Qəçrəş meşəsində istirahət mərkəzi, arxiv şəkli

Primitiv üsulla inşa edilmiş tikililərin söküntüsünə başlanılıb

784
(Yenilənib 17:07 28.12.2017)
Nazirlik rəsmisi: "Ərazinin əvvəlki vəziyyətinə gətirilməsi üçün tədbirlər görülür"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 28 dekabr — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən meşə fondu torpaqlarından qanunsuz istifadə halları müəyyən edilib. Bu barədə Sputnik Azərbaycan-a ETSN-in Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev məlumat verib.

Onun sözlərinə görə, əksər hallarda meşə fondu ərazisində olan iaşə obyektləri kənardan gözəllik, zövq yaratmaq əvəzinə, öz natəmizliyi, zövqsüzlüyü və meşə torpağının həddən ziyadə istismarı ilə insanlarda ikrah hissi yaradır: "Bunları görənlər isə iaşə obyektlərinin sahiblərini deyil, haqsız olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyini qınayırlar".

Raqub Mirzəyev
Raqub Mirzəyev

"Xüsusi komissiya tərəfindən meşə fondu ərazilərində torpaqdan istifadə vəziyyəti ilə əlaqədar araşdırmalar aparılır. Belə ki, bir sıra obyekt sahibləri tərəfindən müqavilə şərtləri pozularaq əsaslı tikililərin aparıldığı və primitiv üsulla qanunsuz salınan tikililər, estetik tələblərə cavab verməyən obyektlər sökülür. Ərazinin əvvəlki vəziyyətinə gətirilməsi üçün tədbirlər görülür" — R.Mirzəyev bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, araşdırmalara Quba rayonundan başlanılıb: "Quba rayonunda Quba-Qəçrəş yolunun kənarında meşə fondu torpağında zövqsüz tikililər, üfunət iyi verən primitiv sanitar qovşaqları tikiblər. Xarici qonaqlar, turistlər, hamı bu xoşagəlməz mənzərəni görür və onların haqlı narazılığına səbəb olur, bu barədə nazirliyə çoxsaylı şikayətlər daxil olur. Əlbəttə ki, bu cür vəziyyət yaratmaqla obyekt sahibləri təbiətə münasibətdə pis fikir formalaşdırır və bununla da ölkəni, hamımızı gələn xarici qonaqların yanında rüsvay edirlər".

Həmsöhbətimiz qeyd edib ki, Qəçrəş yolunun kənarında fəaliyyət göstərən istirahət-rekreasiya məqsədilə müqavilə əsasında müvəqqəti istifadəyə verilmiş meşə fondu torpaqlarında 9 obyektdə araşdırma başa çatdırılıb: "Bu obyektlərdə müqavilə şərtlərinə zidd olaraq əsaslı tikintilərin, o cümlədən primitiv üsulla inşa edilmiş mətbəx, talvar, sanitar qovşağı, köşk və digər tikililərin olduğu, ekoloji və sanitar qaydalara riayət olunmadığı aşkar edilib".

Mirzəyevin bildirdiyinə görə, meşə torpağının çınqıl, daş, asfalt, beton örtüklərlə örtülməsi torpağın üst qatının dəyişdirilməsinə, rekreasiya yükünün normadan artıq olmasına, təbii bərpa prosesinin qarşısının alınmasına gətirib çıxarıb: "Həmçinin formalaşan tullantı sularının təmizlənmədən birbaşa meşə sahəsinə axıdılması, ağacların qanunsuz olaraq kəsilməsi, məişət tullantılarının qalaqlanması faktları da vardır. Bəzi hallarda isə müqavilə müddətinin bitməsinə baxmayaraq, icarədarlar meşə ərazisindən çıxmaq istəmir, torpaqdan "beşəlli" yapışır, deyir ki, bu ərazi mənimdir".

"Həmin obyektlərdə söküntü işləri başlanılıb. Bir sıra primitiv üsulla qanunsuz inşa edilmiş yardımçı tikililər, çardaqlar, köşklər və sanitar qovşaqları sökülüb. Və obyekt sahiblərinə ərazilərindəki digər tikililərin sökülməsi və ərazinin əvvəlki vəziyyətə gətirilməsi ilə bağlı müddətli "məcburi göstəriş"lər verilib" — sektor müdiri vurğulayıb.

