ABŞ dollarları, arxiv şəkli

Yarım milyon dollarlıq oğurluqla bağlı istintaq aparılır

101
(Yenilənib 19:52 29.12.2017)
Bank əməkdaşı müştərilərin 425 min dollarını öz hesabına köçürərək nağdlaşdırmaqda şübhəli bilinir

BAKI, 29 dekabr — Sputnik. Bakıda bankın vəzifəli əməkdaşı müştərilərin pulunu mənimsədiyinə görə tutulub. Sputnik AzərbaycanReport”-a istinadən xəbər verir ki, “Bank of Baku”nun baş eksperti Eldar İsmayılov Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Məlumata görə, E.İsmayılov bankın müştərilərinin ümumilikdə 425 min ABŞ dolları məbləğində pulunu öz hesabına köçürərək nağdlaşdırmaqda şübhəli bilinir.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Fakt “Bank of Baku”nun Reklam və İctimaiyyətlə əlaqələr departamentindən “Report”a təsdiqlənib. Lakin əməkdaşın adının Eldar İsmayılov olmadığı bildirilib. Bankdan qeyd olunub ki, Eldar İsmayılov adlı şəxs  “Bank of Baku”da fəaliyyət göstərmir: “İstintaq sirri olduğu üçün adı açıqlanmayan bankın əməkdaşlarından birinin öz vəzifə öhdəliklərindən sui-istifadə edərək cinayət əməli törətməyə cəhd etmək istəyi aşkar olunub və dərhal bu cəhdin qarşısı bank tərəfindən alınıb. Hal-hazırda məsələ ilə bağlı polis tərəfindən istintaq-araşdırma işi aparılır”.

101
Teqlər:
istintaq, dollar, oğurluq, əməkdaş, "Bank of Baku"
Əlaqədar
Bakıda qəribə oğurluq baş verib: Oğrular üçün müqəddəs heç nə qalmayıb
Elşən Mustafayev Sumqayıtda oğurluq edərkən yaxalandı
Xalq artistinin evindən oğurluq etdi, ardınca da özünü öldürmək istədi
Televiziyadan oğurluq edən nəhayət ki, ələ keçdi
Bakıda qəbiristanlıqdan oğurluq edən şəxs saxlanılıb