Bakıda söküntü

BŞİH yaşayış evlərinin sökülməsi zamanı baş verən toqquşmaya münasibət bildirdi

257
(Yenilənib 10:22 25.12.2017)
Bakı şəhərində yaşıllıqların məhv edilməsinə, ağacların kəsilməsinə və qanunsuz tikinti işlərinin aparılmasına cəhd göstərən şəxslər barəsində qanun çərçivəsində ciddi tədbirlər görüləcək

BAKI, 24 dekabr — Sputnik. Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) sökülən evlərin yerində tikinti işlərinin aparılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Sputnik Azərbaycan-ın məlumatına görə, BŞİH-dən verilən məlumatda deyilir: 

"Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Suraxanı rayon İcra Hakimiyyətinə və Bakı şəhər İcra Hakimiyyətinə Suraxanı rayonunun inzibati ərazisi sərhədində yerləşən yaşıllıq sahəsində naməlum şəxslər tərəfindən yaşıllıqların məhv edilməsi və həmin ərazidə özbaşına tikinti işlərinin aparılması ilə bağlı məlumat daxil olub. Qeyd olunan faktların araşdırılması zamanı müəyyən edilib ki, sözügedən ərazi Suraxanı rayonunun inzibati ərazisinə daxil olmasına baxmayaraq, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.03.2013-cü il tarixli, 2in(82)-1196/2013 saylı qərarı ilə qanunsuz olaraq vətəndaş Məmmədova Kəklik Hüseyn qızına 0,24 ha torpaq sahəsinə icarə müqaviləsinin bağlanılması vəzifəsi Nizami rayon bələdiyyəsinə həvalə edilmiş və sonradan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1 inz(103)-814/2013 saylı, 20.06.2013-cü il tarixli qərardadı və Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-404/14 saylı, 12.03.2014-cü il tarixli qərarı ilə ləğv olunub. 

Lakin ləğv olunmuş məhkəmə qərarlarına heç bir əhəmiyyət verilmədən, əvvəllər məhkum olunmuş Kəramət adlı şəxs və havadarlıq etdiyi bir qrup şəxslər tərəfindən həmin ərazidə qanunsuz tikinti işləri aparılıb. Qanunsuz aparılan tikinti işlərinin qarşısının alınması məqsədilə Bakı şəhər İcra Hakimiyyətinin, Suraxanı rayon İcra Hakimiyyətinin və polis əməkdaşlarının iştirakı ilə 14.11.2017-ci il tarixdə həmin ərazidə özbaşına inşa edilmiş tikintilərin söküntüsünü apararkən, həmin qanunsuz tikinti işlərini həyata keçirən əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Kəramət adlı şəxs və onun havadarlıq etdiyi ona yaxın olan adamlar tərəfindən hücuma məruz qalıb, həmin şəxslər əməkdaşlarımıza soyuq silah olan bıçaqla hücum edərək xəsarət yetirməyə cəhd ediblər. 

Həmin vaxtı qanunsuz tikinti işlərini həyata keçirən şəxslərdən biri öz qanunsuz əməllərinə bəraət qazandırmaq üçün özünə xəsarət yetirməyə səy göstərib və bunun da qarşısı tez bir zamanda alınıb. Həmin şəxsin qeyd olunan qanunsuz əməli Bakı şəhər İcra Hakimiyyətinin, Suraxanı rayon İcra Hakimiyyətinin və polis əməkdaşlarının iştirakı ilə müvafiq qaydada aktlaşdırılıb. Bütün bunlara baxmayaraq, Bakı şəhər İcra Hakimiyyətinin və Suraxanı rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən qeyd olunan ərazidə qanunsuz inşa edilmiş 2 ədəd fərdi yaşayış evi və 5 ədəd yarımçıq inşa edilmiş tikililər sökülüb və ərazi tamamilə təmizlənib".

Qeyd olunur ki, həmin söküntü işləri zamanı Bakı şəhər İcra Hakimiyyətinin və Suraxanı rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən öz vəzifə səlahiyyətlərini yerinə yetirərkən onları təhqir edib bədən xəsarəti yetirməyə cəhd göstərən və həmin qanunsuz tikinti işlərini həyata keçirən Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Kəramət və onun havadarlıq etdiyi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Suraxanı rayon prokurorluğuna müraciət edilib və hazırda iş üzrə araşdırma aparılır.

"Məsələ ilə əlaqədar olaraq Bakı şəhər İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Suraxanı rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən bir daha əraziyə baxış keçirilərək həmin ərazidə mövcud olan ağac və kolların siyahıya alınması təmin edilib, həmçinin ərazinin qorunması və qulluq göstərilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan Bakı Şəhər Yaşıllaşdırma Birliyinə müvafiq tapşırıqlar verilib. Hazırda həmin ərazidə heç bir ağackəsmə və tikinti işlərinin aparılması faktı aşkar edilməyib, yaşıllıq zolağında boş qalan ərazilərdə isə müxtəlif növ ağacların əkilməsi işlərinə başlanılıb".

