CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əhalinin nəzərinə: Bayram günlərində xüsusi rejimə keçiləcək

© Sputnik / Anar MustafayevAvtobus
Avtobus - Sputnik Azərbaycan
Abunə olmaq
Avtobuslar 31.12.2017; 01.01.2018; 02.01.2018-cı il tarixlərində gecə saat 01:00-ə qədər xidmət göstərəcək

BAKI, 29 dekabr — Sputnik. Bakı Nəqliyyat Agentliyi Yeni İl bayramı ilə bağlı yaranacaq intensivliyi nəzərə alaraq qərar qəbul edib.

Sputnik Azərbaycan Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına əməl olunması, təhlükəsizlik qaydalarına riayət edilməsi, həmçinin sürücülərin müvafiq sərnişindaşıma və yol hərəkəti qaydalarına əməl etmələri barədə lazımi tədbirlərin görülməsi, o cümlədən avtobusların istehsalat bazalarından reysə çıxmalarının təmin edilməsi ilə bağlı daşıyıcılara göstəriş verib. BNA-nın göstərişinə əsasən bayram tədbirləri ilə əlaqədar müntəzəm marşrut xətləri üzrə avtobuslar 31.12.2017; 01.01.2018; 02.01.2018-cı il tarixlərində gecə saat 01:00-ə qədər xidmət göstərəcək.

Xəbər lenti
0