CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayram nigarançılığında olanlar üçün: Bakının "su" və "od" qiymətli bazarları

© Sputnik / Irade JELILBazar
Bazar - Sputnik Azərbaycan
Abunə olmaq
Satıcılar alıcı azlığından da şikayət edirlər: "Nə bayram? Alıcı var ki, bayram da olsun..."

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 27 dekabr — Sputnik. Yeni ilin gəlişinə sayılı günlər qalıb. Hamı bazarlığa hazırlaşır və hər kəs büdcəsinə uyğun gələn bazarlara üz tutur. Adətən deyirlər ki, bayram öncəsi bazarlarda məhsulların qiyməti bahalaşır. Satıcılar fürsətdən istifadə edib "onsuz da satılacaq" fikri ilə məhsulları 1-2 manat baha satırlar.

Sputnik Azərbaycan-ın əməkdaşı paytaxtda yerləşən bir neçə bazarda olub, bayramqabağı ab-havanı, qiymətləri nəzərdən keçirib, alıcı və satıcıların fikirlərini öyrənib.

İlk üz tutduğumuz bazar el arasında "kasıb bazarı" kimi tanınan "8-ci km bazarı" oldu. Bazardakı qiymətlərdə bahalaşma müşahidə olunmasa da, alıcı kütləsi də az idi. Bu isə satıcıların narahatlığına səbəb olmuşdu.

© Sputnik / Irade JELIL"8-ci km bazarı"
8-ci km bazarı - Sputnik Azərbaycan
1/8
"8-ci km bazarı"
© Sputnik / Irade JELIL"8-ci km bazarı"
8-ci km bazarı - Sputnik Azərbaycan
2/8
"8-ci km bazarı"
© Sputnik / Irade JELIL"8-ci km bazarı"
8-ci km bazarı - Sputnik Azərbaycan
3/8
"8-ci km bazarı"
© Sputnik / Irade JELIL"8-ci km bazarı"
8-ci km bazarı - Sputnik Azərbaycan
4/8
"8-ci km bazarı"
© Sputnik / Irade JELIL"8-ci km bazarı"
8-ci km bazarı - Sputnik Azərbaycan
5/8
"8-ci km bazarı"
© Sputnik / Irade JELIL"8-ci km bazarı"
8-ci km bazarı - Sputnik Azərbaycan
6/8
"8-ci km bazarı"
© Sputnik / Irade JELIL"8-ci km bazarı"
8-ci km bazarı - Sputnik Azərbaycan
7/8
"8-ci km bazarı"
© Sputnik / Irade JELIL"8-ci km bazarı"
8-ci km bazarı - Sputnik Azərbaycan
8/8
"8-ci km bazarı"
1/8
"8-ci km bazarı"
2/8
"8-ci km bazarı"
3/8
"8-ci km bazarı"
4/8
"8-ci km bazarı"
5/8
"8-ci km bazarı"
6/8
"8-ci km bazarı"
7/8
"8-ci km bazarı"
8/8
"8-ci km bazarı"

Satıcı Sahib Qəhrəmanovun sözlərinə görə, bayram öncəsi bahalaşma heç vaxt bu bazara aid olmayıb: "Çünki bura hər zaman kasıbların bazarı olub. Pulu az olan da bilir ki, bu bazara gələndə əliboş qayıtmayacaq".

"Bəlkə əvvəllər olub, amma indi heç kim qiyməti qaldırmır. Ucuz qiymətə alan yoxdur, o ki qaldı qiymət bahalaşa. Kim gələr ki, bazara? Bu bazar az imkanlıların bazarıdır. Onların da cibinə girmək günahdır" — Qəhrəmanov deyir.

"Bura elə bazardır ki, qiymət bir az bahalaşsa, alıcı gəlib, baxıb gedəcək, almayacaq. Yəni bu bazarda alıcıdan artıq pul qazanmaq mümkün deyil" — o, əlavə edir.

S.Qəhrəmanov onu da əlavə edir ki, hazırda bazara gələn alıcılar daha çox gündəlik ərzaq məhsullarına üstünlük verirlər. Bayram bazarlığı edən alıcı isə çox az saydadır.

Piştaxtalar dolu, satıcılar bekarçılıqdan meyvələri dəfələrlə silib, yenidən piştaxtalara yığır, alıcı isə az.

Goranboy rayonunun Qaradağlı kəndində əkin sahəsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakı bazarlarının 80 faizi onların "inhisarındadır" - Unikal kənd

Digər satıcı Samir isə deyir ki, adətən bazarda bayramqabağı məhsullar 40-80 qəpik bahalaşır: "İndi də bəzi satıcılar qiyməti bahalaşdırıb. Amma adi günlərdəki qiymətə satanlar da az deyil".

Satıcının sözlərinə görə, bəzən qiyməti bahalaşdırmaq istəməyən satıcılar da məcbur olub qiyməti artırır: "Axı bazarın da öz qanunları var".

Satıcılar alıcı azlığından da şikayət edirlər: "Nə bayram? Alıcı var ki, bayram da olsun…"

"8-ci km bazarı"nda 1 kq mandarin 1,20-3 manat, alma 1-4 manat, armud 2-5 manat, banan 2- 6 manat, kivi 2.50-4 manat, portağal 2-5 manat, qoz 5 —9 manat, fındıq 5-8 manat, üzüm 3-8 manat, nar 2-8 manat, pomidor 1.70-4 manat, xiyar 1.50-4 manat, şabalıd 7-9 manat, turşu 5-7 manata satılırdı.

Toyuq əti 3-6 manata, mal əti 11 —14 manata, balıq 5-20 manata təklif olunur. Düyünün qiyməti, keyfiyyətinə uyğun olaraq 2-9 manat, kartofun qiyməti isə 70 qəpik —1.50 manat arası dəyişir.

Alıcı Nərminə Dadaşova deyir ki, özü Balaxanı qəsəbəsində yaşasa da, həftədə bir dəfə bazarlıq üçün bura gəlir. Alıcının sözlərinə görə, keçən həftə ilə müqayisədə elə də böyük qiymət artımı müşahidə etmir.

"Qiymətlər ucuz olduğu üçün həmişə bu bazara gəlirəm. Baxın, göyərtinin dəstəsi 10 qəpikdir. Belə qiymət harada var? 50 manata bir həftəlik bazarlıq etmək olur. Bayram üçün də lazım olan ərzağı almışam. Yox, mən bahalaşma görmürəm" — Dadaşova danışır.

"8-ci km bazarı"ndan çıxıb "Təzə bazar"a gəlirik. Bazardakı alıcıların sözlərinə görə, burada qiymətlər hər zaman "ceyran belində" olub.

Alıcı Asiman Novruzov bildirir ki, bazara sadəcə baxmaq üçün gəlib: "Müəllim adamam, nə maaş alıram ki, onu da bu bazarda xərcləyim. 6 manata alma olar? Bu bazar həmişə baha olub, bayramqabağı lap bahalaşıb. Baxıb, gedəcəyəm. Bizim məhəllədəki marketdə hər şey buradakından daha ucuzdur".

Bazarda qiymətlər, həqiqətən də, "əl yandırır". Müqayisə üçün deyə bilərik ki, "8-ci km bazarı"nda edəcəyiniz 50 manatlıq bazarlıq üçün burada 100-120 manat xərcləməli olacaqsınız.

Xəbər lenti
0