Üstəlik Quba-Qəçrəş yolunda "Xudafərin", "Xınalıq", "Aynur", "Üç qardaş" "Olimp","Kamran", "Əfsanə", "Sərin Orman", "Yeni Həyat" istirahət mərkəzlərinə göstərişlər verilib: "Bu işlər asan başa gəlmir, əməkdaşlarımız təhqirlərə məruz qalır, obyekt sahibləri ciddi müqavimət göstərir, onlar haqsız olduqlarına baxmayaraq, rayon icra hakimiyyətinə, digər instansiyalara şantaj dolu şikayətlər edirlər".

"Başa düşmürlər ki, meşə fondunda əsaslı tikinti aparmaq olmaz. Deyirlər ki, "min manat pul xərcləyib sanitar qovşaq tikmişəm". Üfunət iyi verən bir tualet tikib, bununla özünü də, digərlərini də rüsvay edir. Belə tikililərin sökülməsi tələbi qoyulanda deyirlər ki, vəsait qoymuşam, dolanışıq yerimdir" — R.Mirzəyev diqqətə çatdırıb.

"Belə şəxslərə sual edirik ki, meşəyə, müvəqqəti istifadəyə götürdüyün torpağa niyə əsaslı tikinti üçün vəsait qoyursan, bu ərazi axı sənin deyil? İkincisi, eybəcər şəkildə sanitar qovşaq tikdirməkdənsə, dəyəri 400-500 manat olan bioloji tualet yerləşdirilməsi daha sərfəli, münasib olar və harada istəsən istifadə edə bilərsən. Bir sözlə, bu işbazlar dolanışıq adı ilə meşəni məhv edirlər" — deyən ETSN təmsilçisinin sözlərinə görə, söküntüsünə başlanılan obyektlərin sahiblərinin əksəriyyəti Quba rayon sakinləridir.

784
Teqlər:
Raqub Mirzəyev, tikili, ETSN, tualet, meşə, qanunsuz, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, torpaq
Əlaqədar
"26"nı sökən paytaxt rəhbərliyinin "Oktyabrın 40 illiyi"ndən xəbəri yoxdur?
BŞİH yaşayış evlərinin sökülməsi zamanı baş verən toqquşmaya münasibət bildirdi
Bakıda evlərin eyvanları sökülür
Bakıda qalmaqal: Hökumətin "sökmə" dediyini sökən peyda olub
Bakıda nəhəng söküntü qərarı: icra başçılarına təlimat verilib
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müzəffər Azərbaycan Ordusu Laçında! - VİDEO

81
(Yenilənib 00:21 01.12.2020)
Üçtərəfli bəyanata əsasən Müzəffər Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

BAKI, 01 dekabr - Sputnik. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və  Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı və müvafiq videonu Azərbaycan Müdafiə Nazirliyi yayıb.

 

81
Teqlər:
Azərbaycan ordusu, Azərbaycan, Qarabağ, Laçın
Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesu, arxiv şəkli

ÜST rəhbərindən çağırış: siyasiləşdirməyin

16
ÜST rəhbərinin sözlərinə görə, ümumdünya təşkilatının bəzi üzvləri araşdırmaları siyasiləşdirməyə çalışırlar

BAKI, 30 noyabr - Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesus koronavirusun mənbəyi haqda araşdırmaları siyasiləşdirməməyə çağırıb. Onun sözlərinə görə, ekspertlər öz rəylərini elmə əsaslanaraq hazırlayacaqlar.

"Bizim mövqeyimiz kifayət qədər dəqiq və sərt idi. Biz virusun mənbəyini tapmaq üçün iş aparırıq, çünki bu, bütün dünyaya xəstəliyin genezisini taparaq gələcək alovlanmaların qarşısını almağa yardım edəcək", - Cenevrədəki mətbuat konfransında Gebreyesus deyib.

O vurğulayıb ki, ÜST virusun mənbəyinin araşdırılmasında FAO (BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatı) və Ümumdünya Heyvan Sağlığı Təşkilatı ilə birgə işləyir. Bu məsələylə məşğul olan beynəlxalq ekspertlər qrupuna ABŞ, Böyük Britaniya, Cənubi Koreya, Sudan və digər ölkələrin nümayəndələri daxildir. Ancaq buna rəğmən, ÜST rəhbərinin sözlərinə görə, ümumdünya təşkilatının bəzi üzvləri araşdırmaları siyasiləşdirməyə çalışırlar. 

"Ona görə də məsləhət görürük: xahiş edirik, bu məsələni siyasiləşdirməyin. Biz hər şeyi edəcəyik, amma elmə istinadla", - Gebreyesus vurğulayıb.

16
Teqlər:
siyasət, ÜST, araşdırma, mənbə, epidemiya, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla