CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Astarada ağır qəza: İçində 9 nəfər olan avtomobil dərəyə aşdı

Abunə olmaq
Sürücü də daxil olmaqla 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 28 dekabr — Sputnik. Astarada “UAZ” dərəyə aşıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, qəza rayonun Deqədi-Pəlikeş avtomobil yolunun Kijəbə qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Hadisə zamanı avtomobildə 9 nəfər olub. İlkin məlumata görə, qəzaya 1969-cu il təvəllüdlü sürücü Şəmsəddin Qasımovun qəfil ürəktutma keçirməsi səbəb olub. Sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil dərəyə aşıb.

Sürücü də daxil olmaqla 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar İlahəddin Qasımov, Bəhruz Hüseynov, Salam Qasımov, Ramin Qasımov və sürücü Şəmsəddin Qasımovdur. Xəsarət alanların hamısı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına dərhal çatdırılıblar.

Xəstəxanadan verilən məlumata əsasən sürücünün vəziyyəti ağırdır.

Qeyd edək ki, qəzaya düşən avtomobilin sərnişinlərinin hamısı toya gedirmişlər.

Hadisə bağlı araşdırma başlanılıb.

Xəbər lenti
0