Nəsimi rayonunda söküntü

Bakı Sumqayıtda böyük söküntü dalğası gözlənilir, üstəlik kompensasiya ödənilmədən

9011
(Yenilənib 17:19 29.12.2017)
"Bunu obyekt sahibləri binanı inşa edən zaman düşünməliydilər"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 29 dekabr — Sputnik. "Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakı və Abşeron rayonunda onlarla obyektin sökülməsi üçün yerli rayon məhkəmələrində iddia qaldırıb. Bu barədə Sputnik Azərbaycan-a qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı məlumat verib.

“Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı
© Photo : www.aznews.az
“Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı

O bildirib ki, onlarla sahibkarın obyektinin su-kanal xətlərinin mühafizə zolağında inşa edildiyinə görə söküntüsü üçün məhkəməyə müraciət olunub. Hazırda məhkəmə prosesi davam edir. Nəticə məhkəmənin sonunda bəlli olacaq.

Cəbrayıllının sözlərinə görə, "Azərsu" ASC-yə məxsus magistral su kəmərləri və ətraf daşıyıcı kanalizasiya kollektorları üzərində, eləcə də mühafizə zonasında xeyli sayda obyektlər və fərdi yaşayış evləri də var: "Bu da qurumun işini kifayət qədər çətinləşdirir. Məsələn Sumqayıtda elə ərazi var ki, "Azərsu" ASC-nin kanalizasiya qapağı obyektin içərisində qalıb. Əsasən, Bakıda magistral su kəmərlərinin və kanalizasiya kollektorlarının mühafizə zolağında olan obyektlərin sökülməsi ilə bağlı məhkəmədə iddia qaldırılıb".

"Bakıda 200-dən çox, Abşeronda 47 kommersiya obyekti, 2 mindən çox fərdi yaşayış evi magistral su kəmərlərinin və daşıyıcı kollektorların üzərində inşa edilib. Ümumi olaraq 200-dən çox kommersiya, 2 mindən çox fərdi yaşayış evi magistral su kəmərlərinin və daşıyıcı kollektorların üzərində tikilib" — Cəbrayıllı əlavə edib.

Şöbə müdiri deyib ki, hələ yaşayış evlərinin sökülməsi ilə bağlı məhkəmə iddiası qaldırılmayıb: "Yəni hələ ki, qeyd olunan ərazilərdəki obyektlərin sökülməsindən söhbət gedir. Hazırda işimizə çox mane olan obyektlərin sökülməsi üçün obyektlərin olduqları ərazilər üzrə məhkəmə iddiaları qaldırmışıq. Hələ ki, fərdi evlərin sökülməsi üçün məhkəməyə müraciət etməmişik".

Onun dediyinə görə, hazırda "Azərsu" ASC, əsasən işimizə daha çox mane olan obyektlərin sökülməsi iddiası ilə bağlı həmin kommersiya obyektlərinin yerləşdiyi ərazilər üzrə yerli rayon məhkəmələrində iddia qaldırıb: "Sökülməsi üçün məhkəməyə müraciət etdiyimiz obyektlər strateji su mərkəzlərinin, daşıyıcı kollektorların üzərində inşa edilib. Bunu da obyekt sahibləri binanı inşa edən zaman düşünməli idilər".

"Buna görə narazı olsalar da, məhkəmə iddiası qaldırılıb. Həmin obyektlərin söküləcəyi təqdirdə, sənədləri olsa belə, "Azərsu" ASC sahibkarlara obyektlərinin sökülməsinə görə heç bir kompensasiya ödəməyəcək" — ASC rəsmisi xüsusi vurğulayıb.

A.Cəbrayıllı əlavə edib ki, indi məhkəmə iddiası qaldırılıb, məhkəmə obyektlərin sökülməsinə qərar versə, o zaman obyektlər söküləcək: "Kompensasiya məsələsinə gəldikdə isə, bu məsələdə məsuliyyəti strateji su kəmərlərinin, daşıyıcı kollektorların üzərində tikintiyə icazə verən idarələr daşıyacaq. Bu barədə də məhkəmə nə qərar versə, o da icra ediləcək".

9011
Teqlər:
yaşayış evləri, şöbə müdiri, ASC, Anar Cəbrayıllı, iddia, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti, zona, Abşeron rayonu, kanalizasiya, söküntü, obyekt, kompensasiya, Bakı, qərar, məhkəmə
Əlaqədar
"26"nı sökən paytaxt rəhbərliyinin "Oktyabrın 40 illiyi"ndən xəbəri yoxdur?
Metronun “Sahil” stansiyası sökülür...
Bakıda evlərin eyvanları sökülür
Bakıda nəhəng söküntü-tikinti planına razılıq verildi
Bakıda qalmaqal: Hökumətin "sökmə" dediyini sökən peyda olub
Bakıda nəhəng söküntü qərarı: icra başçılarına təlimat verilib

İcra başçısının müavinini maşın vurdu

13
Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid İsaxan oğlu Həsənovu avtomobil vurub. 

