Qırmızı kitaba düşən ayı ovlanıb

Qubada qanunsuz ayı ovlayanlardan xəbər var

559
(Yenilənib 17:23 29.12.2017)
Quş və heyvanlar baytar nəzarətindən keçdikdən sonra vəhşi təbiətə buraxılıb

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 29 dekabr — Sputnik. "Ovçuluq haqqında" qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən qurumların əməkdaşları tərəfindən 2017-ci ilin 11 ayı ərzində Respublika ərazisində çöl quşlarının və heyvanlarının qanunsuz ovlanması, təbiətdən vəhşi quş və heyvanların qanunsuz saxlanılması hallarının qarşısının alınması istiqamətində mütəmadi olaraq reydlər keçirilir.

Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, reydlər zamanı mövcud ov qaydalarını pozmuş 165 vətəndaş saxlanılıb, onlardan 145 ov tüfəngi, 601 patron, qanunsuz ovlanmış 69 baş quş və heyvan götürülüb.

Mirzəyevin bildirdiyinə görə, inzibati xəta törətmiş şəxslər haqqında protokol tərtib edilərək 131 nəfərə 133 min 793 manat məbləğində cərimə və iddia tətbiq edilmiş və 34 fakt üzrə qanun pozucularının şəxsiyyətinin müəyyənləşdirilməsi üçün aidiyyatı rayon polis orqanlarına müraciət edilib: "Təqsirləndirilən şəxslər müəyyənləşdirildikdən sonra onlar barəsində qanunvericiliyə uyğun şəkildə tədbirlər görüləcək. Eyni zamanda nazirliyin əməkdaşları tərəfindən cari il ərzində keçirilən reydlər zamanı Bakı şəhəri, Ağstafa, Füzuli, Göygöl, Şamaxı, Xaçmaz və Quba inzibati rayonlarında fəaliyyət göstərən ayrı-ayrı iaşə obyektlərində vəhşi təbiətdən götürülən ümumilikdə 17 quş – şahin, qırğı, qırqovul və ayı, ceyran, Dağıstan turunun qeyri sərbəst şəkildə qəfəslərdə saxlanılması faktı aşkar edilib".

Sektor müdiri qeyd edib ki, faktlar üzrə həmin şəxslər barəsində protokollar tərtib edilib, hər biri 500 manat məbləğində cərimə edilib, vəhşi heyvan və quşlar götürlərək Altıağac qoruğunun tərkibindəki Vəhşi Təbiətin Bərpası və Reablitasiyası Mərkəzinə təhvil verilib. Quş və heyvanlar baytar nəzarətindən keçdikdən sonra vəhşi təbiətə buraxılıb.

Mirzəyev bildirib ki, qanunsuz ov İnzibati Xətalar Məcəlləsinin 273.2 maddəsi ilə tənzimlənir. Qanunsuz ov edən şəxslər 1000-2000 məbləğində cərimə edilir: "Nazirlər Kabinetinin müvafiq qərarı ilə quş və heyvan ovlamış şəxslər parelel olaraq dəymiş zərəri ödəyir. Dəymiş ziyan cinayət tərkibi yaradırsa, yəni 1000 manatdan yuxarıdırsa, həmin işə hüquqi qiymət verilməsi və müəyyən tədbirlərin görülməsi üçün prokurorluq orqanlarına göndərilir. Cari ildə Quba rayonu ərazisində ayı vurulması faktı ilə bağlı sənədlər baş prokurluğa göndərilib və 3 nəfərin məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görülür. Eyni zamanda Şəki rayonunda cüyür vurulması faktı qeydə alınıb. Cüyürlər qırmızı kitaba düşdüyü üçün və dəymiş zərər cinayət tərkibi daşıdğı üçün şəxslər haqqında müvafiq tədbirlər görülüb".

Qurum rəhbəri onu da vurğulayıb ki, qanunsuz ov ölkənin bütün regionlarında var. Xaçmaz, Şabran, Siyəzən, Qazax, Şəki, Neftçala və s. bölgələrdə qanunsuz ov hallarına rast gəlinir və vaxtında qarşısı müvafiq tədbirlərlə alınır.

559
Teqlər:
Ətraf Mühitin Mühafizəsi Departamenti, ovçu, "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanunu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, cərimə
Əlaqədar
Şəkidə reyd zamanı cüyür ovçuları saxlanılıb
Ərəbistandan ölkəmizə təkcə ovçular gəlmir, həm də...
İngilis ovçu köpəkbalığından canını belə qurtardı
"Ovçu"nun sonu
Rəssamın rəngləri və fırçaları, arxiv şəkli

Adi karandaşla canlı kimi görünən qəhrəmanlarımız: bunlar 14 yaşlı uşağın əl işidir - FOTO

28
(Yenilənib 23:32 16.01.2021)
Yardımlıdan olan yeniyetmə Vətən müharibəsi şəhidlərinin portretlərini sadə karandaşla yaradır. O inanır ki, gələcəkdə məşhur fırça ustası olacaq

BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.

© Photo : Courtesy of Samed Iskenderli
Səməd İskəndərli

Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın. 

Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq. 

28
Teqlər:
Yardımlı, yeniyetmə, rəssam, Qarabağ
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət
Qanda qlükozanın miqdarının yoxlanılması

Şəkərlə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar

15
(Yenilənib 23:07 16.01.2021)
"Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

BAKI, 16 yanvar — Sputnik. "Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Virtual Diabet Məktəbi" layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib. O bildirib ki, diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır:

"İlkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu mənfi tendensiyanı müsbətə doğru çevirməkdə yeni imkanlar açır".

Agentliyin İdarə Heyətinin sədri deyib ki, hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur.

15