Amerikalı boksçu Floyd Meyuezer

Əfsanəvi boksçudan 1 milyon dollarlıq duel təklifi

195
(Yenilənib 20:25 24.12.2017)
Meyuezer sosial şəbəkədə "Mən səninlə bir-birimizə qarşı 1 milyon dollara oynamağa hazıram" deyə bəyan edib

BAKI, 24 dekabr — Sputnik. Amerikalı boksçu Floyd Meyuezer Milli Basketbol Assosiasiyasının (MBA) çempionu Kobe Brayanta bir-birinə qarşı basketbol oynamağı təklif edib. Sputnik Azərbaycan xəbər verir ki, məğlubedilməz boksçu bu barədə "İnstagram" səhifəsində yazıb.

Meyuezer sosial şəbəkədə "Mən səninlə bir-birimizə qarşı 1 milyon dollara oynamağa hazıram" bəyan edib. Brayant isə hələlik bu duel çağırışına cavab verməyib.

39 yaşlı Brayant 2016-cı ildə karyerasını başa vurub. O, MBA-nın beşqat çempionudur. Brayant karyerası ərzində MBA-nın bütün ulduzlarının oyununda 18 dəfə iştirak edib, iki dəfə isə finalın ən qiymətli oyunçusu hesab edilib.

40 yaşlı Meyuezer isə professional rinqdə 50 görüş keçirib və bu görüşlərin hamısında qalib gəlib. O, bu ilin avqustunda boks qaydaları ilə keçirilən döyüşdə Mütləq Döyüş Çempionatının qalibi Konor Makqreqoru məğlub edib və 300 milyon dollar qazanıb. Bu döyüşdən dərhal sonra Meyuzer idmançı karyerasını başa vurduğunu açıqlayıb.

195
Teqlər:
Kobe Brayant, basketbolçu, Floyd Meyuezer, boksçu, milyon, duel
Əlaqədar
Əfsanəvi boksçuya inanılmaz qadağa: Sənə olmaz!
Gənc boksçulardan ibarət millimiz Avropanın güclüləri sırasında
Daha 2 boksçumuz yarımfinalda
İki boksçumuz yarımfinalda
Əfsanəvi boksçular Bakıda