Bakıda Yeni il

Məşhur braziliyalı ulduz Yeni ili Bakıda keçirəcək

51
(Yenilənib 10:29 29.12.2017)
Sabancının bir gecəlik performans üçün 40 min dollar pul alacağı qeyd olunub

BAKI, 28 dekabr — Sputnik. Futbol üzrə Braziliya yığmasının və Fransanın PSJ komandasının üzvü Dani Alveş Yeni ili Azərbaycanda qarşılayacaq.

Sputnik Azərbaycan bu barədə "Sabah"-a istinadən xəbər verir.

Dani Alveş, arxiv şəkli
© AP Photo / Silvia Izquierdo
Dani Alveş, arxiv şəkli

Braziliyalı müdafiəçi dekabrın 31-də “Hilton” otelində təşkil ediləcək şənlik üçün Bakıya dəvət olunub. Tədbirə dəvət alanlar arasında türkiyəli DJ Faruk Sabancı da var.

Sabancının bir gecəlik performans üçün 40 min dollar pul alacağı qeyd olunub. Dani Alveşə isə nə qədər pul vəd edildiyi açıqlanmır. 

51
Teqlər:
DJ Faruk Sabancı, Dani Alveş, Yeni İl, Bakı, futbolçu, dəvət
Əlaqədar
Ulduz futbolçu dişlərini qıcadı: Daha artığına layiqəm
Rusiya estradasının ulduzundan jest: Azərbaycan dilini öyrənir
"Formula 1" ulduzundan Qurban Qurbanova hədiyyə
"Milan"ın ulduz futbolçusu azərbaycanlılara sahib çıxdı
Bir gecədə ulduzu parlayan Çinarə Məlikzadə: "Onun təklifini həvəslə qəbul edərəm"
Şenol Günəş, arxiv şəkli

Günəş Türkiyə millisinin AVRO-2020-də uğursuz çıxışına görə üzr istəyib

3
Baş məşqçi bildirib ki, Avropa çempionatının açılış oyununda İtaliya komandasına böyük hesabla məğlubiyyət türk futbolçularına pis təsir edib.

 

Futbol üzrə Türkiyə millisinin baş məşqçisi Şenol Günəş komandasının Avropa çempionatndakı çıxışına görə üzr istəyib.

Bazar günü türklər qrup mərhələsinin son turunda İsveçrə komandası ilə oynayacaqlar. İki oyundan sonra Türkiyə millisinin xalı yoxdur. Turnirdə mübarizəni davam etdirmək üçün yeganə variant öz qruplarında üçüncü yeri tutmuş dörd komanda siyahısına düşməkdir.

"Biz komanda daxilində fəlsəfəni dəyişməli, ona qalib ruhunu aşılamalıyıq. İlk iki oyunda bizdə bu qətiyyən hiss olunmurdu. Mən bizə qarşı deyilən bütün tənqidlərə hörmətlə yanaşıram, oyunçularımız da özlərindən narazıdırlar. Həyatda hər zaman istədiyiniz kimi olmur. Əminəm ki, futbolçularımız bu vəziyyətdən çıxacaq və yeni oyuna hazır olacaqlar. Biz bura yaxşılardan biri olmaq üçün gəldik, lakin bunu edə bilmədik. Sözsüz ki, biz məyusuq və bizə azarkeşlik etmiş hər bir kəsdən üzr istəyirik", – deyə Günəş mətbuat konfransında bildirib.

Xatıqladaq ki, ilk turda Türkiyə millisi İtaliya komandasına (0:3), ikinci turda isə Uels komandasına məğlub olub (0:2).

"Romadakı ilk oyunun pis təəssüratları bizə çox təsir etdi. Biz həm oyunda,həm də nəticədə özümüzə inamı itirdik. Meydanda gördüklərimiz bizi həvəsdən saldı. Uels yığması ilə oyunun birinci hissəsində də eyni şey oldu. Biz iki oyundan sonra belə bir vəziyyətə düşəcəyimizi təsəvvürümüzə də gətirməzdik. Biz Türkiyədə insanların bizə nə qədər etimad etdiyini bilirik, lakin onların gözləntilərini doğrulda bilmədik", - deyə baş məşqçi bildirib.

3
Игровой момент матча ЕВРО-2020 между сборными Венгрии и Франции

Fransa yığması AVRO-2020-nin oyununda Macarıstan komandası ilə heç-heçə edib

4
(Yenilənib 19:18 19.06.2021)
Budapeşt şəhərində keçirilmiş qarşılaşma hələlik Avropa çempionatında ən çox azarkeşin izlədiyi görüş olub.

Futbol üzrə Fransa yığması Avropa çempionatının qrup görüşündə Macarıstan millisi ilə heç-heçə oynayıb.

F qrupunda ikinci tur qarşılaşması Budapeştdə keçirilib və 1:1 hesabı ilə başa çatıb. Meydan sahiblərində qolu birinci hissəyə əlavə olunmuş vaxtda Attila Fiola vurub. Fransızların cavab topunu 66-cı dəqiqədə Antuan Qrizmann vurub. Oyunu 55 998 azarkeş izləyib, bu AVRO-2020-nin hələlik ən çox azarkeş tərəfindən izlənilən oyunudur.

Oyunun birinci hissəsində Macarıstan yığmasının oyunçusu Adam Soloi isti vurmasından əvəz olunub.

Birinci turda Fransa yığması Almaniyaya qalib gəlib - 1:0, Macarıstan isə Portuqaliya komandasına məğlub olub - 0:3. Almaniya və Portuqaliya yığmalarının oyunu bu gün Münhendə keçiriləcək.

Üçüncü turda Fransa Budapeştdə Portuqaliya ilə, Macarıstan isə Münhendə Almaniya ilə qarşılaşacaq. Oyunlar iyunun 23-də baş tutacaq.

4