CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həmin gün metro saat 1-ə qədər işləyəcək

© Sputnik / Murad OrujovBakı metropoliteninin Gənclik stansiyası, arxiv şəkli
Bakı metropoliteninin Gənclik stansiyası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Metrodan istifadə edəcək sərnişinlər "28 may" və "İçərişəhər" stansiyalarından istifadə etməlidir

BAKI, 25 dekabr — Sputnik. Dekabrın 31-də metro gecə saat 01:00-a qədər işləyəcək. Bu barədə Sputnik Azərbaycan-a Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. O bildirib ki, dekabrın 31-də Bakı Metropoliteninin bütün stansiyalarında iş qrafiki dəyişəcək.

Həmçinin qeyd edib ki, 31 dekabr — Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Dənizkənarı Milli Parkda təşkil olunacaq atəşfəşanlıqdan sonra sakinlərin rahat mənzil başına çatması məqsədi ilə bütün stansiyaların iş qrafiki dəyişəcək.

"Sərnişinlərdən xahiş olunur ki, "Sahil" stansiyasının bağlı olduğunu nəzərə alsınlar. Metronun "28 may" və "İçərişəhər" stansiyalarından istifadə etsinlər" — deyə o bildirib.

Xəbər lenti
0