Həbsxana divarında tikanlı məftillər, arxiv şəkli

Azərbaycanda dustaqlar kütləvi şəkildə azadlığa buraxılacaq

1144
(Yenilənib 10:15 27.12.2017)
"Dələduzluq" və "Mənimsəmə" maddələri ilə məhkum olmuş və cəzasının 2/3-dən çoxunu çəkmiş şəxslərə komanda verilib ki, təcili surətdə azadlığa çıxmaq üçün məhkəmələrə ərizə ilə müraciət etsinlər

BAKI, 26 dekabr — Sputnik. “Ola bilsin ki, müəyyən kateqoriyalı məhkumlar 2018-ci ili evdə qarşıladılar. "Dələduzluq" və "Mənimsəmə" maddələri ilə məhkum olmuş və cəzasının 2/3-dən çoxunu çəkmiş şəxslərə komanda verilib ki, təcili surətdə azadlığa çıxmaq üçün məhkəmələrə ərizə ilə müraciət etsinlər. Və məhkəmələr artıq bu istiqamətdə işə başlayıb”.

AR Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıxov Sputnik Azərbaycan-a bildirib ki, bu tədbirlərin görülməsi cəzaçəkmə müəssisələrini əhəmiyyətli dərəcədə boşaldacaq.

Bu tədbirlər Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə cinayət qanunvericiliyinə edilən son əlavələrin həyata keçirilməsi çərçivəsində görülür.

Prezidentin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" sərəncamından sonra sözügedən tədbirlər start götürüb.

"Sözügedən prosedur şəxsi işi AR Cinayət Məcəlləsinə edilən dəyişikliyə uyğun gələn bütün məhkumlara aiddir və onların işi baxılmaq üçün növbə ilə məhkəməyə göndərilir. Bununla əlaqədar olaraq cəzasının əsas hissəsini çəkmiş məhkumlar artıq yaxın günlərdə azadlığa çıxmaq imkanı əldə edəcəklər. "Dələduzluq" maddəsi ilə həbs olunanların sayı çoxdur. Bu tədbirlər nəticəsində həbsxanalar nəzəçarpacaq dərəcədə yükdən azad olacaq. Bilirsiz ki, cəzasının üçdə iki hissəsini çəkmiş və azadlığa erkən çıxmağı arzulayan məhkumlar maddi zərərin əvəzini ödəməlidirlər. Səhv etmirəmsə, sözügedən məbləğ dövlətə ödəniləcək" – deyə Sadıxov bildirib.

Hakim çəkici
© AP Photo

Dəymiş zərərə görə təzminatın ödənilməsi sayəsində məhkumların cəzaçəkmə müddəti qısaldılacaq, həmçinin erkən azadlığa buraxılma institutu qüvvəyə minəcək, eləcə də onların məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi məsələsi reallaşacaq.

"Həqiqətən də cəzaların humanistləşdirilməsi prezident tərəfindən atılmış çox ciddi addımdır. O da diqqətəlayiqdir ki, azadlıqların məhdudlaşdırılması kimi cəza növü qanunvericiliyə qaytarılıb. Əvvəllər Azərbaycanda şərti cəza almış məhkumlar üçün məntəqə tipli cəzaçəkmə müəssisələri fəaliyyət göstərirdi. Amma onlar 2011-ci ildə ləğv edildi. Əvəzində Probasiya Xidməti yaradılıb. Nə qədər az məhbus olsa, Azərbaycan üçün bir o qədər yaxşıdır" – deyə bölmə rəisi bildirib.

Xatırladaq ki, prezident İlham Əliyev 10 fevral 2017-ci ildə "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" sərəncam imzalayıb.

Sözügedən sənəddə prezident qeyd edib ki, dövlət idarəçilik sisteminin müasirləşdirilməsi və məhkəmə-hüquq islahatları sahəsində həyata keçirilən tədbirlər penitensiar xidmətin və bütövlükdə cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulmasını və səmərəli idarəetmənin təşkilini zəruri edir.

İlham Əliyev
© Official website of President of Azerbaijan Republic

Cəzaların icrası sahəsində həyata keçirilən islahatlara baxmayaraq, son zamanlar aparılmış təhlillər göstərir ki, məntəqə tipli cəzaçəkmə müəssisələrinin normal fəaliyyəti təmin olunmur, ictimai işlər cəzasının icrası prosesində çətinliklər yaranır, cəzanı icra edən orqan və müəssisələrdə müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından kifayət qədər istifadə edilmir. İbtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur.

