Galatasaray futbol klubunun oyunçuları, arxiv şəkli

"Qalatasaray"da inanılmayanlar olur...

254
(Yenilənib 20:10 24.12.2017)
Özlərinə "Qalatasaray könüllüləri" deyən Begüm Özkan və tərəfdarları "rəhbərlikdə bərabərlik", "yuvanı dişi quş qurar" şüarları irəli sürürlər

BAKI, 24 dekabr — Sputnik. "Qalatasaray" klubunda inanılmaz hadisələr baş verir. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, müxalifətdə olan vəkil Begüm Özkan, klub prezidentliyinə namizəd olacaq.

Özkan namizədlik üçün tələb olunan 100 imzanı toplayaraq cümə axşamı rəsmi müraciət edəcək. Onu dəstəkləyənlərin siyahısında bir çox məşhur şəxslərin adları var. Özlərinə "Qalatasaray könüllüləri' deyən Begüm Özkan və tərəfdarları "rəhbərlikdə bərabərlik", "yuvanı dişi quş qurar" şüarları irəli sürürlər.

Sarı-qırmızılı klubda ilk dəfə bir qadın prezidentliyə namizəd olacaq. Adnan Polat, Ünal Aysal və Dursun Özbek kimi şəxslərə müxalifətdə olması ilə tanınan Begüm Özkan "kifayətdir, qadınlara söz verin" deyir.

254
Teqlər:
"Qalatasaray", prezidentlik, qadın, namizəd
Əlaqədar
Fatih Terim "Qalatasaray"lı ulduz futbolçunu özü ilə aparır
“Qalatasaray” azarkeşlərinə sürpriz edəcək
"Barselona"lı ulduz futbolçu "Qalatasaray"ın bir addımlığında
Burak Yılmaz yenidən "Qalatasaray" yolunda
“Qalatasaray” – “Fənərbaxça” oyunu terror təhlükəsi ilə əlaqədar təxirə salınıb