BAKI, 9 avqust - Sputnik. Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavinini avtomobil vurub. 

APA-nın məlumatına görə, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid İsaxan oğlu Həsənovu avtomobil vurub. 

V.Həsənov başından xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

13

Pandemiyanın ən çox ziyan vurduğu sahə - Burada çalışanların yoluxma riski daha böyükdür

723
(Yenilənib 22:32 09.08.2020)
Bütün dünyanı bürüyən bu pandemiya təəssüf olsun ki, ölkəmizdən də yan keçməyib və daxili turizm böhran ilə üzləşib.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 9 avqust — Sputnik. Koronavirus pandemiyası bütün sahələrə təsir etdiyi kimi turizm sahəsindən də yan keçməyib. Bölgələrə gediş-gəlişin məhdud çərçivədə olması, bəzi bölgələrdə istirahət mərkəzlərinin, restoranların, otellərin fəaliyyətinin dayandırılması turizm sahəsini demək olar ki, dondurub.

Turizm eksperti Ramin Zamanovun fikrincə, pandemiya dövründə turizm sektoru arxa planda qalıb. Onun sözlərinə görə, bu sahədə çalışanların virusa yoluxma riski də böyükdür. Otellərdə, restoran və istirahət mərkəzlərində yoluxma ehtimalı daha böyükdür.

Ekspert deyir ki, rayonlara gediş-gəlişin məhdudiyyətlərlə olması, ölkədə koronavirusun yayılma səviyyəsini azaltma məqsədi daşıyır. Onun fikrincə, bəzi rayonlarda virusa yoluxma faktının az olması məhdudiyyətlərin nəticə verdiyini göstərir və daha uzun müddət davam etməsinə əsas yaradır.

"Rayonlarda olan otellərin əksəriyyəti demək olar ki, fəaliyyətini dayandırıb. İşlə bağlı regionlara üz tutanlar xüsusi icazə ilə həmin otellərdə qala bilər. Rayonlara istirahət məqsədi ilə gedib, oteldə qalmaq isə mümkün deyil" – o vurğulayıb.

Millət vəkili Malik Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiya təkcə bizi yox, bütün dünyanı iflic edib, 6 aya yaxındır bütün dünya ölkələrinin sərhədləri bağlıdır, sərhədlərin pandemiyadan əvvəlki vəziyyətə qayıtmaq ehtimalı hələ yoxdur: "Bəlkə də ən çox itki, ən böyük böhran ilə üzləşən turizm sektoru olub. Nəinki Azərbaycanda, bütün dünyada tarixdə belə hal olmayb".

Onun sözlərinə görə, pandemiya səbəbindən daxili turizm böhranla üzləşib.

Millət vəkili Azərbaycanda koronovirus pandemiyasının qarşısının alınması üçün görülən tədbirləri təqdirəlayiq hesab edir: "Koronavirusa qarşı mübarizədə imzalanan sərəncamlar, həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində ölkəmiz koronavirus pandemiyasına qarşı səmərəli mübarizə aparır. Ölkə başçısı pandemiyaya qarşı mübarizədə hər zaman vətəndaşların sağlamlığını ön planda tutub. Bu səbəbdən də bir sıra önləyici tədbirlər görülüb. Vətəndaşların sağlamlığını düşünərək, ölkə ərazisində xüsusi karantin rejimi tətbiq edilib və ölkə daxilindəki epidemiya demək olar ki, idarə olunan vəziyyətə gəlib".

M. Həsənov qeyd edib ki, bunun bariz nümunəsi son günlər yoluxma sayının azalması və sağalanların üstünlük təşkil etməsidir. Bütün bunları nəzərə alaraq ölkə əhalisinin sağlamlığı turizm sektorunda olan problemlərlə müqayisədə daha önəmlidir.

723
Belorusda seçkinin gedişi zamanı

Belarus MSK ilkin nəticələri açıqlayıb

0
Komissiyanın məlumatına görə, beş regionun səsvermələrinin nəticələrinə əsasən hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə liderdir.

BAKI, 10 avqust - Sputnik. Belarusun Mərkəzi Seçki Komissiyası bu gün ölkədə keçirilən prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.

Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

Komissiyanın məlumatına görə, beş regionun səsvermələrinin nəticələrinə əsasən hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə liderdir. O, seçicilərin 82%-nin səslərini toplayıb. 

Qeyd edək ki, Lukaşenko altıncı dəfədir prezident seçkilərində namizəddir.  

0