Odur ki, prezident penitensiar müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi, cəzanı icra edən orqan və müəssisələrdə mövcud olan nöqsanların aradan qaldırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin tam təmin olunması, müasir texnoloji vasitələrin tətbiq edilməsi və cəza siyasətinin humanistləşdirilməsi məqsədilə bir sıra tədbirlərin görülməsinə qərar verib.

1144
Teqlər:
dustaq, azadlıq, Ədliyyə Nazirliyi, Penitensiar xidmət, cinayət məcəlləsi, müraciət, məhkəmə
Əlaqədar
Cinayət törədib, azadlıqda gəzə biləcəyik – Məcəlləyə dəyişiklik
Tərifli Avropa ədaləti: Baş separatçı azadlıqda
"Lotu Quli"nin azadlıqda ilk görüntüsü yayıldı
Bəzi cinayətlərə görə azadlıqdan məhrumetmə cəzasının hədləri aşağı salınıb
Rus çempionu döyərək öldürən həmyerlimiz azadlıqdaymış
Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva, arxiv şəkli

Mehriban Əliyeva Ermənistanın müharibə cinayətlərinə üsyan etdi

44
(Yenilənib 23:55 27.10.2020)
"Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?"

BAKI, 27 oktyabr - Sputnik. "Bu gün Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə şəhərini raket atəşinə məruz qoyaraq humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozublar. “Smerç” qurğusundan buraxılmış kasetli raketlərlə atəş nəticəsində dörd mülki şəxs, o cümlədən yeddi yaşlı qız həlak olub. Dördü uşaq olmaqla on dörd nəfər ciddi xəsarət alıb".

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkədəki heabında yazıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)

"Silahlı münaqişələr zamanı mülki şəxslərin qətlə yetirilməsi 1949-cu il Cenevrə Konvensiyalarının və bütövlükdə beynəlxalq humanitar hüquq normalarının ən kobud şəkildə pozulması deməkdir.
Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?
Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm, yaralananların tezliklə sağalmalarını arzulayıram.
Biz öz torpağımızı təcavüzkarlardan azad edəcəyik və bu cinayətlərə son qoyacağıq.
Uca Tanrı Vətənimizi qorusun!" - paylaşımda deyilir.

44
Teqlər:
Atəşkəsin pozulması, ölənlər və yaralılar, dinc sakinlər, raket zərbələri, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Beynəlxalq təşkilatların ciddi ölçü götürməməsi Ermənistanı azğınlaşdırır - Ombudsman
Bərdədə erməni təxribatından ölənlərdən biri 7 yaşlı uşaqdır - FOTO
XİN: Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil
Hikmət Hacıyev: "Bərdəyə "Smerç"dən kasetli bomba atılıb"
Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı
Sami Yusuf, arxiv çəkli

Azərbaycan əsilli müğənnidən növbəti dəstək

38
(Yenilənib 22:40 27.10.2020)
Müğənni özünün "Instagram" səhifəsində video paylaşaraq "Azərbaycan I love you. Yaşasın Azərbaycan!" deyib

BAKI, 27 oktyabr — Sputnik. Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf cəbhə xəttində həyata keçirilən əks-hücumlarla əlaqədar Azərbaycan Ordusuna növbəti dəfə dəstəyini ifadə edib. Sputnik Azərbaycan xəbər verir ki, müğənni özünün "Instagram" səhifəsində video paylaşaraq "Azərbaycan I love you. Yaşasın Azərbaycan!" deyib.

Qeyd edək ki, Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf cəbhə xəttində həyata keçirilən əks-hücumlarla əlaqədar dəfələrlə Azərbaycan Ordusuna dəstəyini ifadə edib: "Davamlı uğurlarınız, firavanlığınız və torpağınızın və suverenliyinizin qorunması üçün dua edirəm".

38
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Türkiyəli sənətçilər Qarabağda müharibəyə görə toylarını təxirə saldılar
Biz Qarabağda oyanmaq istəyirik - VİDEO
Sinan Akçıldan daha bir dəstək - "Daim yaşa, Azərbaycan" adlı mahnı bəstələyib
Rəzalət davam edir - Türk sənətkarları Qarabağda "öldürürlər"
İbrahim Tatlısəsdən kövrək addım: "Ölənədək yanındayıq, AZƏRBAYCAN!"