Bakıda taksilər

Sərnişindaşıma qaydaları dəyişdi, cərimə sistemi işə düşür

654
(Yenilənib 14:32 25.12.2017)
Taksilər sifariş gözləyərkən xüsusi olaraq müəyyən edilmiş və işarələnmiş duracaq yerlərindən istifadə etməlidir

BAKI, 25 dekabr — Sputnik. "Avtomobil nəqliyyatı haqqında" qanunun 20-ci maddəsinə (Taksi minik avtomobilləri ilə sərnişin daşımaları) dəyişiklik edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, həmin qanunun 20.3-cü maddəsində "avtonəqliyyat vasitələri üçün müəyyən olunmuş dayanacaqlardan" sözləri "xüsusi olaraq müəyyən edilmiş və müvafiq qaydada işarələnmiş taksi minik avtomobillərinin duracaq yerlərindən" sözləri ilə əvəz edilib.

20.3-cü maddənin qüvvədə olan redaksiyasında deyilir ki, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını yerinə yetirən daşıyıcı sifariş gözləyərkən, yalnız avtonəqliyyat vasitələri üçün müəyyən olunmuş dayanacaqlardan istifadə etməlidir.

Təklif olunan redaksiyada isə deyilir ki, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını yerinə yetirən daşıyıcı sifariş gözləyərkən yalnız xüsusi olaraq müəyyən edilmiş və müvafiq qaydada işarələnmiş taksi minik avtomobillərinin duracaq yerlərindən istifadə etməlidir.

Qanun layihəsi "İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 468-VQD nömrəli qanununa uyğunlaşdırmaq məqsədilə hazırlanıb.

2016-cı il 16 dekabr tarixli 468-VQD nömrəli Azərbaycan qanunu ilə İnzibati Xətalar Məcəlləsinə "taksilərin xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədilə durmasına görə" inzibati məsuliyyət (40 manatdan 50 manatadək məbləğdə cərimə) nəzərdə tutan 322.0.8-ci maddə əlavə edilib.

Taksi
© Photo : Karikatura
Taksi

Dəyişiklik Milli Məclisin dekabrın 15-də keçirilən plenar iclasında səsə qoyularaq qəbul edilib.

654
Teqlər:
dəyişiklik, sərnişin, taksi, nəqliyyat, İnzibati Xətalar Məcəlləsi, qanun, məcəllə, avtomobil
Əlaqədar
Biləcəridə taksi sürücüsünü qaçıranlar tutulub
Dözə bilməyib taksidə doğdular
Bakıda taksilər yeni ödəniş sisteminə keçdi
Taksi sürücüsü həmcinsini zorladı
Bakıdakı taksi şirkəti sərnişinləri narahat edən məsələyə aydınlıq gətirdi
Taksi sürücüləri nə qədər qazanır və müştəriyə nə qazandıra bilirlər?
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

15
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

15
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona
Микрофон

Uşaq "Avroviziya"sının qalibi bəlli oldu - VİDEO

16
(Yenilənib 23:14 29.11.2020)
Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər

BAKI, 29 noyabr - Sputnik. Fransanı təmsil edən Valentina Trünel J'imagine mahnısı ilə beynəlxalq "Uşaq Avroviziyası-2020" müsabiqəsinin qalibi olub.

Sputnik Azərbaycan bildirir ki, müsabiqənin finalı Polşada telekörpü formatında keçirilib. Valentina peşəkar münsiflər heyəti və tamaşaçıların səsi ilə 200 xal toplayıb.

İkinci yerə Qazaxıstan təmsilçisi Karakat Başanova, üçüncü yerə isə İspaniyadan Solea layiq görülüblər.

Rusiya təmsilçisi Sofya Feskova 88 xalla 10-cu yeri tutub. Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər.

İştirakçıların nəticələri peşəkar münsiflər heyəti və tamaşaçıların müsabiqənin saytındakı səsverməsi ilə təyin olunub. Böyüklərin "Avroviziya"sından fərqli olaraq, burada tamaşaçılar öz ölkələrinə səs verə bilirdilər. Ancaq bu zaman tamaşaçılar minimum üç bəyəndikləri iştirakçıya səs verməli idilər.

16
Teqlər:
Fransa, final, müsabiqə, Polşa, Uşaq Avroviziyası, uşaqlar