ASAN Xidmət

"ASAN xidmət" "ASAN kommunal" mərkəzlərində 4 gün qeyri-iş günü olacaq

254
(Yenilənib 11:08 08.10.2018)
4 yanvardan vətəndaşlar "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərinə müraciət edə bilər

BAKI, 27 dekabr — Sputnik. Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl bayramı ilə əlaqədar 31 dekabr – 3 yanvar tarixlərində "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.

"ASAN xidmət"in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 4 yanvardan isə vətəndaşlar "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

254
Əlaqədar
"Yol polisinin səlahiyyəti "ASAN xidmət"ə verilsin"
"ASAN Viza" sistemində yeniliklər
Həsənova: “ASAN” xidmətin 13 mindən çox könüllüsü var
"ASAN xidmət" bu regionlarda işçi axtarır
Koronavirusa yoluxanan xəstələrin müalicə aldığı hospital, arxiv şəkli

COVID-19-la bağlı dəhşətli proqnoz: iki milyon insan ölə bilər

11
(Yenilənib 23:42 25.09.2020)
Eyni zamanda Rayan qeyd edib ki, xəstəxanaya yatırılan xəstələr arasında ölüm göstəriciləri azalır. Onun sözlərinə görə, insanların bundan belə də ölməməsi üçün bəşəriyyətin əvvəlki 9 aydan özünə dərs götürməsi gərəkdir.

BAKI, 25 sentyabr — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) effektiv vaksin əldə edilib bəşəriyyət üçün əlçatan olana qədər COVID-19-dan 2 milyondan çox insanın öləcəyini istisna etməyib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə ÜST-ün səhiyyə sahəsində fövqəladə hallar üzrə proqramının direktoru Maykl Rayan mətbuat konfransında deyib.  

“Sözsüz ki, bunu təsəvvür etmək çətindir, ancaq bu, mümkün ola bilər. Çünki biz 9 ay ərzində bir milyon insan itirmişik. Yaxın 9 ay ərzində vaksinin peyda olacağına da ayıq başla yanaşırıq”, - Rayan effektiv vaksin əldə edilib bəşəriyyət üçün əlçatan olana qədər COVID-19-dan 2 milyondan çox insanın öləcəyi ehtimalı ilə bağlı suala cavab verərkən söyləyib.

Onun sözlərinə görə, hazırda problemlər var, xüsusən bunlar peyvəndin maliyyələşdirilməsi, istehsalı və qiymətləndirilməsi ilə bağlıdır.

Eyni zamanda Rayan qeyd edib ki, xəstəxanaya yatırılan xəstələr arasında ölüm göstəriciləri azalır. Onun sözlərinə görə, insanların bundan belə də ölməməsi üçün bəşəriyyətin əvvəlki 9 aydan özünə dərs götürməsi gərəkdir.

11
Teqlər:
vaksin, peyvənd, ölüm, ÜST, dünya, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Şagirdlər koronavirusa harada yoluxublar? Nazirlikdən cavab
Türkiyədə dəhşət saçan ağcaqanadlar Azərbaycana gələ bilər, amma virus gətirməyəcək
Moskva meri distant iş rejiminə keçməyə çağırıb: Soyuqlar yaxınlaşır, xəstəlik artacaq
Rus virusoloq amerikalı həmkarını təkzib etdi: Denge ilə SARS-CoV-2 qohum deyillər
Təəccüblü kəşf: bu xəstəliyə yoluxmaq koronavirusa qarşı immunitet yaradır
Bakıda restoranların fəaliyyəti

Cərimələr effekt verir - Agentlik rəsmisi belə deyir

5
(Yenilənib 21:48 25.09.2020)
"Çünki cərimə tətbiq edilən obyektlərdə təkrar yoxlamalar zamanı uyğunsuzluq hallarının pozulmasında azalmalar var" - AQTA rəsmisi

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 25 sentyabr — Sputnik. "Böyük Britaniyada pandemiya dövründə inzibati cərimələrin tətbiq olunmasından öncə və tətbiqindən sonrakı rəqəmlər ölkədə yoluxma sayının 40-60 faizədək azalmasını aşkara çıxardı. Bizdə xəbərdarlıq, maarifləndirmə olduğu halda eyni obyektdə təkrar nöqsanlar aşkarlanır. Lakin cərimə tətbiqindən sonra sahibkarlıq obyektində təkrar uyğunsuzluq hallarına rast gəlinmir".

Sputnik Azərbaycan-ın xəbərinə görə, pandemiya şəraitində mehmanxanalarda, eləcə də kafe və restoranlarda xidmətin təşkili ilə bağlı həyata keçirilən nəzarət tədbirləri haqda Azərbaycan Qida Təhlükəsziliyi Agentliyinin sədr müşaviri Elxan Mikayılov danışıb.

O bildirib ki, cərimələrin tətbiqi həmin sahibkarlıq subyektlərini daha məsuliyyətli çalışmağa vadar edir: "Çünki cərimə tətbiq edilən obyektlərdə təkrar yoxlamalar zamanı uyğunsuzluq hallarının pozulmasında azalmalar var".

"Biz KİV-dən istifadə etməklə çox geniş təbliğat işləri görürük. Bu posterləri bütün sahibkarlıq subyektlərinə elektron şəkildə göndəririk. Biz iki həftə ərzində mehmanxanalarda apardığımız monitorinqlərdə yalnız maarifləndirmə işləri gördük. Növbəti mərhələdə isə nəzarətə başladıq və tələblərə əməl etməyənlər cərimələndilər", - E.Mikayılov əlavə edib.

O bildirib ki, daha çox aşkarlanan faktlar sırasında insanların bir masa ətrafında daha çox cəmlənməsi, işçilərin maskalardan düzgün istifadə etməməsi, müştərilərin maskasız hərəkəti yer alır: "Biz ehtiyat maskalarının verilməməsi halları ilə də rastlaşırıq. Bundan başqa, bəzi ictimai-iaşə mərkəzlərində dezinfeksiya ilə bağlı problemlərlə qarşılaşırıq".

5
Teqlər:
qaydalar, Koronavirus, epidemiya, COVID-19, karantin, maska, sahibkarlıq subyektləri, cərimələr, AQTA
Əlaqədar
Toyla yasın fərqi "olar-olmaz" məsələsində gündəmə gəldi
Toyuq əti ilə bağlı şok məlumat - Ayaqqabı boyası ilə boyanırmış
Ekspert: “Dönərxanalar mənşəyi bilinməyən ətlərdən istifadə edir”
Otellərin mətbəx, restoran və barlarında hansı qaydalara əməl edilməlidir?
Ölkəmizə milyonlar gətirəcək məhsulun xaricə ixracını əngəlləyən qurumun adı açıqlandı