Bildirilir ki, Bakı şəhərində yaşıllıqların məhv edilməsinə, ağacların kəsilməsinə və qanunsuz tikinti işlərinin aparılmasına cəhd göstərən şəxslər barəsində qanun çərçivəsində ciddi tədbirlər görüləcək.

257
Teqlər:
Suraxanı rayonu, münasibət, qanunsuzluq, Bakı Şəhər İcra Hakimiyyəti, yaşıllıq, söküntü
Əlaqədar
Paytaxtda yeni söküntü dalğası başlayır
Bakıda növbəti söküntünün ünvanı dəmiryol vağzalı ətrafındakı obyektlərdir
Paytaxtın bu hissəsində söküntü başlayıb
Bakıda irimiqyaslı söküntü başlayır
Prezident "Sovetski"dəki məscidin söküntüsünü dayandırdı

Azərbaycanda sərt karantin rejimi yumşaldılır - SMS icazə ləğv olundu

20
(Yenilənib 10:43 16.01.2021)
Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilib. Amma yumşaldılmalar olacaq

BAKI, 16 yanvar — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərərgahdan daxil olan məlumatda qeyd olunur ki, dünyada, o cümlədən Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilmiş, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilmişdir.

Eyni zamanda bir sıra ölkələrdə və Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılması qərara alınmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2021-ci il 18 yanvar saat 00:00-dan etibarən:

● Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində yaşayış yerini və olduğu yeri "SMS" icazə, "icaze.e-gov.az" portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunur.

2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində aşağıdakı iş və xidmətlərin fəaliyyətinə icazə verilir:

● ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, "Mall"ların fəaliyyəti istisna olmaqla);

● bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

● muzey və sərgi zallarının fəaliyyəti;

● şəhərlərarası və rayonlararası hərəkət.

2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.

Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır.

2021-ci il 18 yanvar saat 00:00-dan 25 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinin ərazilərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxışa Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada müvafiq təşkilatların əməkdaşlarına xidməti vəsiqə, ezamiyyə vərəqəsi, diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşlarına isə müvafiq akkreditasiya kartları əsasında, habelə Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilən digər şəxslərin qeyd olunan ərazilərə giriş-çıxışına həmin şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə "icazə.e-gov.az" portalına daxil edildikdən sonra ezamiyyə vərəqəsi əsasında icazə veriləcəkdir. Yaxın qohumunun dəfnində iştirakla əlaqədar Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonu, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzləri (kənd və qəsəbələr istisna olmaqla) arasında və onların hüdudlarından kənara hər bir şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin "102" Xidməti – Zəng Mərkəzi vasitəsilə alınmış icazə əsasında hərəkət edə bilər.

© AR Ministry of Education /

2021-ci il 18 yanvar saat 00:00-dan 25 yanvar saat 00:00-dək beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonu, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzləri (kənd və qəsəbələr istisna olmaqla) arasında və onların hüdudlarından kənara hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin həmin ərazilərə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında icazə verilir.

Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət hazırda qüvvədə qalır.

Bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar isə xüsusi karantin rejiminin sonunadək tətbiq olunacaqdır.

Qeyd edək ki, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburidir. Həmçinin sosial məsafə, tibbi maska və digər qoruyucu vasitələrdən ictifadə etmək zəruridir.

20
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Xəstəxana

Bakı sakinlərinə zəhərlənmə ilə bağlı xəbərdarlıq

2
(Yenilənib 10:28 16.01.2021)
İstifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər.

BAKI, 16 yanvar — Sputnik. Ölkə rəhbərliyinin tapşırıq və göstərişlərinə uyğun olaraq Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda bu epidemiyaya qarşı tədbirlər daha da genişləndirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı şəhərində koronavirusla (COVID-19) bağlı mövcud vəziyyət nəzərə alınaraq yanvar ayının 16-da səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən yeni 2021-ci ildə ikinci, ölkədə əks-pandemiya tədbirlərinin əvvəlindən isə artıq 20-ci dəfə paytaxtdakı əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşı cəlb edilməklə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir.

Gün ərzində mərkəzi küçələrlə yanaşı, paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaq. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər.

Küçələrdə aparılan dezinfeksiya işləri ilə bərabər, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun Departamentin balansında olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.

Bildirilib ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır. Sonuncu geniş dezinfeksiya tədbirləri zamanı paytaxtın 554 küçəsi kimyəvi maddələrlə yuyulmuşdu.

Vətəndaşlarımızdan bir daha xahiş olunur ki, koronavirusun daha çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etsinlər.

2
Teqlər:
xəbərdarlıq, zəhərlənmə, dezinfeksiya, Bakı
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar