərarı ilə psixi xəstə olması səbəbindən istintaq təcridxanasından psixi dispanserə köçürülüb.

Azərbaycanlı gənc buna etiraz etsə də, qərar dəyişməyib.

Ş.Feyzullayev yaşadığı hostelin sakinləri ilə arasında dava nəticəsində ona ünvanlanan ağır təhqirə görə Aleksandr Prixodko adlı yerli gəncə bıçaqla xəsarət yetirməkdə ittiham olunub. Xəsarət alan şəxs dünyasını dəyişib. Ş.Feyzullayev məhkəmədə hüquqi yardıma ehtiyacı olduğunu bildirmişdi.

Ş.Feyzullayev əvvəl Ukraynada azərbaycanlıların gənclər təşkilatının fəal üzvü olub.

32
Teqlər:
psixi dispanser, qətl, Ukrayna, azərbaycanlı
Əlaqədar
Gürcüstan və Ukraynanı qarışdıran 50 yaşlı siyasətçi
Azərbaycan Fələstinin lehinə, Gürcüstan, Ukrayna və Moldova isə...
Ukraynalılardan Azərbaycana arxadan zərbə: Rusiyanın acığını çıxırlar?
Mixail Saakaşvili Ukrayna ərazisindədir
Ukraynada azərbaycanlı minaya düşərək ölüb