BAKI, 29 dekabr — Sputnik. Dünən saat 17:00 radələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları birgə əməliyyat keçiriblər.
Sputnik Azərbaycan oxu.az-a istinadən xəbər verir ki, əməliyyat nəticəsində axtarışda olan Naxçıvan MR Babək rayonu, Ceşməbazar kənd sakini, 1991-ci il təvəllüdlü, Dünyamalıyev Şirin Əhliman oğlu həbs edilib.
O, Penitensiar xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsinin qarşısında saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, 26 yaşlı gənc Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə (Qəsdən sağlamlığa ağır zərər vurma) ittiham olunur.
BAKI, 27 fevral — Sputnik. Kaliforniya məhkəməsi İllinoys ştatı sakinlərinin kollektiv iddiasını təmin etmək üçün Facebook şirkətinin 650 milyon dollarlıq təklifini təsdiqləyib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Chicago Tribune yazır.
İllinoys ştatının sakinləri 2015-ci ildə məhkəmədə Facebook şirkətinə qarşı iddia qaldıraraq onun üztanıma texnologiyasından istifadə edərək biometrik məlumatları topladığını və bu səbəbdən qanunu pozduğunu demişdilər. Facebook əvvəl kollektiv iddianın yoluna qoyulması üçün 550 milyon dollar təklif etmiş, ancaq San-Fransisko dairə məhkəməsi bu məbləğin kifayət qədər olmayacağını bildirmişdi.
Məhkəmənin qərarına əsasən, ştatın 1.6 milyon sakinindən hər biri kompensasiya qismində şirkətdən ən azı 345 dollar alacaq. Məbləğin bir qismi hüquqşünasın xidmətinin ödənməsinə sərf olunacaq.
Hakim Ceyms Donato bu işi "əlamətdar nəticə" adlandırıb: "Ümumilikdə iddianın təmin olunması rəqəmsal mühitdə hər zaman aktual problem olan şəxsi məlumatların qorunması baxımından istehlakçılar üçün ciddi qələbə deməkdir".
Bir qədər öncə Facebook-dan bildirilib ki, sosial şəbəkədə üztanıma texnologiyasından avtomatik olaraq istifadə edilməyəcək. Şirkətdən bəyan ediblər ki, istifadəçilərin hər zaman üztanıma texnologiyasından istifadə edib-etməmə kimi seçimi olub, ancaq söz veriblər ki, gələcəkdə bu funksiya ilkin variantda söndürüləcək, istifadəçilər ondan istifadə etmək istəsələr, bunu əyarlarda özləri tənzimləyə biləcəklər.
BAKI, 27 fevral — Sputnik. Aktyor Kıvanç Tatlıtuğ tərəf-müqabili Özge Özpirinçci ilə baş rolunu paylaşdığı "Bir Denizaltı Hikayesi" serialının çəkilişləri zamanı koronavirus səbəbi ilə bəzi tədbirlər görüb.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor çəkiliş heyətinin onun üçün hazırladığı treyleri (təkərlər üstündə ev - red.) qəbul etməyib.
Aktyor ötən ay 750 min TL-yə (təxminən 168 min manat) aldığı treyleri çəkiliş meydanında saxlayır və yalnız ondan istifadə edir. 37 yaşlı aktyor tez-tez koronavirus testi etdirərək virusa yoluxub-yoluxmadığını yoxlayır.