Azərbaycan Respublikasının Təhsil Nazirliyi

Dəyişiklik: Təhsil Nazirliyinə yeni səlahiyyətlər verildi

573
(Yenilənib 20:22 24.12.2017)
Bundan sonra ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsinin aparılması qaydaları Nazirlər Kabineti, təhsil alanların attestasiyasının aparılması qaydası isə Təhsil Nazirliyi tərəfindən müəyyənləşdiriləcək

BAKI, 24 dekabr — Sputnik. Nazirlər Kabineti bununla bağlı "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi", "Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları", "Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi" və "Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı"nda dəyişiklik edib. 

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, indiyə qədər ümumtəhsil məktəbində təhsil verənlərin və təhsil alanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydaları Nazirlər Kabineti tərəfindən müəyyən edilibsə, bundan sonra ümumtəhsil məktəbində təhsil verənlərin attestasiyasının, təhsil alanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları Nazirlər Kabineti, təhsil alanların digər hallar üzrə attestasiyasının aparılması qaydası isə Təhsil Nazirliyi tərəfindən müəyyən olunacaq. 

Ali təhsil müəssisələrinin bakalavriat pilləsinə yekun attestasiyanın təşkili və keçirilməsi qaydaları da artıq Nazirlər Kabineti deyil, Təhsil Nazirliyi tərəfindən müəyyənləşdiriləcək. İmtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi, dövlət attestasiyasının keçirilməsi qaydaları səlahiyyətləri çərçivəsində artıq məhz Təhsil Nazirliyi tərəfindən və təhsil müəssisələrinin nizamnamələri ilə müəyyənləşdiriləcək.

İndiyə qədər orta ixtisas təhsili pilləsində tələbələrin biliyinin attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilibsə, bundan sonra ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları Nazirlər Kabineti, təhsil alanların attestasiyasının aparılması qaydası isə Təhsil Nazirliyi tərəfindən müəyyənləşdiriləcək.

Qeyd edək ki, Nazirlər Kabineti "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan prezidentinin 2017-ci il 10 oktyabr tarixli fərmanının icrasını təmin etmək məqsədi ilə bu qərarlara dəyişiklik edib. 

573
Teqlər:
səlahiyyət, dəyişiklik, Təhsil Nazirliyi, Nazirlər Kabineti
Əlaqədar
Məleykə Abbaszadə məktəb təhsilindən narazılığını bildirdi
Təhsil Nazirliyi: Valideynlərin etirazı haqlı çıxarsa...
"Yekaterinburqda yaşayan azərbaycanlı gənclər UNEC-də təhsil almaqda maraqlıdırlar"
Əsədov: “Erkən nikahlar qızların təhsilinə əngəl yaradır”
Azərbaycan təhsilində qeyri-adi yenilik