Lotereya

Belə oyunların təşkilatçıları cəzalandırılacaq Qanun dəyişdi

479
(Yenilənib 12:56 26.12.2017)
Fiziki şəxslər səkkiz yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan doqquz min manatadək məbləğdə cərimə edilir

BAKI, 26 dekabr — Sputnik. "Lotereyalar haqqında" qanunun 8-ci maddəsinə (Lotereyaların qeydiyyatı) dəyişiklik edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliyə əsasən "Lotereyalar haqqında" qanunun 8.11-ci maddəsinə "qadağan edilmiş" sözlərindən sonra "və ya keçirilmə hüququ əldə edilməmiş" sözləri əlavə edilib.

Təklif olunan redaksiyada deyilir ki, keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların keçirilməsinə yol verilmir.

Mövcud mətndə isə deyilir ki, keçirilməsi qadağan edilmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların keçirilməsinə yol verilmir.

Qanun layihəsi İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırma məqsədi ilə hazırlanıb. Belə ki, Məcəllənin 429.0.1-ci maddəsinə əsasən keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların keçirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulub.

Dəyişiklik Milli Məclisin dekabrın 15-də keçirilən plenar iclasında səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 429-cu maddəsi "Lotereyalar haqqında qanunvericiliyin pozulması" adlanır. Lotereyalar haqqında qanunvericiliyin pozulması, yəni:

— keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların keçirilməsinə;

— stimullaşdırıcı lotereyanın keçirilməsinin dayandırılması və ya ona xitam verilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarının qəbul edilməsi barədə bildiriş aldıqdan sonra stimullaşdırıcı lotereyada iştirak etmək üçün lotereya təşkilatçısı tərəfindən istənilən formada təkliflərin edilməsinə;

— lotereyaların təşkili və keçirilməsi sahəsində lotereya təşkilatçısı tərəfindən "Lotereyalar haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə

fiziki şəxslər səkkiz yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan doqquz min manatadək məbləğdə cərimə edilir.

479
Teqlər:
"Lotereyalar haqqında" qanun, qadağan, dəyişiklik, maddə, qanun, hüquq, məcəllə
Əlaqədar
Bakıda keçirilən lotereyada 1 nəfər mənzil, 4 nəfər avtomobil qazanıb
Avstraliya vətəndaşı lotereyada böyük bir ada udub
Yüz günlük lotereyanın qalibləri bəlli oldu
Lotereyada 76 milyon avro qazandı